Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə7/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   2   3   4   5   6   7   8   9   10   ...   72

17 

 

Füzulinin fərdi üslubunda əşya və hadisələrə poetik məna verilməsindəki 



özünəməxsusluğu axıradək mənimsəməyən oxucu həmin beytin şəkil və məzmun 

gözəlliyini qiymətləndirə bilməz. Çünki Füzuli, oxucudan zəngin müşahidə 

qabiliyyəti, incə xəyal tələb edir. Burada da belədir. Şairin bədii mətləbi, bir növ, 

“qapalı” ifadə olunmuş, onu layiqincə  dərk etmək oxucunun öz ixtiyarına 

buraxılmışdır. Halbuki qrammatik planda yanaşdıqda beytdə anomaliya yoxdur, – 

mürəkkəb bir fikir bitmiş şəkildə və “maddi” olaraq ifadə olunmuşdur: su hər an 

sənin surətinin əksini alıb bağa girir, qısqanclıqdan gözəl gül yarpağına qan içirir. 

Zahirən fikir aydındır, amma səbəbiyyət əlaqəsi ilə bağılı olaraq, məntiqi nəticə – 

oxucuya obrazlılıq yükünü daşıyan  əsas ifadələr (“surətin  əksin alıb...” və 

“rəşkdən qan içirir”) aydın olmalıdır: “al yanaqlı bir gözəl tez-tez gəlib, qızılgüllər 

açılmış bağın kənarındakı axar suya baxır...” Məhz bu təsəvvürə əsasən beytdəki 

obrazları “doğrultmaq” olar. Belə ki, su gözəlin üzünün əksini doğrudan da “alıb” 

bağa aparır. Üzün rəngi bir anlığa suyu da allaşdırır. Bir azdan sonra güllər həmin 

suyu içir və guya onların ləçəkləri sudakı “allığ” özlərinə  çəkib qırmızı  rəngə 

boyanırlar. 

Şair elə bu vəziyyətdə onların rənginə məna verir: su sanki qısqanclıqdan gül 

yarpağına qan içirir. Nə üçün? Çünki “alıb-apardığ  əks”dən ayrılmaq istəmir. 

Beləliklə, ülvi hegemonluq gözəlin üzünün əksinə məxsus olaraq qalır (Füzulidə 

bu tipli obrazlara çox təsadüf edilir. Müqayisə edək: 

 

Ayinə sevər candan rüxsareyi-cananı, 



Bir ğayətə yetmiş ki, ayrılsa, çıxar canı” 

 

Yəni: güzgü cananın üzünü ürəkdən sevir, nə qədər ki, onu əks etdirir, canlı 



kimi görünür; həmin gözəl kənara çəkilən kimi güzgü də cansız bir əşya olur. 

Misal göstərdiyimiz beytlər,  şübhəsiz, “obrazlı  təfəkkür”ün qüdrəti ilə 

yaranmışdır. Lakin obrazlı  təfəkkürün gücü özünü dildə sözün (mənaca), 

təfəkkürdə  məfhumun (mahiyyətcə) mücərrədləşməsi prosesində göstərir. Yəni 

hər hansı söz bədii obraz pilləsinə o zaman yüksəlir ki, abstraktlaşdırma 

mərhələsindən müvəffəqiyyətlə keçir. 

Aristotel yazır ki, “Yalanı necə məharətlə işlətmək üsulunu başqa şairlərə ən 

çox öyrədən Homerdir”. “Aldanma ki, şair sözü əlbəttə yalandır” söyləyən Füzuli 

də Azərbaycan poeziyasında şairlərə bədii yalanı ən çox öyrədən sənətkardır. Ilk 

baxışda dil və üslubca yekrəng və yekcins təsir bağşlayan divan ədəbiyyatında 

Füzulini bütün əsrdaşlarından, sonradan onun məktəbinə daxil olan sənətkarlardan 

yüksəyə qaldıran  əsas təqlidedilməz cəhətlərdən biri budur. Bu mənada,  şairin 

yaradıcılığını layiqincə tədqiq etmiş H.Mazıoğılunun: “Füzulinin şeirlərində xəyal 

cəbhəsinin zəif olduğunu görürük” fikri ilə razılaşmaq mümkün deyil. 




18 

 

Təzkirəçilər Füzulini dil və üslubuna görə daha çox Ə.Nəvai ilə müqayisə 



etmişlər ki, onu Nəvaiyə yaxınlaşdırsınlar. Bu səbəbdən iki böyük sənətkarın şeir 

dilindən bəzi paralel nümunələrə nəzər salmaq əhəmiyyətlidir. 

Qətiyyən Füzulinin böyüklüyünü sübut etmək məqsədilə yox, hətta 

nəzirələrində  də orijinal olduğunu bir daha göstərmək üçün. Çünki dövrünün 

görkəmli ictimai xadimi olan Nəvai həqiqətən dahi şairdir,  əsl elm və  sənət 

cəngavəridir. Ona görə  də Füzuli Nəvaini sevmişdir; onun dilində (üslubunda) 

Nəvaiyə  bənzərlik də vardır. Amma bu sevgi və  bənzəyiş  Nəvainin Nəsimiyə 

sevgisindən, bənzəyişindən artıq deyildir. 

Füzulinin bəzi lirik şeirləri forma etibarilə doğrudan da Nəvaini 

xatırlatmaqdadır. 

Füzuli də qəzəllərini Nəvai kimi əsasən yeddi beytdə qurmağ xoşlamış, onun 

bir sıra rədiflərini bəyənib təkrar etmişdir: eylərəm, eyləmiş, eyləgəc, ayru, ara, 

ərz, bar (var), küstax, ya rəb, könlüm, ləfz söz, təmə, tut, fəda, iməs, hənuz, ğərəz 

və s. Lakin çox maraqlıdır ki, əruz vəzninin növlərinə görə Füzuli Nəvaidən 

tamamilə  fərqlənir. Nəvainin  ən çox tətbiq etdiyi bəhr həzəc, Füzulininki isə 

rəməldir... 

Hər iki şairin “Sübh” rədifli qəzəlində günəş, ulduzlar və onların  şüalarının 

mənalandırılması ilə əlaqədar olan obrazlara diqqət edək. 

“Günəş” və “ulduz” anlayışlarının obrazlı ifadəsi Nəvaidə belədir: “Qam tüni 

oxim  şaroridin tutaşti kukka ut Kim aninq otin kuyubtur qunbazi davvor subx” 

(tərcüməsi: qəm gecəsində ahımın qığılcımından göydə od qalandı ki, onun adını 

dövr edən günbəz sübh qoyubdur). Şairin dahiyanə  təxəyyülü gözəl səmərəsini 

vermişdir: aşiqə elə  gəlir ki, göydəki ulduzlar onun ahının qığılcımlarıdır, “dövr 

edən günbəz” (fələk) sübhü həmin oddan yaratmışdır. 

Əlbəttə, beytin bədii təsiri güclüdür. Amma, hər halda, obrazla həyat həqiqəti 

arasındakı  əlaqəni elmin obyektiv gözü ilə yoxladıqda dil və  məntiqcə ikinci 

misradakı “adın qoyubdur günbəzi-dəvvar” ifadəsi qismən zəif və uyğunsuz 

görünür. Belə ki, “günbəzi-dəvvar” istiarə kimi nəzərdə tutulmuşsa, “adını 

qoyubdur... sübh” ifadəsi o qədər də cilalı deyil, mükəmməl istiarə hüququnda 

bədii effekti qaldırmır (başqa sözlə, “adın qoyubdur” ifadəsi “sübh” sözünün 

poetik məzmununu nasiranə izah edir). Görünür, məhz bu cəhət Füzulini təmin 

etməmişdir. Onun “Divan”ında oxuyuruq: 

 

Batdı əncüm, çıxdı gün, ya bir əsiri-eşqdir, 

Tökdü dürri-əşki, çəkdi ahi-atəşbar sübh? 

 

Bizcə, təxminən eyni fikir qrammatik və  məntiqi baxımdan Füzulidə daha 



aydın ifadə olunmuşdur. Eyni predmeti mənalandırmaq, eyni formada yazmaq 

lazım gəldiyi halda, Nəvai təkrar olunmamışdır. Əksinə, Füzuli dilinin obrazlılığ 

pillə-pillə, inandırıcı şəkildə yüksəlir; “ulduzlar batdı, gü- 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə