Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə13/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   9   10   11   12   13   14   15   16   ...   72



34 

 

Məasimu hüssadil-kəlami ə’zimətun, 



Mə’sərətuhum məhzəz-zəlaləti fil-məla. 

Təzyi’u mura’atis-sənaye’i beynəhum, 

Təsəddudu minhacəl-vusili iləl-’ula

1

 



 

Ah əz on badiyepeymaye-biyabane-həsəd, 

Ke, nədarəd dele-zolmaniyəş əz irfan nur. 

Çun ənakib be do beyti ke, behəm mibafəd, 

Xişra dide beh əz baniye-beytül-mə’mur. 

Eyb başəd həme ca mətrəhe-mədde-nəzərəş, 

Gərdəd əz gərde-həsəd dideyi-insafəş kur

2



 

Xəzandır gülşəni-irfanə hasid 

Ilahi, hasidi xar eylə daim. 

Işidir mə’rifət əhlinə azar, 

Ilahi, hasidi zar eylə daim. 

 

Və  rəhməti-eyzəd ol həlalzadeyi-pake’tiqədə kim, bu növrəs  şahidlərə 



müşahidə  qıldıqca  ə’lasının hilyeyi-təhsinlə-cəmali-kəmalinə zinət yetirə  və 

ədnasının  şaneyi-mürüvvət birlə zülfi-xətasından iqdi-üyubin çıxarub, ayineyi-

qüdrətdən seyqəl ehsanilə nöqsan ğübarin götürə. 

                                                            

1

  Tərcüməsi: Gözəl kəlama həsəd edənlərin günahı böyükdür, onların çətinliyə  uğramaları 



aydıncasına azğınlıqlarındandır. Onların arasında sənətkarlığa riayət etməyərək yüksəliş 

yolunu bağılarlar. 

2

 Tərcüməsi: Vay paxıllıq çölündə gəzən və qara könlü irfandan işıqlanmayanın əlindən. O, 



hörümçək tək iki beyti biri-birinə toxuduqda özünü Beytül-məmur binasını tikəndən 

üstünsanır. Onun nəzəri hər yerdə nöqsan axtarır. Paxıllıq tozu onun insaf gözünü kor 

etmişdir. 



35 

 

 



 

 

 



 

 



36 

 

 



 

 



37 

 

Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!



1

 

Saliki-rahi-həqiqət eşqə eylər iqtida. 



 

Eşqdir ol nəş’eyi-kamil kim, ondandır müdam 

Meydə təşviri-hərarət, neydə tə’siri-səda. 

 

Vadiyi-vəhdət, həqiqətdə, məqami-eşqdir 



Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda. 

 

Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmi 



Aşiqi mə’şuqdən, mə’şuqi aşiqdən cüda. 

 

Ey ki, əhli-eşqə söylərsən: məlamət tərkin et! 



Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-Xuda? 

 

Eşq kilki çəkdi xət hərfi-vücudi-aşiqə 



Kim, ola sabit həq isbatında nəfyi-maəda. 

 

Ey Füzuli, intihasız zövq buldun eşqdən



Böylədir hər iş ki, Həqq adilə qılsan ibtida. 

                                                            

1

 Eşq aşiqlər üçün hidayət yolunu işıqlandırdı. 




38 

 

Ya mən əhatə elmükəl-əşya’ə külləha, 



1

Nə ibtida sənə mütəsəvvir, nə intəha. 

 

Kim versə can yolunda, bulur xaki-məqdəmin. 



Guya ki, xaki-rahinədir nəqdi-can bəha. 

 

Sənsən qılan məzahiri-ümmidü bim, edib 



Musayı elm gənci, əsasini əjdəha. 

 

Səndən bulubdur Əhmədi-mürsəl məqami-qürb, 



Təhsini-“Ya’vü “sin” ilə təşrifi-“Ta”vü “ha”. 

 

Yə’qubdə nişaneyi-şövqin qəmü ələm, 



Yusifdə nəş’əyi-nəzərin bəhcətü bəha. 

 

Bulmazdı, qəhrin açmasa xani-siyasətin



“Həl min məzid”

2

 löqməsinə duzəx iştəha. 



 

Ya rəb, bəlayi-qeydə Füzuli əsirdir, 

Ol bidili bu dami-küdurətdən et rəha. 

                                                            

1

Tərcüməsi: Ey elmi bütün şeyləri əhatə edən.  



2

 Tərcüməsi: Yenə varmı? 

 



39 

 

Ya Rəb, həmişə lütfünü et rəhnüma mana, 



Göstərmə ol təriqi ki, getməz sana, mana. 

 

Qət’ eylə aşinalığm ondan ki, qeyridir, 



Ancaq öz aşinalərin et aşina mana. 

 

Bir yolda sabit et qədəmi-e’tibarimi 



Kim, rəhbəri-şəriət ola müqtəda mana. 

 

Yox məndə bir əməl sənə şayistə, ah əgər 



Ə’malimə görə verə ədlin cəza mana. 

 

Xövfi-xətadə müztəribəm, var ümid kim, 



Lütfün verə bəşarəti-əfvü əta mana. 

 

Mən bilməzəm mənə gərəgin, sən həkimsən, 



Mən’ eylə, vermə, hər nə gərəkməz sana, mana. 

 

Oldur mənə murad ki, oldur sənə murad, 



Haşa ki, səndən özgə ola müddəa mana. 

 

Həbsi-həvadə qoyma Füzulisifət əsir, 



Ya Rəb, hidayət eylə təriqi-fəna mana! 


40 

 

Zəhi, zatın nihanü ol nihandan masiva peyda, 



Bihari-sün’ünə əmvac peyda, qə’r napeyda. 

 

Büləndü pəsti-aləm şahidi-feyzi-vücudundur, 



Degil bihudə olmaq yox ikən ərzü səma peyda. 

 

Kəmali-qüdrətin izhari-hikmət qılmağa etmiş 



Qübari-tirədən ayineyi-gitinüma peyda. 

 

Dəmadəm əks alır mir’ati-aləm qəhrü lütfündən, 



Onunçün gəh küdurət zahir eylər, gəh səfa peyda. 

 

Gəhi toprağə eylər hikmətin min məhliqa pünhan, 



Gəhi sün’ün qılır topraqdən min məhliqa peyda. 

 

Cahan əhlinə ta əsrari-elmin qalmaya məxfi, 



Qılıbdır hikmətin küffar içində ənbiya peyda. 

 

Nişani-şəfqətindir kim, olur izhari-həmdinçün



Füzuli tirə təb’indən kəlami-canfəza peyda! 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə