Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə9/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   5   6   7   8   9   10   11   12   ...   72

21 

 

Yüzlərcə Füzuli beyti kimi müstəqil və kamil bir şerə bərabər olan bu beytin 



təhlili göstərir ki, şairin məqsədi o təbii, adi faktı nəzərə çarpdırmaq deyil ki, yel 

əsəndə paltar “dağılar”, yaxud ah çəkəndə  əmələ  gələn küləkdən, köksün 

genişlənməsindən paltarın yaxası açılar və s. Obrazın açarı ikinci misranın 

məzmununda, xüsusilə “ruzgar” sözündədir.  Şair “ruzgar”ın (məcazi mənası 

“dövr”, müstəqim mənası “yel”dir) insan sevincini, şənlik  əhvali-ruhiyyəsini hər 

anda yox etməsi ilə adi fakt arasında bənzəyiş, hətta eyniyyət görür. Aydındır ki, 

kədərlənib ah çəkdikdə insanın üzünün görünüşü, şəkli tamamilə dəyişir, “sevinc 

paltarı” dağılır. Beləliklə, şairin əsl mətləbi aydınlaşır. 

Izafət tərkibi, yaxud təyini söz birləşmələri  şəklində  təşkil olunan ifadələrdə 

mücərrəd isimlərin təyinlik mövqeyində  çıxış etməsi az təsadüf olunan 

hallardandır. Füzuliyə  qədər bunun, demək olar ki, ancaq Nəsimi dilində ilk 

nümunələrinə (məs.: həsrət ipi, qəm mətbəxi) rast gəlirik. Füzuli isə belə ifadələr 

hesabına ədəbi dilin yaradıcılıq qüvvəsini artırdı, bədii dil üçün yeni üfüqlər açdı 

və  nəticə etibarilə, leksik-semantik, semantik-üslubi imkanların gələcək inkişafı 

üçün tam şərait yaratdı. 

Doğrudan da öz təxəyyülünə arxalanıb, konkret bir ismi mücərrəd ismin 

semantik tabeliyində saxlayan şair bir-birindən təravətli ifadələr qurursa, nəinki 

şeir dilinin bədii təsirini qat-qat yüksəldir, həm də praktik olaraq, sözün 

(məfhumun) məna sərhədini genişləndirir. Məsələn, “ümid” sözünü götürək. 

Şairin dilində (təklikdə  də dönə-dönə  işlənmiş) bu sözün fəallığ ilə yaranmış 

ifadələrlə qarşılaşırıq: ümidim nəxli, baği-ümid, dəri-ümid, sübhiümid, ümid 

gözü, gülzari-ümid. 

Həmin ifadələrin yerləşdiyi kontekstləri diqqətlə  nəzərdən keçirdikdə aydın 

olur ki, şairin dilinin ümumi bədii-estetik səviyyəsi müqabilində “ümid” sözünü 

hər yerdə  təklikdə  və müstəqim mənasında işlətmək məfhumun özünü 

çılpaqlaşdırar, adi söz təkrarına səbəb olardı. 

Buna baxmayaraq, oxucu həmişə  bədii təsirə qapılmaya da bilər və  həmin 

birləşmələrdə sözün arxasındakı məfhumun mahiyyəti ilə də maraqlanıb soruşar: o 

nədir ki, həm zaman, həm də materiya xassəsinə malikdir: həm canlıdır, həm 

cansız; onun sübhü, gözü, qapısı, bağ, gülzarı vardır? Bəlkə bu, dilin və 

təfəkkürün qeyri-elmi, qeyri-həyati mücərrədliyindən, məntiqsizliyindən başqa bir 

şey deyildir?! Yox. Bu həmin o “yalan”dır, haqqında Aristotelin danışdığ, bədii 

dildə çılpaq həqiqətdən güclü və faydalı olan rasional yalandır ki, heç də həmişə 

bütün şairlərdə çatmır. 

Əgər  şair “ümid” sözünü hər dəfə bir obrazlı ifadə  tərkibində  təqdim 

etməsəydi, zəngin abstraksiya əsasında onun semantik və emosional radiuslarını 

böyütməsəydi, həmin anlayış oxucunun şüurunda işıqlı fikirlərin, arzuların mütləq 

reallaşacağının canlı rəmzi kimi qalmazdı. 

Füzuli dilində  tərəfləri konkret və mücərrəd isimlərdən ibarət olan orijinal, 

əlvan ifadələr çoxdur. Belə bir cəhəti qeyd etmək lazımdır ki, şair  




22 

 

məcazi obraz-ifadələr yaradıcılığında  ərəb, fars və türk lüğət vahidlərinə eyni 



dərəcədə etibar edir. Məsələn, tərkib hissələri alınma söz olan ifadələrdən 

aşağıdakıları göstərmək olar: qəflət  şərabı, lövhi-xatir, tişeyi-ah, fəzayi-eşq, 

rişteyi-can, dideyi-bəxt, künci-möhnət, zülməti-heyrət, qönçeyibəxt,  əcəl peyki, 

ayineyi-idrak, cam gülü, tüğyani-ğəm, kitabi-ömr, gülimurad, nəxli-əməl, bərgi-

e’tibar, vadiyi-ğürbət, fəna niqabı, bahari-ömr, şəm’i-əməl, möhnət çəməni və s. 

Bir, yaxud hər iki tərkib hissəsi türk mənşəli sözlərdən ibarət olanlar: tən oxu, 

dərd quşları, qəflət yuxusu, könül şəhri, dünya qapısı,  ğeyrət odu, möhnət oxu, 

ğəm yayı, göz evi, zövq bağ, könül mülkü, könlüm quşu, gözlər çəməni,  ğeyrət 

qılıncı, gün güzgüsü, dərd dənizi, həsrət əli və s. 

Bu misallar belə bir fikri əyaniləşdirir ki, müxtəlif anlayışları  əks etdirən 

mücərrəd, yaxud konkret isimlər bir-birilə qrammatik əlaqəyə girib necə 

rəngarəng ifadələrə çevrilir; eyni zamanda o da düşündürücüdür ki, 

lüğəviqrammatik rabitə  məhz hansı sözlər (məfhuma münasibət baxımından) 

arasında  əmələ  gəlir: həmin mürəkkəb və incə prosesdə  hər  şeyi sənətkarın 

intuisiyasımı  həll edir, bu və ya digər uğurlu ifadənin təşəkkülü yaradıcılığın 

ilhamlı anları iləmi bağılıdır, yoxsa burada da müəyyən sistem, qanunauyğunluq 

vardır? Yəqin ki, vardır. Burada da gözəgörünməz söz seçimi baş verir. 

Etiraf edilməlidir ki, bu tipli ifadələrin bədii dildə hər cəhətdən uğurlu çıxması 

özündən  əvvəlki dövrlərin mənəvi mirasına sahib olmağ, ağıl ilə hissiyyatın, 

müşahidə ilə istedadın ahəngdar vəhdətini tələb edir. Füzuli bu keyfiyyətlərə 

malik idi. 

XVI  əsr  ədəbi dilində belə ifadələrin intensiv surətdə meydana çıxmasının 

nəzəri və əməli əhəmiyyətini göstərən konkret miqyas tapmaq çətindir. Hər halda, 

həmin ifadələr lüğət-məna sisteminin yetkinlik təzahürü idi və mahiyyətcə idrak 

prosesində abstraktlaşdırma və ümumiləşdirməni təmsil etdiyi üçün perspektivli 

idi: sənətdə  ağılın və zövqün itiləşməsinə, dildə obrazların cilalanmasına təkan 

verir, hətta elmi təfəkkürün inkişafına kömək edirdi. 

Bütün bu deyilənlər göstərir ki, ədəbi dildə söz yaradıcılığına az qala biganə 

qalmağ üstün tutan Füzuli ifadə yaradıcılığ sahəsində ciddi fəaliyyət göstərmiş, 

Azərbaycan  şeir dilinin müdrik, qanadlı  və ibarəli poeziya dili pilləsinə 

yüksəlməsi üçün çox böyük tarixi iş görmüşdür. Füzulinin metaforik təfəkkürü 

söz ustalarının idrakına və  təxəyyülünə  işıq seli kimi axmış, qiymətli bəhrələr 

vermişdir. Ona görə  də çağıdaş  ədəbi dilimizdə C.Cabbarlı  və S.Vurğun kimi 

nəhəng sənətkarların dilində romantik üslubla əlaqələndirilən onlarca gözəl 

obrazlı ifadənin mənşəyi tarixən Nəsimidən, möhkəm və mötəbər özülü isə 

Füzulinin şeir dilindən başlanır. 

 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə