Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə22/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   18   19   20   21   22   23   24   25   ...   72

96 

 

Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd



Gəh sirişki-al edər izharü gəh rüxsari-zərd. 

 

Sübhə bənzər aşiqi-sadiq, demən aləmdə kim, 



Bir nəfəs keçməz ki, çəkməz suzi-dildən ahi-sərd. 

 

Yaxşı sanma, ey könül, əhli-xirəd ətvarını, 



Olma qafil, eşq dərdindən, yaman olmaz bu dərd. 

 

Mümkün olduqca fələk mənsubəsindən qıl həzər, 



Nişə kim, xali degil bidad nəqşindən bu nərd. 

 

Zülməti-qəm iztirabin çəkməz ol azadə kim, 



Hər təəllüqdən ola xurşid tək aləmdə fərd. 

 

Ey Füzuli, kəsmə ol məhvəş vüsalindən ümid, 



Səbr qıl kim, dövr dövranı degil bihudəgərd. 


97 

 

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd



Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd. 

 

Qıl mədəd, ey bəxt, vərnə, kami-dil mümkün degil, 



Böylə kim, ol dilrüba bidərddir, mən dərdmənd. 

 

Dağılərdir odlu könlümdə qarası qopmamış, 



Ya səbati-eşq üçün od üzrə bir neçə sipənd. 

 

Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb, 



Açar ol gülrüx təbəssüm birlə lə’li-nuşxənd. 

 

Xaki-rahindən məni qaldıra bilməz sayə tək, 



Qılsa gərdun afitabın hər şüaın bir kəmənd. 

 

Cam tut, der, saqiyi-gülçöhrə, zahid, tərki-cam, 



Ey könül, fikr eylə gör kim, qansıdır tutmalı pənd. 

 

Ey Füzuli, surəti-fəqrin qəbuli-dustdur, 



Hiç dərvişi sənin tək görmədim sultanpəsənd. 


98 

 

Göz xətindən mərdümin məhv etmədən bulmaz murad



Zaye eylər hüsnünü xəttin səvad üzrə səvad. 

 

Ola bilməz çini-zülfündən cüda göz mərdümi, 



Cari olmuşdur bu adət, türrəsiz olmaz midad. 

 

Könlün ahimdən tərəhhüm surətin göstərdi, leyk 



Mövcdən su nəqşinə çox etmək olmaz e’timad. 

 

Əşkü ahim nifrəti qət’ etdi eldən ülfətim, 



Çizginən devrəmdə ya girdabdır, ya girdibad. 

 

Keçdi təndən oxların, tənha qalıb dil, dəmbədəm 



Nalələr eylər, keçən həmdəmlərin etdikcə yad. 

 

Çaki-sinəmdən könül çıxdıqca şad olsam nola, 



Oylə afətdən yaxasın qurtaran olmazmı şad? 

 

Şiveyi-şümşad qəddin görsə, eylər bağiban 



E’tidali-sərvdən, əlbəttə, səlbi-e’tiqad. 

 

Qoyma naqis əhli-dərd içrə Füzulini, təbib, 



Eylə bir dərman ki, dərdin edə gün-gündən ziyad. 


99 

 

Ey məzaqi-canə cövrün şəhdü şəkkər tək ləziz, 



Dəmbədəm zəhri-qəmin qəndi-mügərrər tək ləziz. 

 

Atəşi-bərqi-fəraqın nari-duzəx tək əlim, 



Cür’eyi-cami-vüsalin abi-kövsər tək ləziz. 

 

Şərhi-əhvalım sənə məstə nəsihət kimi təlx, 



Təlx göftarın mənə məxmurə sağər tək ləziz. 

 

Daği-eşqin dərdi zövqi-səltənət tək dilpəzir, 



Xaki-kuyin seyri fəthi-həft kişvər tək ləziz. 

 

Nola bulsam zövq göydürdükcə sinəm üzrə dağ



Əhli-dərdə dağ olur, bidərdə zivər tək ləziz. 

 

Tazə-tazə daği-dərdindir dili-suzanimə 



Filməsəl, hirs əhlinə cəm’iyyəti-zər tək ləziz. 

 

Ey Füzuli, aləmin gördüm qamu ne’mətlərin, 



Hiç ne’mət görmədim didari-dilbər tək ləziz. 


100 

 

Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur, 



Rövşən etmiş onu kim, xurşiddəndir ayə nur. 

 

Bərqi-ahim göy üzün tutmuş, sirişkim yer üzün, 



Söhbətimdən həm vühuş etmiş tənəffür, həm tüyur. 

 

Eşq rəsmi gər budur, müşkül yetər dərmanə dərd, 



Dərd əhli bizəban, bidərdlər məsti-qürur. 

 

Daği-dilsuzi-fəraqın qıldı gün-gündən füzun, 



Nuri-mah əfzun olur, xurşiddən olduqca dur. 

 

Və’deyi-vəslin çox, əmma bəxt yar olmaz, nə sud, 



Gül gətirməz, abi-şirin vermək ilə xaki-şur. 

 

Tari-zülfündürmü rüxsarında canlar məskəni, 



Ya buraxmış bir rəhi-pürpiçü xəm gülzarə mur. 

 

Ol səri-kuy itləri içrə, Füzuli, yox yerim, 



Bəs mənə matəmsəra, mən qandanü bəzmi-sürur? 


101 

 

Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir, 



Nə kim, bir gəz yanar, yandırmaq oni qeyri-mümkindir. 

 

Buraqdım zövrəqi-dil eşq bəhrinə, saqın, ey mah. 



Təməvvüc verməsin təşviş ona kim, onda sakindir. 

 

Dəhanın dürcünü xali-ləbin gözdən nihan etmiş, 



Əmanət gör ki, hindu məxzəni-lö’löyə xazindir. 

 

Qəmin kim, tökdü qanım, dildə sakin olduğun bildim 



Ki, xəlvət çəkməgin tə’siri sirri-kəşfi batindir. 

 

Cigər dağinə mərhəm oldu peykanın, bihəmdillah, 



Səadət kövkəbinə əxtəri-bəxtim müqarindir. 

 

Rüxündən nur oğurlar şəm’, başın kəssələr caiz, 



Budur bir qul sərəncami ki, sultaninə xaindir. 

 

Füzuli, xali olmaz surəti-dil dust fikrindən, 



Bu mə’nidən ki, beytüllah, deyərlər qəlbi-mö’mindir. 


102 

 

Çeşmi-surətbazimə müjgan səfi həngamədir, 



Qanə batmış hər müjəm bir şuxi-gülguncamədir. 

 

Göstərər hər dəm əlamətlər qiyamətdən qədin



Qaim etmiş həşr bürhanın, əcəb əllamədir. 

 

Ta xətin üzrə xəmi-əbrulərin sərgərmiyəm, 



Hər sözüm dərdi-dil imlasinə bir sərnamədir. 

 

Üzdə nəqşi-xuni-dil razi-nihanım faş edər, 



Şərhi-qəm təhririnə hər kiprigim bir xamədir. 

 

Dərdim oldur kim, müsəlman olmuş ol tərsabeçə, 



Küfrə olan zülmlər tə’ni bu gün islamədir. 

 

Ey səba, rəhm et kim, ol bidərd qılmış tərki-cövr, 



Çareyi-dərdi-dilim mövquf bir e’lamədir. 

 

Ey Füzuli, bulmadım rəngi-riyadən bir səfa, 



Nola gər meylim bu rəng ilə meyi-gülfamədir. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə