Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə16/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   12   13   14   15   16   17   18   19   ...   72

55 

 

Ey bivəfa ki, adət olubdur cəfa sana



Billah, cəfadır, olma, demək bivəfa sana. 

 

Gəh nazü gəh kirişməvü gəh işvədir işin, 



Canın sevənlər olmasa yey aşina sana. 

 

Min can olaydı kaş məni-dilşikəstədə 



Ta hər birilə bir gəz olaydım fəda sana. 

 

Eşqində mübtəlalığmı eyb edən sanır 



Kim, olmaq ixtiyar ilədir mübtəla sana. 

 

Ey dil ki, hicrə doymayıb



1

, istərsən ol məhi, 

Şükr et bu halə, yoxsa gələr bir bəla sana. 

 

Ey gül, qəmində əşk rüxi-zərdim etdi al, 



Bildirdi ola surəti-halım səba sana. 

 

Düşməz çü şah qürbi, Füzuli, gədalərə, 



Ol şəhdən iltifat nə nisbət mana, sana. 

                                                            

1

 Dözməyib 



 


56 

 

Şəb ki, miftahi-məhi-növ ola gəncinəgüşa, 



Qıla peymaneyi-gərduni cəvahirpeyma. 

 

Gizləyib çeşmeyi-xurşid suyun kuzeyi-çərx



Qətrə-qətrə qıla əncüm rəşəhatın peyda. 

 

Lalərəng ola şəfəqdən fələki-minafam, 



Dişrə salmış kimi əksi-meyi-gülgun mina. 

 

Məhi-növ camini dövrə gətirə saqiyi-dəhr, 



Əncümi-çərxə sala nəş’eyi-tə’siri-həva. 

 

Mən həm ol ruhfəza rahi



1

 tökəm sağərə kim, 

Nəxli-himmət rəşəhatından ala nəşvü nüma. 

 

Tutar olsam, nə əcəb, mey ətəgin dürd sifət, 



Eyləyibdir necə toprağ bu iksir tila. 

 

Cam dövrində, Füzuli, oxudum mey vəsfin: 



Atəşi-xirməni-qəm, abi-həyati-hükəma. 

                                                            

1

 Şərabı 


 


57 

 

Fəqr mülki təxtü, aləm tərki əfsərdir mana



Şükr lillah, dövləti-baqi müyəssərdir mana. 

 

Zülfü rüxsari xəyalilə nədir halın, demən



1

 

Öyləyəm kim, gecəvü gündüz bərabərdir mana. 



 

Hurü Tuba vəsfin, ey vaiz, bu gün az eylə kim, 

Həmdəm ol tubaqiyamü hurpeykərdir mana. 

 

Arədən, ey şəm’, çıx bir guşə tut, kim, bu gecə 



Bəzm bir xurşidtəl’ətdən münəvvərdir mana. 

 

Verdi badi-sübh bir xurşidtəl’ət müjdəsin, 



Şəmvəş vəh, kim, bu dəm ölmək müqərrərdir mana. 

 

Zahida, sən qıl təvəccəh guşeyi-mehrabə kim



Qibleyi-taət xəmi-əbruyi-dilbərdir mana. 

 

Ey Füzuli, cəm olur peyvəstə el nəzzarəmə, 



Ərseyi-dəşti-cünun səhrayi-məhşərdir mana. 

                                                            

1

 Deməyin 



 


58 

 

Şərbəti-lə’lin ki, derlər çeşmeyi-heyvan ona, 



Ol verir can dəmbədəm üşşaqəvü mən can ona. 

 

Oxlarından kim, tikən tək sancılıbdır hər tərəf, 



Gülbünidir xəm qədim, hər qönçə bir peykan ona. 

 

Xalü xətdir bilmən ol ayineyi-rüxsar üzə



Ya gözümdən əks salmış mərdümü müjgan ona. 

 

Tutma, ey qan, dəmbədəm tüğyan edib tən çakini, 



Qoy bu mənzərdən dəmi nəzzarə qılsın can ona. 

 

Bəhrə, lö’lö dişlərin vəsfin məgər, söyləy səba 



Kim, qulaq tutmuş sədəf içrə düri-qəltan ona. 

 

Saldı xəttin zövqini dil canə, qanlar uddurub, 



Tifl tək kim, oxudarlar zəcr ilə Qur’an ona. 

 

Ey Füzuli, ol sənəm əfğanına rəhm eyləməz, 



Daşə bənzər bağrı, tə’sir eyləməz əfğan ona. 

 



59 

 

Hər zaman mənzur bir şuxi-sitəmgərdir mana



Qanda olsam bir bəla həqdən müqəddərdir mana. 

 

Ol xəmi-əbruyə qılsam səcdə hər saət, nola, 



Qiblə ilə ol xəmi-əbru bərabərdir mana. 

 

Qəm degil, cismimdə gər səngi-məlamət zəxmi var, 



Şəhneyi-bazari-sevdayəm, bu zivərdir mana. 

 

Gözdə xunaludə peykanın xəyalilə xoşam, 



Hər biri, guya ki, bir bərgi-güli-tərdir mana. 

 

Zəxmlərdən min ağız açdı ədayi-şükrə kim, 



Hər oxun bir ne’məti-qeyri-mükərrərdir mana. 

 

Əql irşadilə bulmaq kam mümkündür, vəli 



Dami-rah ola həlqeyi-zülfi-müənbərdir mana. 

 

Əxtəri-bəxtim vəbalin gör ki, ol məhdən gələn 



Mehrlərdir özgəyə, cövrü cəfalərdir mana. 

 

Ey Füzuli, mənzili-məqsudə yetsəm, nə əcəb, 



Xidməti-piri-müğan irşadı rəhbərdir mana. 


60 

 

Mənim tək hiç kim zarü pərişan olmasın, ya Rəb! 



Əsiri-dərdi-eşqü daği-hicran olmasın, ya Rəb! 

 

Dəmadəm cövrlərdir çəkdigim birəhm bütlərdən, 



Bu kafərlər əsiri bir müsəlman olmasın, ya Rəb! 

 

Görüb əndişeyi-qətlimdə ol mahi, budur virdim 



Ki, bu əndişədən ol məh pəşiman olmasın, ya Rəb! 

 

Çıxarmaq etsələr təndən, çəkib peykanın ol sərvin 



Çıxan olsun dili-məcruh, peykan olmasın, ya Rəb! 

 

Cəfavü cövr ilə mö’tadəm, onlarsız nolur halım, 



Cəfasinə hədü cövrinə payan olmasın, ya Rəb! 

 

Demən kim, ədli yox, ya zülmü çox, hər hal ilə olsa, 



Könül təxtinə ondan qeyri sultan olmasın, ya Rəb! 

 

Füzuli buldu gənci-afiyət meyxanə küncündə



Mübarək mülkdür, ol mülk viran olmasın, ya Rəb! 


61 

 

Ey navəki-şövqin sipəri-sineyi-əhbab, 



Zülfün xəmi ərbabi-vəfa seydinə qüllab! 

 

Mehrabdə şəkli-xəmi-əbruyi-lətifin, 



Vacib bu cəhətdən qamuya səcdeyi-mehrab. 

 

Suzim der idim şəm’ sana eyləyə rövşən, 



Nəzzareyi-rüxsarına yox şəm’də həm tab. 

 

Xurşid cəmalından ol ay saldı niqabın, 



Sübh oldu, dur ey bəxt, nədir munca şəkərxab? 

 

Dün sübh yetirdim fələkə mövci-sirişkim, 



Qərq etdi fələk üzrə olan əncümü girdab. 

 

Saqi məgər ol lə’l sözün der meyi-nabə 



Kim, düşdü əyağinə, əlin öpdü meyi-nab?! 

 

Cəm’iyyəti-əsbabə könül vermə, Füzuli 



Kim, təfriqədir xatirə cəm’iyyəti-əsbab. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə