Microsoft Word M?H?MM?D fuzuli-1 cild


FÜZULİ DİVANININ DİBAÇƏSİ



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə11/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   7   8   9   10   11   12   13   14   ...   72

26 

 

FÜZULİ DİVANININ DİBAÇƏSİ 

 

Həmdi-bihədd, ol mütəkəllimi-nitqafərinə ki, səfineyi-ümmid sükkanibihari- 



bühuri-nəzmi təməvvüci-istiğraqi – “vəşşüəraü yəttəbiühümül-ğavun”

1

 



müstəğrəqi-girdabi-hirman etmişkən, silsileyi-istisnai- “illəl-ləzinə amənu”

2



buraqub,  şüərayi-islami səhihü salim sahili-nəcatə  çəkmiş  və sipasi-biqiyas ol 

nazimi-asimanü zəminə ki, bismileyi-nəzmin  əfsəri-fərqi-fürqan edib, məzrəəyi-

qülubi-əhli-irfanə nihali-məvəddəti-kəlami-mövzun dikmiş. 

 

Q i t ’ ə 

 

Zəhi sane’ ki, lövhi-canə gilgi-hüsni-tovfiqi, 



Əzəldən iqtizayi-nəzmi-canpərvər rəğəm qılmış. 

Kəmali-şe’ r kəsbi mümkin olmaz bimədəd ondan, 

Ona minnət ki, təb’ i-nəzm lütf etmiş, kərəm qılmış. 

 

F a r s i 

 

Mobde’ i kəz xamaye-tovfiqe-u darəd rəqəm, 



Səfheye-idraki-ərbabe-soxən nəqşe-xəyal. 

Təb’ e-movzun əz əlaməthaye-lotfe-xase-ust, 

Nist çun elme-digər məqdure-kəsbe-in kəmal

3



 

Ərəbi 

 

Nusəbbihu mən ehdiyən-nüfusə iləl-məna 



Və qəddərə əşkaləl-ümuri və həlluha. 

Nuqəddisu mən lovla i’ anətə fəzlihi, 

Lima əlləməl-əsmaə Adəmə külləha

4



 

Və dürudi-namə’ dud ol müxatəbi-kəlami-möciznizamə ki, fünuni-şe’ ri 

məzmuni – “və ma əlləmnahuş-şe’ rə”

5

 mərdudi-təbaye qılmış ikən lisani- 



  

                                                            

1

 Tərcüməsi: Şairlərin dalınca gedənlər yoldan azanlardır. 



2

 Tərcüməsi: Iman gətirənlərdən başqa. 

3

 

Tərcüməsi: Bir yaradıcı ki, söz sahiblərinin idrak sahəsində  xəyal onun tovfiq qələmilə 



nəqş edilir, mövzun təb onun xüsusi lütfünün əlamətlərindəndir. Bu kəmalı başqa elmlər tək 

əldə etmək olmaz. 

4

 Tərcüməsi: Insanları arzusuna çatdırana, çətin işləri yaradana və onları həll edənə hörmət 



bəsləyirik. O kimsəni müqəddəs sayırıq ki, onun mərhəmətlə yardımı olmasaydı, Adəmə 

bütün adları (sözləri) öyrətməzdi. 

5

 Tərcüməsi: Biz ona şairlik öyrətmədik. (Quran, surə 36, ayə 69) 




27 

 

hikmətbəyani “innə minəş-şe’ ri ləhikmətün”



1

  təqriri-dilpəzirilə  məqbuliqülubi-

əhli-hal etmiş. Və sənayi-biriya ol qafiyeyi-nəzmi-ənbiyayə ki, ədəmi-iltifatlərilə 

rütbeyi-şe’r payeyi-ihanətdə qalmışkən, silsileyi-səadətintisabi-şəriflərilə filcümlə 

dərəceyi-e’ tibarə yetmiş. 

Nəzm 

 

Ol düri-dürci-“ənə əfsəh” ki, hikmət dayəsi



Şe’ r şəhdilə ləbi-canpərvərin tər qılmamış. 

Şe’ r bir zirvədir, əmma biz kimi naqislərə, 

Ol ki, kamildir, onu möhtaci-zivər qılmamış. 

 

F a r s i 

 

Əhməde-mürsəl, on ki, dər aləm 



Hərçe başəd tüfeyle-xilqəte-ust

Rütbeye-şe’ r həm əz ust bolənd, 

Məhəke-covhəre-nübüvvəte-ust

2

 



 

Ərəbi 

 

Əsna əla xeyril-ənami Mühəmmədin, 



Kuşifəd-duca biziyai-bədri-cəmalihi. 

Bisənaihi rufiət mədaricu qədrina 

Xüssət təhiyyətuna əleyhi və alihi

3

 



 

Əmma bə’ d raqimi-təsvidati-səhayifi-üsyan, Füzuliyi-natəvan bu tərz ilə 

bəyani-hal və bu nəhc ilə  şərhi-mafilbal edər ki, çün zövrəqi-vücudim badbani-

təbiət birlə  dəryayi-qəfləti-tüfuliyyətdən sahili-idrakü ehsasə yetdi və  təhriki-

həvavü həvəs birlə atəşi-səbavət işti’ al bulub, hərarəti canü cananə tə’ sir etdi və 

rayizi-iqtizayi-kəmali-mə’ nəvi inani-tövsəni-iqbalimi canibi-iktisabi-adabə mün’ 

ətif qılıb və afitabi-hikmət cövhəri-təb’ imə  əsəri-təhsili-mə’ arif salıb, rəğıbəti-

kəsbi-ədəb qıldıqda və güli-bəxtim kəsbi-hünər həvasilə açıldıqda, mə’ dəni-

cəvahiri-iktisabi-kəmalim bir 

                                                            

1

 Tərcüməsi: Şeirdə əlbəttə hikmət vardır. 



2

 Tərcüməsi: O göndərilmiş Əhməd ki, dünyada hər nə varsa onun yaranmasından 

törənmişdir, şerin dərəcəsi də ondan yüksəldi və onun peyğəmbərlik incisinin məhək daşı 

oldu. 


3

 Tərcüməsi: Insanların ən xeyirlisi olan Məhəmmədə dua edirəm. Onun gözəllik ayının işığ 

ilə gecənin qaranlıq pərdəsi açıldı. Onu tərifləməklə bizim hörmət və etibar dərəcəmiz artdı. 

Ona və onun övladına bizim salamımız olsun. 

 



28 

 

dəbistani-cənnətnişan idi ki, səhni-lətifi süfufi-ğilman ilə xüldi-bərindən xəbər 



verirdi və  mətale’ i-əxtəri-hüsuli-iqbalim bir məktəbi-mühəzzəb idi ki, fəzayi-

şərifi sərvqəd sənəmlər birlə canə cinan müjdəsi yetirirdi. 

 

Q i t ’ ə 

 

Səhne-lətifo dər vey xuban neşəste səf-səf, 



Didareşan mobarək həmçun süture-moshəf. 

Xorşidlovh çun məh hər yek nehadə dər piş

Bərge-ketab çun qol hər yek gerefte dər kəf.

1

 



 

Əmma hənuz ol növrəslərə  nəzakəti-təb’dən tabi-iktisabi-dəqayiqi-ülum və 

taqəti-məşəqqəti-tə’limi-həqayiqi-hüdudü rüsum olmamağın  məhfili-behiştasa-

lərində  həmişə  əş’ari-aşiqanədən qeyri nəsnə oxunmazdı  və mütali’ə etdükləri 

ovraqda cigərsuz qəzəllərdən qeyri bir xətt bulunmazdı. 

 

Beyt 

 

Şe’ r bir mə’ şuqdur, hüsni-ibarət zivəri, 



Canü dildən nazənin məhbublər aşiqləri. 

 

       Ol taifeyi-girami müdaviməti-sənaye’ i -əş’ ar və müvazibəti-lətaifigöftar ilə 



həm hüsn halatından vüquf bulmuşlardı  və  həm eşq kəmalatından xəbərdar 

olmuşlardı. 



 

Q i t ’ ə 

 

Ey xoş ol kim təb’ i-mövzunilə bəhsi-şe’ r edib, 



Xubrulər vaqifi-məzmuni-əş’ ar olalar. 

Demədən fəhm edələr keyfiyyəti-əsrari-eşq, 

Aşiqi-biçarə halindən xəbərdar olalar. 

 

Mənim ki, səhifeyi-cibillətimdə bidayəti-ruzi-əzəldən kilki-qəza 



hərfiməhəbbəti-nəzm rəqəm qılmışdı  və  hədiqeyi-xilqətimdə bidayəti-fitrətdən 

tüxmi-məvəddət və movzuniyyət  əkilmişdi, ol məcməin sihabi-imtizacindən 

nihali-təb’iətim nəm çəkib, izhari-əzhari-iste’dadi-nəzm etdi. Və ol məhfilin 

həvayi-ixtilatindən gülbüni-cibillətim sərsəbz olub, məzrəəyi-mizacımda güli-

məzaqi-şe’r bitdi. 

 

                                                            



1

 Tərcüməsi: Lətif bir səhn, orada gözəllər səf-səf oturmuşlar. Onların görünüşü Quran 

sətirləri kimi uğurludur. Hər birisi ay kimi günəş lövhəsini qarşısına qoymuşdur, hər birisi 

kitab vərəqini gül kimi əlində tutmuşdur. 

 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə