Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə17/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   13   14   15   16   17   18   19   20   ...   72

62 

 

Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab, 



Zahir etmiş ol məhi-dəllakə eyni-intisab. 

 

Dəmbədəm təhriki-tiğindən bulur başlar səfa, 



Öylə kim, su mövc urub zahir qılır hər dəm hübab. 

 

Hər səri-muyimdə bir baş olsa muyi-sər kimi, 



Kəssə varın, tiği-xunrizindən etmən ictinab. 

 

Kəşfi-əsrari-məlamət cövhəri-tiğindədir 



Kim, alır başlardakı sevda cəmalından niqab. 

 

Qüssəsindən başımın qıl kimi incəlmiş tənim 



Kim, tənimlə tiği ortasında başimdir hicab. 

 

Tiği-çapük seyrinə ahuyi-Çin dersəm nola, 



Seyr qıldıqca tökər səhrayi-Çinə mişki-nab. 

 

Muyi-jülidəmlə tiğindən ümidim kəsməzəm, 



Ey Füzuli, xali olmaz bərqi-lame’dən səhab! 


63 

 

Sübh salıb mah rüxündən niqab



Çıx ki, təmaşayə çıxa afitab! 

 

Rişteyi-canım yetər et bir gireh, 



Salma səri-zülfi-səmənsayə tab. 

 

Məst çıxıb, salma nəzər hər yana, 



Görmə rəva kim, ola aləm xərab. 

 

Kəsmə nəzər canibi-üşşaqdən, 



Naleyi-dilsuzdan et ictinab. 

 

Şamlər əncüm sayıram sübhədək, 



Ey şəbi-hicrin mənə ruzi-hesab. 

 

Duzəxə girməz sitəmindən yanan, 



Qabili-cənnət degil əhli-əzab. 

 

Saldı ayaqdan qəmi-aləm məni, 



Ver mənə qəm dəf’inə, saqi, şərab! 

 

Rəhm qıl üftadələrin halinə, 



Hiç gərəkməzmi sənə bir səvab? 

 

Yar sual etsə ki, halın nədir, 



Xəstə Füzuli, nə verərsən cəvab? 


64 

 

Qaliba bir əhli-dil toprağidir dürdi-şərab 



Kim, qılıb hörmət, binalər dutmuş üstündə hübab. 

 

Bərqü baran sanma kim, gördükdə ahü əşkimi, 



Bilməzəm nəmdir mənim, ağılar mənə, yanar səhab. 

 

Ey soran halım, bu istiğına sualindən nə sud; 



Halım eylərsən sual, əmma eşitməzsən cəvab. 

 

Dəşti-qəmdə xaki-qəbrim üzrə sərvi-girdbad 



Çəksə baş, ol sərvdən su kəsmə, ey seyli-sərab. 

 

Yetməyib vəslinə sən Leylivəşin, bir ömrdür 



Mən kimi Məcnun olub səhrayə düşmüş afitab. 

 

Ol büt əbrusin qoyub mehrabə döndərmən üzüm, 



Qoy məni, zahid, mana çox vermə Tanriçün əzab. 

 

Nəqdi-ömrün bir sənəm eşqində sərf etdin təmam, 



Ey Füzuli, ah, əgər səndən sorulsa bu hesab! 


65 

 

Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb



Rəsmdir fəsli-bəhar olmaq bərabər ruzü şəb. 

 

Gün ki, sayən düşdüyü yerdən durar, bir vəchi var, 



Gəlsə aliqədrlər, fəqr əhli durmaqdır ədəb. 

 

Olmadan meyxaneyi-eşqində məsti-cami-zövq, 



Düzmədi bəzmi-fələkdə Zöhrə qanuni-tərəb. 

 

Cənnəti-vəslindir ol məqsəd ki, iman əhlinə 



Qılsa həq ruzi cəhənnəm atəşi, oldur səbəb. 

 

Qaliba məqsəd vüsalındır ki, dün gün durmayıb, 



Çərx sərgərdan gəzər, bilməz nədir rəncü tə’əb. 

 

Bəsteyi-zənciri-zülfündür nəsimi-tərmizac, 



Təşneyi-cami-vüsalındır mühiti-xüşkləb. 

 

Qılma feyzi-ne’məti-vəslin Füzulidən diriğ, 



Yoxdur özgə məqsədi, səndən səni eylər tələb. 


66 

 

Sən üzündən aləmi rövşən qılıb saldın niqab, 



Yazıya

1

 salsın bu gündən böylə nurin afitab. 



 

Sən nə nuri-paksən, ey məzhəri-sün’i-ilah, 

Kim, alır şəm’i-rüxündən nur mehrü mahitab. 

 

Əks ruyin suya salmış sayə, zülfün toprağa, 



Ənbər etmiş toprağın adın, suyun ismin gülab. 

 

Yeldə bulmuş buyi-zülfün, suda əksi-arizin 



Kim, yeli bağrına basıb, suya göz dikmiş hübab. 

 

Lə’lgun meydir əlində sağəri-simin ilə, 



Ya nigini-lə’ldir, rəşki-ləbindən oldu ab? 

 

Kilki-qüdrət lövhi-sinəmdə səni qılmış rəqəm, 



Eyləyib məhbublər məcmuəsindən intixab. 

 

Ey Füzuli, hər əməl qılsan xətadır, qeyri-eşq, 



Budurur mən bildigim, “vəllahü ə’ləm bis-səvab”

2

 



                                                            

1

 Səhraya 



2

 Tərcüməsi: Doğrusunu Allah daha yaxşı bilər. 




67 

 

Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib, 



Gör nə cahildir, yonar daşdan öziçün bir rəqib. 

 

Qaşların yayi bir ox lütf eyləmiş hər aşiqə, 



Mən həm ondan eylərəm bir ox təmənna, ya nəsib. 

 

Tutiyayi-xaki-payin feyzinə yol bulmasam, 



Nuri-çeşmim, eyb qılma, kor olur derlər qərib. 

 

Müztəribdir çareyi-dərdimdə, vəh kim, bilməyib



Bir dəvasız dərdə uğratmış özün miskin təbib. 

 

Bərqi-ahimdən evim hər guşə bulmuş rəxnələr, 



Gəl gör, ey gül, kim, giriftari-qəfəsdir əndəlib. 

 

Ey mənə səbr et deyən, hali-dilimdən bixəbər, 



Eşq olan yerdə nədir aram, ya neylər şəkib? 

 

Ey Füzuli, incimə səndən təğafül qılsa yar, 



Rəsmdir kim, göstərə əhbabə istiğına həbib. 


68 

 

Ol ki, hər saət gülərdi çeşmi-giryanım görüb, 



Ağılar oldu halimə, birəhm cananım görüb. 

 

Eyləyən tə’yini-əczayi-müdava dərdimə, 



Tərk edib, cəm etmədi, hali-pərişanım görüb. 

 

Lalərüxlər göksümün çakinə qılmazlar nəzər, 



Hiç bir rəhm eyləməzlər daği-pünhanım görüb. 

 

Tut gözün, ey dudi-dil, çərxin ki, devrin tərk edib



Qalmasın heyrətdə, çeşmi-gövhərəfşanım görüb. 

 

Pərtövi-xurşid sanmın yerdə kim, devri-fələk, 



Yerə urmuş afitabın, mahi-tabanım görüb. 

 

Suda əksi-sərv sanmın, kim qoparıb bağiban 



Suyə salmış sərvini, sərvi-xuramanım görüb. 

 

Ey Füzuli, bil ki, ol gül arizin görmüş degil, 



Kim ki, tə’n eylər mənim çaki-giribanım görüb. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə