Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə8/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   4   5   6   7   8   9   10   11   ...   72

19 

 

nəş  çıxdı” fikri onun üslubuna xas olan şərtlərdən biri kimi paralelizmlə  və 



gümanlı  bədii sual tərzində ifadə edilir. Yəni ulduzların yoxa çıxması  qəzəl 

boyunca “sadiq aşiq” kimi təsvir və  tərənnüm edilən “sübh”ün yeni əlamətləri 

kimi verilir: 1. Batan ulduzlardır, yoxsa eşq  əsiri olan sübhün tökdüyü inci göz 

yaşları?! 2. Çıxan günəşdir, yoxsa sübhün çəkdiyi ahdan toplanan atəş?! “Günəş 

şüaları”nın obrazlı şəkildə mənalandırılması. Nəvaidə: “Kun şuoiy xatlari ermaski 

tutmuş motamim, Yuzii anjum tirnoği birla kilib afqor subx” (Tərcüməsi: 

(görünən) günəş  şüasının xətləri deyildir: sübh mənə matəm tutub, ulduzların 

dırnağ ilə üzünü cırmışdır). Gözəldir, obrazlar yüksək dərəcədə inkişaf etmiş 

poetik abstraksiyanın məhsuludur: ulduzların iti görünən ucluqları  dırnaqlara, 

günəş şüaları isə (onlar sübh vaxtı qıpqırmızı olurlar!) sübhün üzündən axan qana 

bənzədilir. Adama elə  gəlir ki, “günəş  şüaları”nı yenidən mənalandırıb orijinal 

obrazlar yaratmaq imkanı tükənmişdir. 

Füzulini oxuyanda isə bu qənaətdən  əl çəkməli olursan; çünki o tamamilə 

təzə, inandırıcı  təsəvvür yaratmaq xüsusiyyətinə görə  Nəvaininkindən geri 

qalmayan maraqlı bir obraz yaratmışdır: 

 

Bir müsəvvirdir ki, zərrin kilk ilə hər gün çəkər 



Səfheyi-gərdunə nəqşi-arizi-dildar sübh. 

 

Yəni: Sübh elə bir rəssamdır ki, hər gün qızılı  qələmlə sevgilinin üzünün 



şəklini fələyin səfhəsinə (səmaya) çəkir. 

Göründüyü kimi, mərkəzi anlayışlar hər iki şair tərəfindən başqa-başqa 

obrazlarla ifadə edilmişdir. Nəvai beytində sübh aşiqin dərdinə  şərik olan, ona 

matəm tutan şəxs, Füzulidə isə rəssam kimi təqdim olunur; “şüalar” Nəvaidə qana, 

Füzulidə qızılı rəngli qələmlərə bənzədilir. Hər iki şairin obrazlarında predmetlərə 

böyük rəssam baxışı, rəssam zövqü, müşahidəsi ilə yanaşıldığ duyulmaqdadır. 

Nəvai və Füzuli şeirlərində müqayisəyə  gələn, müqayisəsi, haqqında 

danışdığmız məsələ baxımından düşündürücü nəticələr doğuran xarakterik 

nümunələr çoxdur. Burada dilin obrazlılıq səviyyəsini  şərh etmək məqsədilə 

apardığmız kiçik müqayisələr bir daha belə bir fikri əsaslandırmağa xidmət edir 

ki, dil və üslubunun zənginliyi, sənətkarlığının mükəmməlliyi xüsusilə  bədii 

abstraksiyanın inkişaf səviyyəsi cəhətindən Füzulini kiminsə  məktəbinə aid 

etmək, kiminsə təsiri altına salmaq doğru deyildir. 

 

*** 

 

İctimai inkişafın yüksək pilləsində olan dillər mücərrəd məfhumları bildirən 



sözlərlə  zəngin olur. Azərbaycan dili bu cəhətdən  ərəb və fars dillərindən geri 

qalmır. Amma XVI əsrdə belə sözlərin əksəriyyəti hələ ədəbi 




20 

 

dilin malı olmamışdı. Əslində, Füzulinin demədiyi, lakin “türk ləfzilə ikən nəzmi-



nazik”i “düşvar” edən səbəblərdən biri bu idi. Deməli, ana dilində gözəl və mənalı 

yazmaq istəyən  şairin qarşısına obyektiv çətinliklər çıxmaya bilməzdi. Bu 

səbəbdən də, Füzuli, obraz yaradıcılığında üç dilin materialına isnad etsə də, türk 

sözünü obraz səviyyəsinə qaldırarkən öz təxəyyülünə xüsusi güc verməli 

olmuşdur. 

Füzuli dilində obrazlılığın xüsusiyyətlərindən bəhs edərkən belə bir cəhət 

diqqəti cəlb etməlidir: konkret predmet (canlı  və cansız) məfhumunu bildirən 

sözlərlə digər konkret əşyaların (xüsusən, insanın) obrazı yaradılır. Yəni ocaq, 

qönçə, quş, atəş, sayə, sübh və s. sözlərlə “insan” anlayışı nəzərdə tutulur. 

Həmin cəhəti geniş miqyasda izlədikdə məlum olur ki, Füzuli dili mücərrəd və 

konkret məfhum bildirən sözlərin obrazlılıq məqamında bir-birinə “çevrilməsi”, 

bir-birinin vəzifəsini daşıması baxımından məhdudiyyət bilmir, nəinki cansız 

predmetlər  şəxsləndirilir, canlı  əşya məfhumunu ifadə edir; hətta sırf mücərrəd 

olan məfhumlar da reallaşdırılıb konkretləşdirilir, konkret əşya məfhumları ilə 

əlaqələndirilir. Füzuli dilində  çıxış nöqtəsi buradan başlanan saysız-hesabsız söz 

birləşmələri vardır ki, onlar yuxarıdakı şərtlər zəminində meydana çıxmış və təkcə 

şairin bədii ifadə yaradıcılığında deyil, bütün əsrin  ədəbi dilində ulduzlar kimi 

sayrışmaqdadır. 

Füzulinin fərdi dil üslubunu həmin ifadələrsiz təsəvvür etmək mümkün deyil. 

Çünki onlar həm  ədəbi, həm də  bədii cəhətdən dilin cövhəridir, keyfiyyət 

nişanəsidir, dərin zəkanın, incə hissiyyatın məhsuludur; sısqa təfəkkürə 

epiqonçuluğa, istedadsızlığa qarşı real “əşyayi-dəlil”dir. Bəzi faktlara müraciət 

edək. 

Şair “Mən səngi-məlamətəm, sən – atəş” misrasında Məcnunun atasını (həmin 



sözlər onun nitqindəndir) “bəla daşı”, Məcnunu isə “od” adlandırırsa

1

, biz heyran 



oluruq, amma təəccüblənmirik. Ona görə ki, həmin obraz (“səngi-məlamət”) 

əvvəlki nümunələrdəkiləri xatırladır; Bəlkə də xalq dilində “daş” sözünün iştirakı 

ilə formalaşmış birləşmələr (elçi daşı, çaxmaqdaşı, çəki daşı  və s.) beynimizdə 

müəyyən assosiasiya doğurur və obrazın qavranılmasına kömək edir. Halbuki 

bunu şairin işlətdiyi “rəxti-eyş” (hərfən: sevinc paltarı) tərkibi haqqında söyləmək 

olmaz. Çünki bu tərkib klassik Şərq  şeri fonunda o birisindən fərdi görünür, 

Füzulinin təxəyyülünün nəticəsidir. 

Hərfi mənada tərkibin məzmununu qavramaq çətindir: “sevinc”in də “paltar”ı 

olarmı? Indi isə kontekstdə baxaq: 

 

Dağıdır hər ləhzə rəxti-eyşimi ahim yeli, 



Qanğ nahəq zülmdür kim, ruzgar etməz mana

                                                            

1

 Lakonik obrazdır, məntiqi güclüdür. Müqayisə et: dərdli ata və  bədbəxt oğul yaxud 



ümumiyyətlə, ata-övlad münasibəti və çaxmaq daşından törəyən od (qığılcım). 

 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə