Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə15/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   11   12   13   14   15   16   17   18   ...   72

48 

 

Riştədir cismim ki, dövri-çərx vermiş tab ona



Mərdümi-çeşmim düzər hər dəm düri-sirab ona. 

 

Sayeyi-zülfün şəbistanındadır şəm’i-rüxün, 



Necə yetsin qədr ilə xurşidi-aləmtab ona? 

 

Dürdi-mey tək ğərqeyi-xunaə gördüm könlümü, 



Gör nə gəldi başına, netdi şərabi-nab ona. 

 

Qaməti-xəm birlə bir əhli-kəramətdir qaşın, 



Daş olur, əlbəttə, gər baş əgməsə mehrab ona. 

 

Çeşmini əhli-nəzər qəsdinə tə’yin eyləyən, 



Nazü qəmzəndən mühəyya eyləmiş əsbab ona. 

 

Tərləmiş rüxsar ilə xublar açarlar könlümü, 



Gör nə gülşəndir ki, atəşdən verərlər ab ona. 

 

Silki-əhli-halə çəkmiş zahidi əşki-riya, 



Mis kimi kim, sim qədrin buldurur simab ona. 

 

Ey Füzuli, qalmamış qovğayi-Məcnundan əsər, 



Qaliba, əfsaneyi-eşqin gətirmiş xab ona. 


49 

 

Eşq ətvarın müsəlləm eylədi gərdun mana, 



Bunca kim, yeldi-yügürdü, yetmədi Məcnun mana. 

 

Qıldı məndən rəf’ təklifi-nəmazi məstlik, 



Qaldı bərhəq nəş’eyi-cami-meyi-gülgun mana. 

 

Bağiban, gər meyl qılman sərvinə, mə’zur tut, 



Sərvdən yeyrək gəlir ol qaməti-mövzun mana. 

 

Dustlar, qan-yaş töküb qıldı məni rüsvayi-xəlq



Vəh ki, düşmən çıxdı axir dideyi-pürxun mana. 

 

Olmazam, hər qanda kim olsam, giriftar olmadan, 



Bir bəladır göz, bir afətdir dili-məhzun mana. 

 

Ey Füzuli, navəki-ahimlə aldım intiqam, 



Dönə-dönə gərçi bidad etdi çərxi-dun mana. 


50 

 

Qəm diyarında əcəl peyki güzar etməz mana, 



Yox sanıb varım məgər kim, e’tibar etməz mana. 

 

Yar cövr etməz mana, əğyar tə’lim etmədən, 



Billah, əğyar eyləyən ehsanı yar etməz mana. 

 

Dağıdır hər ləhzə rəxti-eyşimi ahim yeli



Qansı nahəq zülmdür kim, ruzigar etməz mana. 

 

Eşq zövqilə xoşam, tərki-nəsihət qıl, rəfiq, 



Mən ki, tiryakimizacəm, zəhr kar etməz mana. 

 

Çərxdən aşurmadan yadinlə ahi-atəşin, 



Qədr edib gərdun şərərdən zər nisar etməz mana. 

 

Nəqdi-can taraci-qəmdən saxlamaq düşvardır, 



Eşq ta səngi-məlamətdən həsar etməz mana. 

 

Yadi-lə’linlə Füzuli gözləyib rahi-ədəm, 



Var bir tədbiri, əmma aşikar etməz mana. 


51 

 

Canımın cövhəri ol lə’li-gühərbarə fəda, 



Ömrümün hasili ol şiveyi-rəftarə fəda. 

 

Dərd çəkmiş başım ol xali-siyəh qurbanı, 



Tab görmüş tənim ol türreyi-tərrarə fəda. 

 

Gözlərimdən saçılan qətreyi-əşkim gühəri 



Ləblərindən tökülən lö’löi-şəhvarə fəda. 

 

Çak sinəmdə olan qanlı cigər parələri 



Məst çeşmində olan qəmzeyi-xunxarə fəda. 

 

Parə-parə dili-məcruhi-pərişanimdən 



Səri-kuyində olan hər itə bir parə fəda. 

 

Canü dil qeydini çəkməkdən özüm qurtardım, 



Canı cananəyə etdim, dili dildarə fəada. 

 

Ey Füzuli, nola gər saxlar isəm canı əziz, 



Vəqt ola kim, ola ol şuxi-sitəmkarə fəda. 


52 

 

Qəmdən öldüm, demədim hali-dili-zar sana, 



Ey güli-tazə, rəva görmədim azar sana! 

 

Iç meyi-nab ki, bağrından edər cümlə kəbab



Atəşi-eşq ilə üşşaqi-cigərxar sana. 

 

Meyi-gülgündə degil nərgisi-məstin əksi, 



Qədəh olmuş, göz açıb, aşiqi-didar sana. 

 

Arizin gül-gül edibdir meyi-gülgun tabi, 



Vəh ki, bir güldən açılmış neçə gülzar sana. 

 

Bağə seyr et bu rüxi-lə’l ilə kim, qönçəvü gül 



Göstərə xuni-dilü dideyi-xunbar sana. 

 

Der idim qamətinə sərv, vəli özgə imiş 



Hərəkatü rəvişü şivəvü rəftar sana. 

 

Əgilib tərfi-binaguşinə, dərdi-dilimi 



Ya o tağın deyə, ya türreyi-dəstar sana. 

 

Mən giriftarinəmü fitnədən olman azad



Hiç kim olmasın, ey şux, giriftar sana. 

 

Lə’li-nabin həvəsi bağrımı qan eylədigin, 



Ah kim, qanlı yaşım qılmadı izhar sana. 

 

Ey Füzuli, fələkin var səninlə nəzəri 



Kim, qəmü möhnətini verdi nə kim var sana. 


53 

 

Qəmzəsin sevdin, könül, canın gərəkməzmi sana? 



Tiğə urdun, cismi-üryanın gərəkməzmi sana? 

 

Atəşin ahimlə eylərsən mənə təklifi-bağ, 



Bağiban, gülbərgi-xəndanın gərəkməzmi sana? 

 

Yelə vermə dağıdıb hər yan, ayaqlardan götür, 



Ey pəri, zülfi-pərişanın, gərəkməzmi sana? 

 

Ey kəmanəbru, rəqibə vermə qəmzəndən nəsib, 



Ox atarsan daşə, peykanın gərəkməzmi sana? 

 

Yandırıb canım, cahansuz etmə bərqi-ahimi



Asiman, xurşidi-rəxşanın gərəkməzmi sana? 

 

Küfri-zülfündən məni mən’ eyləmək layiqmidir, 



Sufi, insaf ilə imanın gərəkməzmi sana? 

 

Tutalım kim, əşk seylabinə yoxdur e’tibar, 



Ey Füzuli, çeşmi-giryanın gərəkməzmi sana? 


54 

 

Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana, 



Zərrəcə qət’i-məhəbbət etmədin, rəhmət sana! 

 

Saxlama nəqdi-qəmi-eşqini, ey can, zahir et 



Kim, verim həbsi-bədəndən çıxmağa rüxsət sana. 

 

Çareyi-behbudimi sordum müalicdən, dedi: 



Dərd, dərdi-eşqdir, mümkün degil sihhət sana. 

 

Tutaram yarın qiyamətdə, həbibim, damənin, 



Məstsən qəflət şərabından, bu gün möhlət sana. 

 

Eşq əhlin atəşi-hicranə eylərsən kəbab, 



Dönə-dönə imtəhan etdim, budur adət sana. 

 

Incidir naləm səni, vəh nola gər bir tiğ ilə 



Çeşmi-cəlladın edə ehsan mənə, minnət sana. 

 

Səndə dün gördüm, Füzuli, meyli-mehrabü nəmaz, 



Tərki-eşq etməkmi istərsən, nədir niyyət sana? 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə