Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə6/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   2   3   4   5   6   7   8   9   ...   72

15 

 

və  təkrarolunmaz görünür? Yəqin ki, suallara cavab verərkən formal məntiqin 



sillogizmlər sxeminə uyğun olaraq bənzəyən və bənzədiləni müəyyən edib təşbeh 

ünsürünün ixtisar edildiyini söyləmək kifayət deyildir. Füzuli bənzətmələri, 

istiarələri ona görə mükəmməldir ki, sözün abstraktlaşdırma və ümumiləşdirmə 

xarakterini maksimum dərəcədə əks etdirir. 

Yığcam və ümumiləşdirilmiş idrak fəaliyyətində  bənzətmə mühüm rol 

oynayır. Bənzətmə müqayisə tələb edir. Müqayisə, qarşılaşdırılan tərəflərin (əşya, 

hadisə, proses) əlamət və xüsusiyyətlərinin ya qismən, ya da tamamilə birindən 

digərinə ötürülməsi, köçürülməsi deməkdir. Lakin bu “köçürülmə” öz-özünə baş 

vermir. Müqayisə olunub bənzədilən tərəflər arasında ilkin mərhələdə mütləq 

əlaqələndirici sözlər iştirak edir, tədricən həmin sözlər ixtisara düşür. Deməli, 

bənzətmə  əvvəlcə bütöv fikir kimi cümlə  şəklində ifadə olunur, aha sonra isə 

ixtisarlara uğrayaraq obraza çevrilir. Müfəssəl təşbehlərdən mükəmməl təşbehlərə 

doğru inkişafın mənzərəsi bunu aydın göstərir. Məsələn, aşıq şerindən “Gözlərin 

ceyrandı  sənin...” misrası  məlumdur. Burada “ceyran” obrazı, idrak baxımından 

uğursuz olsa da (ayrılıqda gözlə ceyran arasında bənzəyiş yoxdur), lüğəvi-

semantik və qrammatik cəhətdən eyni model, eyni quruluş  zəminində meydana 

çıxmış, get-gedə bəzi sözlərin ixtisarı öz işini görmüşdür (“Sənin gözlərin ceyran 

gözü kimidir...”). Elə buradaca abstraksiya doğulur, – ixtisar olunan hər dil ünsürü 

konkretlikdən, müəyyənlikdən, “öz payını” aparır. Belə olmasaydı, sözlərdən 

şəkilçilər yaranmazdı, bir nitq hissəsi digərinə keçməzdi, bütövlüklə sabit 

qrammatik quruluş  təşəkkül tapmazdı. Yazıçılar bir-birindən, hər  şeydən  əvvəl, 

məhz bu cəhətə – ayrı-ayrı söz-obrazların abstraksiya və ümumiləşdirmə 

dərəcəsinə, bədii təxəyyülün səviyyəsinə görə fərqlənirlər. Əbəs deyil ki, XX əsrin 

dahi fizika alimi A.Eynşteyn üçün sənətkarlarda və onların  əsərlərində  bədii 

təxəyyülün inkişaf səviyyəsi böyüklüyün yeganə meyarı idi. 

Füzuli dünyaya filosof-rəssam gözü ilə baxır. Dünyadakı  şeylərin, hadisə, 

proses və münasibətlərin üzvi əlaqəsini də, onların oxşar  əlamətlərini də görür. 

Amma “yüz ölç, bir biç” prinsipinə sadiq qalıb, böyük həssaslıq, dəqiqlik göstərir. 

Adətən, onun obrazları  hər hansı  əlamətə (xüsusiyyətə) yox, ən qabarıq,  ən 

spesifik və həlledici əlamətə, yaxud əlamətlər toplusuna istinad edir; həm də şair 

bu zaman xalqın yaddaş  və  təsəvvürünün təcrübəsini mütləq nəzərə alır. Hiss 

olunur ki, o hər hansı obrazın dildə necə iz buraxacağını, təfəkkürdə necə 

rezonans verəcəyini ətraflı düşünür. Füzulinin orijinallığ da bundadır. 

Füzuli obrazları  əksər hallarda həyatın ictimai-fəlsəfi məna və  məqsədinə, 

insanın mənəviyyatına yönəlmiş olur. Ona görə  də onları düzgün qavramaq 

hazırlıq tələb edir. 

Məsələn, “ocaq” sözünü götürək. Bu söz-obraz altında şair düşünən, mübarizə 

edən, amma şirin arzularına yetməyib əzab-əziyyətə düçar olan 




16 

 

insanı  nəzərdə tutarkən nə  qədər düşünüb-daşınmalı idi ki, oxucular onu (onun 



bədii qayəsini) düzgün anlasınlar! Axı, “insan” və “ocaq” sözləri tamam ayrı-ayrı 

məfhumları əks etdirir. Demək, oxşar əlamətlər tapmaq vacibdir. Həmin məqsədlə 

şair obrazı ibarəli formaya salır; “insan – yanar olacaqdır” fikrini ifadə etmək 

üçün tabeli mürəkkəb cümlə qurub, “ocaq” sözünü baş cümlənin xəbəri yerində 

işlədir və onu budaq cümləsindəki sözlər vasitəsilə aydın  şərh edir: “Bir ocağız 

biz ki, suzandır dərü divarımız”. Yəni, biz elə ocağıq  ki, qapı və divarımız daim 

od içindədir (insan cismən ona görə bir ocağa bənzəyir ki, məsələn, döş qəfəsinin 

divarları iç üzdən qan və  ya  od  kimi  qırmızıdır; bədənin  əsas qapısı  ağızdırsa, 

dodaqlar da od rəngini andırır). 

Obraz yaradıcılığında ərəb və fars sözlərindən istifadə etmək zərurət olsa da, 

türk sözləri hesabına  şairin yaratdığ obrazlar o dövrün ədəbi dilində yeniliyi, 

təravəti və dərinliyi ilə misilsizdir. 

“Leyli və  Məcnun” həzəcinin dar qəliblərinə geniş, siqlətli fikirlər 

yerləşdirmək üçün sözü bədii mücərrədləşdirmə yolu ilə obraza çevirmək istedadı 

Füzuliyə çox kömək etmişdir. Məsələn, Leylinin özü haqqında dediyi sözlərə 

diqqət edək: “Mən bir quşam, uçdum aşiyandan...” yaxud: “Qönçə kimiyəm məni-

pərişan, Ağızım dutulu, içim dolu qan”. Zahirən hər şeyi Leyli özü deyir: özünü 

quşa, qönçəyə  bənzədir. Amma burada oxucunu öz bədii qüdrəti ilə sarsıdan 

inandırıcılıqdır, bədii həqiqətlə həyat həqiqətinin dəmir yolları kimi axıradək qoşa 

gəlməsidir. 

Yeri gəlmişkən, obrazın obrazlarla (obrazlı sözlərlə, ifadələrlə)  şərhi, yəni 

tamamlanması, daha da qüvvətləndirilməsi bədii dildə Füzulinin böyük 

nailiyyətidir, onun şeir dilinin “ali riyaziyyat”ıdır. Bu məsələdə Füzuli bir çox 

sələflərindən və xələflərindən üstündür. 

Məcaziliklə  əlaqədar olaraq, Füzuli dilində mücərrədləşdirmə  və 

ümumiləşdirmə sistem halındadır. Həmin xüsusiyyətlər ayrı-ayrı sözlərdən 

başlayıb, söz birləşmələrinə  və cümlələrə (misra və beytlərə) sirayət edir. Ona 

görə  də  bəzən ayrı-ayrı sözlərdən bəhs olunsa da, obrazın məzmununu, 

obrazlılığın təbiətini misra, yaxud beyti bütünlüklə təhlil etmək nəticəsində açmaq 

mümkündür. Çünki bədii təxəyyülün hərarəti bütün təsvir və ifadə vasitələrinə 

eyni dərəcədə hopmuşdur. 

 

Xaki-rahindən məni qaldıra bilməz sayə tək



Qılsa dərdun afitabın hər şüaın bir kəmənd. 

 

Beyt bütövlükdə “vəfa”, “sədaqət” anlayışlarını obrazlı şəkildə ifadə edir. Və 



ya: 

“Surətin əksin alıb, bağa girər hərdəm su, 

Rəşkdən qan içirir bərgi-güli-rə’nayə”. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə