Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə14/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   10   11   12   13   14   15   16   17   ...   72

41 

 

Əşrəqət min fələkil-behcəti şəmsün və biha, 



Mələəl-aləmə nurən və sürurən və bəha1

1



 

Çıxdı bir gün ki, ziyasında təmamiyyi-rüsul, 

Oldu məhv öylə ki, xurşid şüaində Süha. 

 

Oldu bazari-cahan rövnəqi bir dürri-yetim 



Ki, degil iki cahan hasili ol dürrə bəha. 

 

Rütbeyi-hikməti-me’raci-kəmalinə görə, 



Hükəma firqeyi-dun, fəlsəfə cəm’i-süfəha. 

 

Münhiyi-mə’rifəti hal dililə daim, 



Qılır əhli-həqə əsrari-həqiqət inha. 

 

Necə təqrir edəyin vəsfini bir şahin kim, 



Ona vəssaf ola “Yasin”u müərrif – “Taha”. 

 

Ey Füzuli, rəhi-şər’ini tut ol rahbərin, 



Bu təriqilə zəlalətdən özün eylə rəha! 

                                                            

1

  Tərcüməsi: Gözəllik fələyindən günəş doğıdu və onunla aləm gözəllik,  şadlıq və  işıqla 



doldu. 

 



42 

 

Ey olub me’rac bürhani-ülüvvi-şan sana! 



Yerə enmiş göydən istiqbal edib Fürqan sana. 

 

Heyni-də’vayi-nübüvvət müddəi ilzaminə, 



Cahil ikən el, kəmali-elm bəs bürhan sana. 

 

Kilki-hökmün çəkdi hərfi-sairi-ədyanə xət, 



Hökm isbat etdi nəfyi-sairi-ədyan sana. 

 

Baqiyi mö’cüz nə hacət əmri-həq isbatinə, 



Aləm içrə mö’cüzi-baqi yetər qur’an sana. 

 

Vəsf Cibrili-əmin etmiş qəbuli-xidmətin, 



Sirri-Həq kəşfinə ayətlə yetib fərman sana. 

 

Sənsən ol xatəm ki, dəf’ etmiş təmami-hakimi, 



Xatəmi-hökmi-risalət tapşırıb dövran sana. 

 

Ol qədər zövqi-şəfa’ət cövhəri-zatındadır 



Kim, gəlir ərzi-xəta mə’nidə bir ehsan sana. 

 

Mahi-növdür, yoxsa sən etdikdə seyri-asiman, 



Qaldırıb barmaq gətirmiş asiman iman sana. 

 

Ya nəbi, lütfün Füzulidən kəm etmə ol zaman 



Kim, olur təslim miftahi-dəri-ğüfran sana. 


43 

 

Kargər düşməz xədəngi-tə’neyi-düşmən mana,  



Kəsrəti-peykanın etmişdir dəmirdən tən mana. 

 

Eymənəm səngi-məlamətdən kim, alıb çevrəmi, 



Oldu zənciri-cünun bir qəl’əyi-ahən mana. 

 

Ondanam rüsva ki, seylabi-sirişkim çak edər, 



Zəxmi-tiğin qanı geydirdikcə pirahən mana. 

 

Dəmbədəm şəm’i-cəmalından münəvvər olmasa, 



Ey gözüm nuri, gərəkməz dideyi-rövşən mana. 

 

Hiç məskəndə qərarım yoxdurur ol zövqdən 



Kim, qaçan xaki-səri-kuyin ola məskən mana. 

 

Başda bir sərvi-sənubər vəslinin sevdası var, 



Sud qılmaz bağiban, nəzzareyi-gülşən mana. 

 

Ey Füzuli: odlara yansın büsati-səltənət! 



Yeydir ondan, Həq bilir, bir guşeyi-gülxən mana. 


44 

 

Ey mələksima ki, səndən özgə heyrandır sana, 



Həq bilir, insan deməz hər kim ki, insandır sana. 

 

Verməyən canın sənə bulmaz həyati-cavidan, 



Zindeyi-cavid ona derlər ki, qurbandır sana. 

 

Aləmi pərvaneyi-şəm’i-cəmalın qıldı eşq, 



Cani-aləmsən, fəda hər ləhzə min candır sana. 

 

Aşiqə şövqünlə can vermək ikən müşkül degil, 



Çün Məsihi-vəqtsən, can vermək asandır sana. 

 

Çıxma yarım gecələr, əğyar tə’nindən saqın, 



Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana. 

 

Padşahim, zülm edib aşiq sana zalim demiş, 



Xubrulardan yaman gəlməz, bu böhtandır sana. 

 

Ey Füzuli, xubrulardan təğafüldür yaman, 



Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana. 


45 

 

Cam içrə mey ki, dairə salmış hübab ona, 



Ayinədir ki, əks salır afitab ona. 

 

Zahid sual edərsə ki, meydən nədir murad? 



Bizdə səfadır, onda küdurət, – cəvab ona. 

 

Qan-yaş töküb yanında dönər atəşin kəbab, 



Mə’şuqə bənzər atəşü aşiq kəbab ona. 

 

Eylər könüldə əşk xətin şövqünü füzun, 



Oddan çıxar buxar, saçıldıqca ab ona. 

 

Çeşmin mərizi oldu könül, lə’ldən əm et, 



Rənci-xumarə düşdü, dəvadır şərab ona. 

 

Təklifi-cənnət eyləmə kuyində könlümə, 



Çün cənnət əhlidir, nə verirsən əzab ona? 

 

Məsduddur Füzuliyə meyxanələr yolu



Ya Rəb, hidayət eylə təriqi-səvab ona! 


46 

 

Dustum, aləm səninçin gər olur düşmən mana, 



Qəm degil, zira yetərsən dust ancaq sən mana. 

 

Eşqə saldım mən məni, pənd almayıb bir dustdən, 



Hiç düşmən eyləməz onu ki, etdim mən mana. 

 

Canü tən olduqca, məndən dərdü dağ əksik degil



Çıxsa can, xak olsa tən, nə can gərək, nə tən mana. 

 

Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən, 



Zülməti-hicr etdi çox mübhəm işi rövşən mana. 

 

Dudü əxgərdir mana sərv ilə gül, ey bağiban, 



Neylərəm mən gülşəni, gülşən sana, gülxən mana. 

 

Qəmzə tiğin çəkdi ol məh, olma qafil, ey könül! 



Kim, müqərrərdir bu gün ölmək sana, şivən mana. 

 

Ey Füzuli, çıxdı can, çıxman təriqi-eşqdən, 



Rəhgüzari-əhli-eşq üzrə qılın mədfən mana! 


47 

 

Kəmali-hüsn veribdir şərabi-nab sana, 



Sana həlaldir, ey müğıbeçə, şərab sana. 

 

Səni mələk görəli yazmaz oldu eşqi günah, 



Vəli yazıldı bu üzdən bəsi səvab sana. 

 

Ləbin sualına verməz cəvab üşşaqın, 



Sual olursa bu səndən, nədir cəvab sana? 

 

Cəza günündə sorulmaz xətalər eylədigin, 



Yetər fəğan ilə mən verdigim əzab sana. 

 

Məni qərarım ilə qoymaz oldun, ey gərdun, 



Yeridir ahim ilə versəm inqilab sana. 

 

Şüayi-cövhəri-tiğindən umma rəhm, ey dil, 



Saqınma su verə, ey təşnə, ol sərab sana. 

 

Füzuli, başına ol sərv sayə saldı bu gün, 



Ülüvvi-rif’ət ilə yetməz afitab sana. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə