Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə4/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   2   3   4   5   6   7   8   9   ...   72

11 

 

 



 

 

 



 

 

FÜZULİ SÖZÜNÜN SEHRİ 

 

Ədəbiyyat və  mədəniyyət tariximizin iftixarı olan Füzuli dünya ədəbiyyatı 



tarixində  də böyük hadisədir. Hökm kimi səslənən bu fikri aşağıdakı danılmaz 

faktlar doğruldur: hələ heç kim Şərqin üç möhtəşəm dilində (türk, fars və  ərəb) 

divanlar bağılayaraq Füzuli kimi mükəmməl  əsərlər yarada bilməmişdir; heç 

kimin qələmi mənsub olduğu dövrün ədəbi aləmindəki bütün əlvan forma və 

janrların sınağına məruz qalarkən Füzuli qələmi kimi gözəl və cilalı nümunələr 

yaratmamışdır; “qəlb  şairi” kimi tanınan  şairimiz qədər heç kim oxucu ürəyinə 

hakim kəsilməmişdir; ikinci elə bir şair tapmaq çətindir ki, onun yaratdığ  ədəbi 

məktəb qədər sirayətedici olsun və öz davamçılarını  çıxılmaz təsir dairəsində 

saxlamaq iqtidarında olsun; orijinal və təkrarsız üslub sahibi olan Füzuli kimi heç 

kəs  ədəbi yaradıcılıq qarşısında müxtəlif dövrlərin (ictimai quruluşların) və 

zamanların sınağından uğurla çıxa bilmək keyfiyyətini elmi-tarixi və  mənəvi 

dəyər  şərti kimi irəli sürməmiş  və öz yaratdığı  əsərlərlə bu şərti dolğun  şəkildə 

doğrultmaq mümkün olduğunu sübuta yetirməmişdir: fars və  ərəb dillərində  də 

yazmaqla və bu dillərdənbəhrələnməklə yanaşı,  ədəbi dilimizi tarixən heç kəs 

Füzuli kimi həmin dillərin hegemonluğundan xilas edə bilməmişdir; nəhayət, çox 

az şairə müyəssər olar ki, mənəviyyatı, qəlbi və ruhu hər misrasından görünsün və 

əzəli məhəbbətdən, səmimilikdən yoğrulmuş  ədəbi  şəxsiyyəti yaradıcılığında və 

üslubunda Füzulidəki qədər bütün əzəməti və aydınlığ ilə həkk olunsun!.. 



 

*** 

 

Füzuli təkcə Azərbaycan  ədəbiyyatında deyil, bütün Şərq  ədəbiyyatında 



əsərləri dönə-dönə köçürülən, yaxud nəşr olunan, çox sevilən və çox oxunan ən 

tanınmış  sənətkarlardandır. XX yüzillikdə Türkiyədə, Azərbaycanda, eləcə  də 

başqa ölkələrdə Füzulinin həyat və yaradıcılığ, dili və üslubu haqqında onlarca 

tədqiqat  əsəri yazılmışdır. M.F.Köprülü, Ə.Qaraxan,  Ə.Tərlan, H.Araslı, 

Y.Bertels,  Ə.Gölpınarlı, Mir Cəlal, M.Quluzadə, M.C.Cəfərov,  Ə.Cəfər, 

V.M.Qocatürk, H.Mazıoğılu,  Ə.Dəmirçizadə, H.Mirzəzadə,  Ə.Mirəhmədov, 

F.Qasımzadə, M.Adilov, T.Hacıyev, A.Vəfalı, Ə.Səfərli, S.Əliyev, A.Rüstəmova, 

V.Feyzullayeva və başqalarının kitabları, məqalələri bu gün də elmi dəyərini 

saxlamaqdadır. 

Azərbaycan ədəbi dilinin tarixindən məlumdur ki, Füzuli klassik şeir dilində 

fikir ardıcıllığını qüvvətli prinsipə çevirən, onlarca qəzəl, qəsidə, qitə  və 

rübaisində müxtəlif motivlərin bağılanmasına incə  tərzdə diqqət yetirən böyük 

səkətkardır. Bununla belə, o özündən əvvəlki ədəbi irsə, Şərq poetikasının zəngin 

və mürəkkəb qayda-qanunlarına sadiq qalmağ farsca divanı- 




12 

 

nın müqəddiməsində özünün dediyi kimi, “əslinin səliqəsinə (yəni türk şeri 



ənənələrinə) uyğun” yazmağ bacaran, sənətdə sələflərinin keçmədiyi, xələflərinin 

keçə bilmədiyi aşırımlardan addayan bir üstaddır. Onun zərif üslubu 

təkrarolunmazdır. Poeziyasındakı xariqüladə qüdrət və  əzəməti bədii söz 

qarşısında qoyduğu misilsiz tələbkarlıq doğurmuşdur. 

 

Şe’r zövqündən olmayan agah, 

Əhli-nəzmi məzəmmət eyləməsin 

Kəndi cəhlinə e’tiraf etsin, 

Hər kəramətə sehr söyləməsin. 

 

(Yəni: şeir zövqündən agah olmayan adam şairləri məzəmmət eyləməsin; hər 



kəramətə – yeni sözə (bədii ixtiraya) sehr söyləməkdənsə, öz cahilliyini etiraf 

etsin). Belə bir izahatdan sonra sanki bu kiçik qitənin məzmunu bütünlüklə 

aydındır. Lakin bu dörd misradakı “cəhl”, “kəramət” və “sehr” sözlərinin  əlavə 

ekspressiv məna çaları oxucuya çatırmı? Yəqin ki, yox. Çünki şair həmin 

misraları oxucusunun müsəlman zehniyyətli olduğuna arxayın olub söyləmişdir; 

yəni düşünmüşdür ki, oxucu Quranın “Qəmər surəsindən 1-ci və 2-ci ayəni, 

həmçinin Məhəmməd peyğəmbərin həyatından belə bir epizodu bilməmiş 

deyildir: “Əbu Cəhl Məkkə  əhalisindən bir neçə  nəfəri başına yığıb, həzrət 

peyğəmbərdən möcüzə göstərməyi tələb edir. Peyğəmbər adamlara ani nəzər 

salıb, şəhadət barmağını bədrlənmiş aya doğru uzadır və bir an sonra ay iki yerə 

bölünüb, hissələri müxtəlif mövqelərdə görünür. Peyğəmbər  ətrafındakılara üç 

dəfə: “Şahid olun!” deyir. 

Şaşqın vəziyyətdə qalan Əbu Cəhl bu “kəramət”i qəbul etmək istəmir. “Bu, 

sehrdir, şeytan əməlidir!” – deyir. Beləliklə, tarixi rəmzləri, dini-fəlsəfi anlayışları 

bilməyən, beytdə bu və ya digər sözün “tövriyyəli” (mənəvi cinaslı, ikibaşlı) 

olduğunu duymayan oxucuya Füzulinin əsərləri bədii məzmun sarıdan yarıbayarı 

az çatır. 

Füzuli sehrkar deyildi və öz ürəyinin qanı, dərin zəkası, nuru, fitri istedadı 

hesabına yaratdığı  sənət incilərini layiqincə,  ədalətlə qiymətləndirə bilməyən, 

çarəsizlikdən “sehr” adlandıran, onun özünü isə  “əcaib üslublu” təbiri ilə 

səciyyələndirən müasirlərindən, – adi oxuculardan tutmuş  təzkirəçilərə  qədər bir 

çoxlarından narazı idi. Lakin qəribədir, bu günün qədirbilən oxucuları da bəzən 

ona sehrkar kimi baxır, onun ucaltdığı möhtəşəm söz binasında hər bir daşın ülvi 

mükəmməlliklə cilalandığını görüb heyran qalırlar. 

Füzuli misra-misra, beyt-beyt böyükdür. Onun beytlərində qəfil bir şimşəyin 

parıltısı,  əlçatmaz zirvələrin qüdsiyyəti var. Onun beytləri xəyyamanə rübailər 

kimi sənətdə  həqiqi gözəlliyin, məna dolğunluğunun məhəki sayıla bilər: hər 

beytin öz musiqi dili, – həmcins səslərdən, gözlənilməz qafi- 




Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə