Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə5/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   2   3   4   5   6   7   8   9   ...   72

13 

 

yələrdən bəstələnmiş melodiyası, özünəməxsus obrazları, aydın fikir istiqaməti və 



aforistik məzmunu varıdır! Bəzən hər şeir müstəqil və orijinal fikirlər söyləyən iki 

misralıq kiçik şeirlərin, rəngarəng çalarları olan obrazların hörgüsünə, çələnginə 

bənzəyir. Hər  şerin zahiri və batini bir-birindən ötkün və gözəldir, – heyrətamiz 

cəhət də budur! 

Digər klassiklərdə olduğu kimi, Füzulidə də həm şerin əsas qayəsindən, ideya 

məzmunundan təcrid edilməyən beytlərə, həm də  şeirdəki ümumi məzmunla 

bağılanmayan sərbəst beytlərə  təsadüf edilir. Bu, orta əsrlər poetikasının  ədəbi 

şəkil olmaq etibarilə beytə verdiyi sərbəstlikdən, müstəqillikdən irəli gəlir. 

Müxtəlif  şeirlərdə  şəkil və  məzmunca bir-birinə oxşayan beytlərlə rastlaşırıq. 

Amma onların özündə də fərqli poetik çalarlar yox deyil. 

Bənzəyişi törədən səbəblər isə çoxdur: mətbuatın olmadığ  şəraitdə sonrakı 

dövrlərdə nüsxə  fərqlərinin meydana çıxması; eyni beytin yanlış köçürülmə 

nəticəsində  təhriflərə  uğraması, yaxud səhvən, cüzi fərqlə başqa  şerə salınması, 

müxtəlif  şairlərin  əsərlərinin qarışdırılması, oxucu yaddaşının dirçəldilməsi, 

səfərbər edilməsi məqsədi ilə (poetik assosiasiya zəminində) söylənmiş fikirlərin, 

məlum obrazlı ifadələrin, tərkiblərin bəzən  şairin özü tərəfindən qəsdən təkrar 

olunması və s. 

Füzuli  şerini  şərhlərlə birlikdə qavramaq istərkən oxucu şairin məşhur 

kəlamını bir məram kimi yadda saxlamalıdır: “Elmsiz şe’r əsası yox divar olur və 

əsassız divar ğayətdə bie’tibar olur”. Beləliklə, elm şerin  əsası, özülü kimi 

qiymətləndirilir. Lakin burada “elm” sözünü düzgün və geniş  mənada anlamaq 

lazımdır. “Elmsiz şeir” ifadəsi ilə daha çox qəzəl janrından olan şeri düşünən şair 

ən azı aşağıdakıları nəzərdə tutmuşdur: 1. Bədii fikir məntiqi mühakimə, tezis – 

antitezis üsulu ilə ifadə edilməli. 2. Həyat həqiqəti nə  qədər obrazlı  şəkildə olsa 

da, inandırıcı, ağlabatan tərzdə əks olunmalı. 3. Elmi (dini və dünyəvi) biliklərə, 

təsbit olunmuş  əqli nəticələrə istinad edilməli. 4. Xalq təfəkkürü və  xəyalının 

inciləri olan müdrik ifadələrə, qanadlı sözlərə, atalar sözü və  zərbi-məsəllərə 

əsaslanmalı. Bu şərtlərin heç olmazsa birini gözləməyən şeir “etibarsızdır”, başqa 

sözlə, zəriflik və kamillikdən, imandan uzaqdır, – müxtəlif zövqlərin və idraki 

ölçülərin sınağına dözmək gücündə deyildir. Füzuli isə deyilənlərin nəinki birini, 

əksər hallarda hamısını qabarıq  şüşədə toplanan işıq kimi öz şerində  cəmləşdirə 

bilir. 


Füzulinin bir çox beytləri Quran ayələri, peyğəmbərin hədisləri və klassik 

şeirdə geniş yayılmış sufilik anlayışlarının köməyilə izah edilə bilər. Lakin bu, 

şairin hər beytinə dini-mistik don geydirməyə, yaxud hər sözündə sufizm mətləbi 

axtarmağa  əsas vermir. Əlbəttə, Füzulini müxtəlif yoxumda dərk və izah etmək 

mümkündür; bu, təəccüblü deyil, şairin özü demişkən: “hər kimin aləmdə 

miqdarıncadır tə’bində meyl...” Bununla belə, Füzuli sözündən doğan məntiqi, 

real həyat eşqini sağa-sola çəkməyə ehtiyac yoxdur. Füzulini köklü 



14 

 

şəkildə qavraya bilməməkdən naəlac qalıb, subyektiv və “məqsədəuyğun” 



yozmaq başqa, onun sözünə-fikrinə sadiq qalıb, fərdi dil üslubunun və 

yaradıcılığının əsas meylləri və motivləri vasitəsilə elmi şərh etmək bambaşqadır! 

Füzulini din şairi saymaq, sənətindəki  əzəməti, dərin bədii təsiri ancaq 

“mübhəm” və “zərif” dini-mövhumi anlayışlarda görmək onu başa düşməməyə 

bərabərdir. 

“Füzulini  şərh etmək?!” Bu sözlər çox qəribə  səslənir. Bu ona bənzəyir ki, 

kiməsə günəş bağşlamaq istəyirsən, ancaq əliboş gedirsən: hərarəti öz qəlbində 

qalır, nuru gözlərində... 

Füzuli dəryadır! 

 

*** 



 

Füzulinin Azərbaycan klassik şerini yüksək zirvəyə qaldırması orta əsrlərdə 

təkcə bədii fikrimizin deyil, həm də ədəbi dilimizin böyük nailiyyəti sayılmalıdır. 

Bu, ədəbi-mədəni və ictimai-fəlsəfi aspektdə o mərhələnin başlanğcıdır ki, hazırda 

dilimiz çatmış  və öz vəzifəsini yüksək səviyyədə yerinə yetirən üslublara 

şaxələnmişdir. 

Füzulinin şeir dilini və yaradıcılıq üslubunu yaxşı mənimsəyən hər kəs onda 

fikrin və xəyalın əlaqəli dərinliyinə, geniş mənada, bədii məzmunun dolğunluğuna 

və estetik füsunkarlığına heyran olmaya bilməz. 

Füzulinin fərdi üslubunun bünövrəsində metaforik təfəkkür durur. Məcazi 

düşüncə  tərzi özlüyündə  təzə hadisə deyildi. Bu cəhət Füzuliyə  qədərki islam 

Şərqinin üç dilli poeziyasının bütün ruhunu sarmışdı. Lakin onun kökü, rişələri 

canlı danışıq dilində idi. Füzuli bu üsula ona görə  sığınmışdı ki, onda 

bitibtükənməyən işıq və enerji görürdü; yəni görürdü ki, məcazilik semantiküslubi 

bir proses olmaqla həqiqəti aşkar etmək, daha gözəl təsvir və  tərənnüm etmək 

üçün necə geniş, görünməmiş imkanlar açır (dildəki bu xüsusiyyəti riyaziyyatda 

ədəd ardıcıllığının həndəsi silsilə ilə sonsuzluğa doğru getməsi, yaxud 

astrofizikada günəşin parçalanma reaksiyaları ilə müqayisə etmək olar). 

Qətiyyətlə demək olar ki, bədii dilin məcazilik məsələsində Füzuli ancaq 

ənənə ardınca getməmişdir. O düşünüb-aramış, nəhayət tapmışdır: yaşadığı 

dövrün, feodal-ruhani quruluşunun məhdud dünyagörüşündən, qeyzli-qərəzli 

münasibətindən xilas olmaq üçün məcaziliyi özü üçün təzədən kəşf etmişdir. 

Füzuli “məcaz” sözünə də məcazi yanaşmış, məcazi fikirləşmək, duymaq yolu 

ilə (buna hissi-intuitiv idrak yolu deyənlər də vardır) bir-birindən yeni, təravətli 

ifadələrlə maddi və mənəvi aləmin həyati və parlaq obrazlarını yaratmışdır. 

Əbəs deyil ki, şair məcazı “həqiqət günəşinin  şöləsi, nuru” adlandırır 

(“Pərtövi-ənvari-xurşidi-həqiqətdir məcaz”). 

Hamı bilir ki, Füzuli gözəl istiarələr yaratmaq ustasıdır. Bəs həmin istiarələrin 

təsir gücü nədədir? Istiarələr yaradıcısı kimi şair nə çün orijinal 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə