Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə20/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   16   17   18   19   20   21   22   23   ...   72

82 

 

Ey qübari-qədəmin ərşi-bərin başinə tac, 



Şərəfi-zatinə ədnayi-məratib me’rac. 

 

Müntəha şər’inə ədyani-təmamiyyi-rüsul, 



Bəhrsən, sairi-ərbabi-risalət əmvac. 

 

Xazini-gənci-şəfaət səni qılmış iyzəd, 



Hiç kim yox ki, sənə olmaya axir möhtac. 

 

Sünnətin məğfirət əsbabinə minhaci-hüsul, 



Ta’ətin mə’siyət əmrazinə tədbiri-ilac… 

 

Xəlqə təqlidi-sülukin səbəbi-hüsni-məaş, 



Mülkə təğyiri-təriqin əsəri-sui-mizac. 

 

Qaim olmazdı nizamü nəsəqi-əsli-vücud, 



Verməsəydin əsəri-ədl ilə dünyayə rəvac. 

 

Şükr-lillah ki, Füzulini edib daxili-feyz, 



Rəğıbətin daireyi-xovfdən etmiş ixrac. 

 



83 

 

Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc, 



Tən bulur can yenlədən ol ləfzi təkrar eyləgəc. 

Qılma, ey əfqan, gözün bidar, məsti-xab ikən, 

Olmaya bir fitnə peyda ola, bidar eyləgəc. 

Söhbətimdən ar edib, ey gül, məni tərk etmə kim, 

Gül olur əfsürdə tərki-söhbəti-xar eyləgəc. 

Varımı fikri-dəhanınla yox etdim kim, qəza 

Böylə əmr etmiş mana, yoxdan məni var eyləgəc. 

Ərzi-rüxsar et bu gün, ey məh, güm olsun göydə gün

Öylə kim əncüm olur, gün ərzi-rüxsar eyləgəc. 

Hər zəban bir tiğıdir guya Züleyxa qətlinə, 

Yusifi almaqda əhli-eşq bazar eyləgəc. 

Naleyi-zarım, Füzuli, xoş gəlir ol gülrüxə, 

Açılır gül könlü bülbül naleyi-zar eyləgəc. 



84 

 

Könlüm açılır zülfi-pərişanını görgəc, 



Nitqim tutulur qönçeyi-xəndanını görgəc. 

 

Baxdıqca sənə qan saçılır didələrimdən, 



Bağrım dəlinir navəki-müjganını görgəc. 

 

Rə’nalıq ilə qaməti-şümşadı qılan yad, 



Olmazmı xəcil sərvi-xuramanını görgəc? 

 

Çox eşqə həvəs edəni gördüm ki, həvasın 



Tərk etdi, sənin aşiqi-nalanını görgəc. 

 

Kafər ki, degil mö’tərifi-nari-cəhənnəm, 



Imanə gələr atəşi-hicranını görgəc. 

 

Naziklik ilə qönçeyi-xəndanı edən yad, 



Etməzmi həya lə’li-dürəfşanını görgəc? 

 

Sən hali-dilin söyləməsən, nola, Füzuli, 



El fəhm qılır çaki-giribanını görgəc. 


85 

 

Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac, 



Badə tut kim, illəti-ənduhə qəflətdir ilac. 

 

Fəqr mülkün tut, gər istiğınadə istərsən kəmal, 



Səltənətdən keç kim, ol vadidə çoxdur ehtiyac. 

 

Çəkmə təxtü tac qeydin, bisərü palıq gözət 



Kim, əyağə bənddir təxtü bəladır başə tac. 

 

Bir pəri zülfün tutub, xalindən alsan kami-dil, 



Tut ki, Çin mülkini tutdun, Hinddən aldın xərac. 

 

Tərkü təcrid ixtiyar et kim, diyari-eşqdə 



Fəqr bazarinə əsbabi-fənadəndir rəvac. 

 

Nəqşi-zayildir, ümuri-dəhrə qılma e’tibar, 



Olsa hasil fəqrdən hüznü qinadən ibtihac. 

 

Ey Füzuli, mən məlamət mülkünün sultaniyəm, 



Bərqi-ahim taci-zər, simi-sirişkim təxti-tac. 


86 

 

Olur qəddim düta eşqin yolunda, hər bəla görgəc, 



Təriq əhlinə adətdir təvazö, aşina görgəc. 

 

Nihan eşqimi mə’lum etsə aləm, dudi-ahimdən, 



Əcəb yox kim, gümani-gənc edər xəlq, əjdəha görgəc. 

 

Füzun olduqca eşqim gərm olur əşkim gözüm içrə, 



Əgərçi su bürudət kəsbini eylər həva görgəc. 

 

Oxun hər ləhzə kim, canım dələr, könlüm qılar əfğan, 



Be-eyni eylə kim, fəryad edər itlər, gəda görgəc. 

 

Rəvaci-nəqd nəqşi-sikkədəndir, nola qədr etsə 



Mənə el, cismi-üryanımda nəqşi-buriya görgəc. 

 

Məni-dərvişə el həm cövr edər, sən cövr qıldıqca, 



Kim eylər zülm mən’in, padihaşım, sən rəva görgəc? 

 

Füzulini yaşur, ey zə’f, məhvəşlər cəfasından 



Ki, məhvəşlər qılırlar min cəfa, bir mübtəla görgəc. 


87 

 

Ey könül, yarı istə, candan keç, 



Səri-kuyin gözət, cəhandan keç! 

 

Ya təmə’ kəs həyat zövqindən, 



Ya ləbi-lə’li-dilsitandan keç. 

 

Mülki-təcriddir fərağət evi



Tərki-mal eylə, xanimandan keç. 

 

Laməkan seyrinin əzimətin et, 



Bu xərab olacaq məkandan keç. 

 

E’tibar etmə mülki-dünyayə, 



E’tibari-ülüvvi-şandan keç! 

 

Əhli-dünyanın olmaz axirəti, 



Ey Füzuli, bu xakdandan keç! 


88 

 

Gər degil bir mah mehrilən mənimtək zar sübh, 



Başin açıb nişə hər gün yaxasın yırtar sübh? 

 

Gün degil, hər gün bir ay mehrilə köksün çak edib, 



Tazə-tazə dağılərdir kim, qılır izhar sübh. 

 

Tiği-xurşid ilə rəf’ olsa yeridir kim, müdam 



Yandırıb pərvanəyi, şəm’ə verir azar sübh. 

 

Sübhi şamü şami sübh olmuş mənəm aləmdə kim, 



Şam şəm’i-bəzm olub, ayrıldı məndən yar sübh. 

 

Gör nə aşiqdir ki, bir xurşid vəslin bulmağa 



Sərf edər hər ləhzə min-min lö’löi-şəhvar sübh. 

 

Eşqdə sadiqlik izhar etdi dağın göstərib



Qaliba derlərdi kazib, qıldı ondan ar sübh. 

 

Hicr şamında qəm etmişdi Füzuli, qəsdi-can, 



Olmasaydı mərhəmətdən dəm urub qəmxar sübh. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə