Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə12/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   8   9   10   11   12   13   14   15   ...   72

29 

 

Q i t ’ ə 

 

Şahidi-nəzm sərapərdeyi-qüvvətdə ikən, 



Qıldı ol bəzmi görüb, fe’ l fəzasinə xuram. 

Qönçələr könlünü açmağa lətayif birlə

Bülbülə verdi səba rüxsəti-təqriri-kəlam. 

 

Lacərəm,  əndəlibi-şeyda kimi sərməst oldum və ol güllərə qarşı  tərənnüm 



etməyə iste’ dadi-fitrətdən rüxsət buldum. Üfüqi-təb’ imdə hilalimövzuniyyət 

tülu’ edib, ol xurşidvəşlərdən iqtibasi-nuri-şövq etməgim güngündən bir ğayətdə 

mütəzaid oldu ki, az müddətdə əşi’ eyi-ənvari-nəzmimlə çox şəhərlər və vilayətlər 

doldu. 


 

Q i t ’ ə 

 

Seyti-fəsahət ilə sözüm dutdu aləmi, 



Mən məhdi-etibardə tifli-zəbun hənuz, 

Buyi-xoşumla oldu müəttər dimağılər, 

Mən nafeyi-vücuddə bir qətrə xun hənuz. 

 

Zaman-zaman sevdayi-şe’r sair əf’alimə qalib düşüb və güruh-güruh 



leylivəşlər Məcnun kimi istimai-şe’r üçün başıma üyüşüb,  şairligim müqərrər 

oldu. Və avazeyi-nəzmim ilə aləmlər doldu və şöhrəti-tam buldu. 

 

Beyt 

 

Təbiət şöhreyi-şəhr olmağa meyli-təmam etdi, 



Nə pünhan eyləyim, sevda məni rüsvayi-am etdi. 

 

Bu halə müqarin, məşşateyi-himmət rəva görmədi ki, müxəddəreyihüsni-



nəzmim pirayeyi-məarifdən xali, minəssəyi-dəhrdə cilvə qıla və sərrafi-iste’ dadi-

ülüvvi-rif’ ət riza vermədi ki, rişteyi-silki-şe’ rim cəvahirielmdən ari gərdənbəndi-

aləm ola. Zira ki, elmsiz şe’ r əsası yox divar olur və əsassız divar qayətdə bie’ 

tibar olur. Payeyi-şe’ rimi hilyeyi-elmdən müərra olmağ mucibi-ihanət bilib, 

elmsiz  şe’ rdən qalibi-biruh kimi tənəffür qılıb, bir müddət nəqdi-həyatim sərfi-

iktisabi-fünuni-ülumi-əqli və  nəqli və hasili-ömrüm bəzli-iqtibasi-fəvaidi-hikəmi 

və  həndəsi qılmağın

1

 mürür ilə  ləaliyi-əsnafi-hünərdən şahidi-nəzmimə pirayələr 



mürəttəb qıldım və  tədric ilə  tətəbbü’ i-təfasir və  əhadis edüb fəziləti-şe’ rə 

məzəmmət isnadi-töhmət olduğunun həqiqətin bildim. 

                                                            

1

 Qılmaqla 




30 

 

Q i t ’ ə 

 

Şeir zövqindən olmayan agah 



Əhli-nəzmi məzəmmət eyləməsin. 

Kəndi cəhlinə etiraf etsin, 

Hər kəramatə seh’r söyləməsin. 

 

Əlqissə,  əsbabi-ixtirai-fünuni-nəzm cəm’ olub müqtəzayi-zühuri-asar olduğu 



zamanlarda ki, hər dəm dəsti-qüdrətim, müxtərəati-məsnuədən gərdəni-kainatə bir 

həmayil asardı  və  hər saət səyyahi-təbiətim hədaiqi-müəlləfati-bədiədən bir 

gülüstanə  qədəm basardı; bir gün bir nigari-mişkinxəttə ki, daneyi-xalinə mişki-

Xütən demək xəta idi və zülfi rəşgindən nafeyitatarın ruzigarı qara idi, sərvi-naz 

kimi xuraman-xuraman mən üftadəsinə sayeyi-mərhəmət saldı  və  şirin-şirin 

kəlimat ilə xatirim sorub, könlüm aldı.  Əsnayi-mühavirət və hiyni-müsahibətdə 

dedi ki: 

– Ey şükufeyi-bustani-fəsahət və ey səbzeyi-novbəhari-hüsni-ibarət, lillahil-

həmd iradeyi-tovfiqi-sübhani və məşiyyəti-tə’yidi-rəbbani məmalikifünuni-nəzmü 

nəsr təsxirin sənə müyəssər etmişdir və növbəti-riyasətiəqalimi-süxən tədriclə 

sənə yetmişdir. Əgərçi ərəbdə və əcəmdə və türkdə yeganə kamillər çoxdur, əmma 

sən kimi cəmii-lisanə qadir, came’i-fünuninəzmü nəsr yoxdur. Hala ki, miftahi-

zəbanin ruyi-ruzigarə  əbvabi-feyz açmaqda və  qəvvasi-təb’in xasü amə  dəryayi-

fəsahətdən cəvahiri-bəlağət çıxarıb saçmaqdadır.  Əhaliyi-aləmdən bə’zi ləaliyi-

münşəat və müəmməyatindən bəhreyi-feyz almışlar və  bə’zi məsnəvi və 

qəsaidindən təməttö bulmuşlar və  bə’zi farsi qəzəllərin nəqşi-zəmir etmişlər və 

bə’zi  ərəbi rəcəzlərin zövqinə yetmişlər, haşa ki, türkzadə  məhbublər feyzi-

nəzmindən bəhrəmənd olmayalar və taifeyi-ətrak sahibməzaqları bustani-

kəlamindən şükufeyi-divani-qəzəlin bulmayalar. Bu səbəbdən tərhi-binayi-təbiətin 

qabili-qüsur ola və bu vasitədən bünyeyi-isted’ayi-kəmalin rəxnə bula. 

 

Q i t ’ə 

 

Qəzəldür səfabəxşi-əhli-nəzər, 

Qəzəldür güli-bustani-hünər. 

Ğəzali-qəzəl seydi asan degil

Qəzəl münkiri əhli-irfan degil. 

Qəzəl bildirir şairin qüdrətin, 

Qəzəl artırır nazimin şöhrətin. 

Könül, gərçi əş’arə çox rəsm var, 

Qəzəl rəsmin et cümlədən ixtiyar 

Ki, hər məhfilin zinətdir qəzəl, 

Xirədməndlər sən’ətidir qəzəl. 

Qəzəl de ki, məşhuri-dövran ola, 

Oxumaq da, yazmaq da asan ola. 



31 

 

Əlhəq bu kəlimati-dilpəziri ki, ol binəzirdən eşitdim, məzmuni-kəlamin məhz 



nəsihət görüb, icabi-iltimasına iqdam etdim. Əmma iqtizayi-zəman kəmali- 

istiğınayə rüxsət vermədi ki, sərrafi-xirəd, nəqdi-ovqatı  sərfi-təsanifimö’təbərə 

etməkdə ikən, bu cüzviyyatə zaye’ edə. Və  şəhbazi-təbiət müəzzəm seydlər 

gözədirkən, bir müxtəsər  şikar ardınca gedə. Naçar məhmilie’tibarimdə bu ibarə 

lazımdır deyib, zəmani-tüfuliyyətimdə sadir olub, mütəfərriq olan qəzəllərdən bir 

müxtəsər divan cəm’ etmək səlahin gördüm. Və ol vəqtdə  məndən iltimasla 

alanlardan iltimasla alıb surəti-cəm’i ixtisar üzrə itmamə yetirdim. Ümmiddir ki, 

ərbabi-fəsahət və  əshabi-bəlağət müşahidə  və mütaliə  qıldıqda, mənşə’ və 

mövlidim Iraqi-Ərəb olub, təmamiyi-ömrdə  ğeyr məmləkətlərə  səyahət 

qılmadığmdan vaqif olduqda, bu illəti mucibisüquti-e’tibar bilməyələr. Və 

məhəllü məqamimə görə, rütbeyi-iste’dadimə  həqarət ilə  nəzər qılmayalar. Zira 

e’tibari-vətən iste’dadi-zatə  tə’sir etməz və topraqda yatmaq ilə tiladən cila 

getməz. Nə  əhli-bilad olmaqla nadan sahibi-qəbul olur və  nə biyabanlarda 

durmaqla dana qəbuli-vəhşət qılır. 



 

Nəzm 

 

Əgər omrha mərdome-bədsirişt, 



Bovəd həmdəme-huriyane-behişt. 

Dər on məhfele-porsəfa ruzo şəb, 

Zi Cibril xanəd fünune-ədəb, 

Bər on e’tiqadəm ke, əncame-kar, 

Nəgərdəd əzu coz bədi aşkar. 

Vəgər salha govhəre-tabnak, 

Fitəd xaro biqədr bər ruyi-xak, 

Bər anəm ke, kəmtər neşinəd ğübar, 

Ze xakəş bər ayineyi-e’tibar. 

Ço əz xak xizəd, həman govhərəst

Şəhanra bərazəndeye-əfsərəst

1



 

                                                            

1

 Pis təbiətli adam bütün ömrünü. 



Behişt hurilərilə həmdəm olsa, 

O səfalı yerdə gecə-gündüz 

Cəbraildən ədəb elmi öyrənərsə, 

Bu etiqaddayam ki, işin sonunda 

Ondan pislikdən başqa şey aşkar olmaz. 

Əgər parlaq gövhər illərcə 

Qiymətsiz olub torpaq üzərinə düşərsə, 

Inanıram ki, onun etibar ayinəsinə 

Torpaqdan toz qonar. 

Əgər torpaqdan götürülsə, yenə həmin gövhərdir 

Şahların tacının zinətinə layiqdir. 

 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə