Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə3/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   2   3   4   5   6   7   8   9   ...   72

 

     



      Məgər qan içmək ilə əsrümüş nərgislərin, vər nə, 

 

Burada məna aydındır. İstanbul  nüsxəsində qədim Azərbaycan sözü olan “əsrük” 



kəlməsi “məst” ilə əvəz olunduğu üçün beyt əsl mənasını itirmişdir. 

İstanbul  nüsxəsindəki təhriflərin müəyyən hissəsi mətnə şairin dilinə yabançı olan 

bəzi kəlmələrin artırılmasından ibarətdir. Bu təhriflər mənaya təsir etdiyi kimi, şairin 

dil xüsusiyyətlərini də pozmuşdur. Məsələn, İstanbul  nüsxəsində oxuyuruq: 

 

Rəhm et iştə dili-dərviş çəkən ahlərə 

Ki, gəda ahi əsər eylər olur şahlərə. 

 

Bizim nüsxədə belədir: 



 

Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərə 

Ki, gəda ahi əsər eylər olur şahlərə. 

 

Yenə də Füzulinin İstanbul  çapında belə bir beyt vardır: 



 

Demə Fərhad qanın tökmüş ancaq eşq şəmşiri

Bənim gör qanlu yaşım həm ki, həp ol macəradəndir. 

 

Burada “həp” kəlməsi nəzəri cəlb edir. Füzuli, “iştə” kimi, bu kəlmənidə heç bir 



yerdə  işlətməmişdir. Həm də bu söz fikri yaxşı ifadə etmir. “Həm ki, həp” ifadəsi 

qulağa yaxşı gəlmədiyi kimi, tarixi həqiqəti də pozmuş olur. Bizim nüsxədə isə beyt 

belədir: 

 

Demə Fərhad qanın tökmüş ancaq eşq şəmşiri, 



Mənim gör qanlu yaşım kim, bu həm ol macəradəndir. 

 

Yaxud  İstanbul  nüsxəsində çox yerdə  şairin “bilmən”, “gəlmən”, “görmən”, 



“alman”, “demən” və s. ifadələri “bilməm”, “gəlməm”, “görməm”, “almam”, “deməm” 

və s. şəklində yazılmışdır (məs.: 142-6; 145-13; 151-10; 154-13 və s.) 

Çap nüsxələrindəki təhriflərin çoxu Füzuli şerinin bədii məntiqinin mənasını 

pozur, onu anlaşılmaz bir şəklə salır. 

Məsələn, İstanbul  nüsxəsində oxuyuruq: 

 

Dili-zarimdə dərdi-eşq gün-gündən füzun olmaq 



Yetən bidərdə tədbir ilə dərman etdigimdəndir. 

 

Deməli,  şairin ürəyində  eşq dərdi onun üçün gün-gündən artır ki, o hər yetən 



dərdsizə  dərman edir. Aydındır ki, burada məntiqi  əlaqə pozulmuşdur.  Əvvəla, 

dərdsizin dərmana ehtiyacı olmaz, həm də özgəsinə dərman etmək adamın öz dərdini 

artırmaz. 

 



 

Bizim nüsxədə isə beyt belədir: 



 

Təni-zarimdə dərdi-eşq gün-gündən füzun olmaq 

Yetən bidərd tədbirilə dərman etdigimdəndir. 

 

Burada məna aydındır. Dərdsiz adamların tədbirilə dərman etdiyindən şairin dərdi 

daha da artır. 

 

Yenə də İstanbul  nüsxəsində oxuyuruq: 



 

Fəqihi-mədrəsə mə’zur tut anınla eşq etsə, 

Yox özgə elminə inkarımız, bu elmə cahildir. 

 

Aydındır ki, birinci misra məntiqsizdir, ikinci misra ilə də heç bir əlaqəsi yoxdur. 



Bizim nüsxədə beytin ilk misrası belədir: 

 

Fəqihi-mədrəsə mə’zurdur inkari-eşq etsə… 

 

Bu zaman beytin mənası aydın olur. Fəqih eşqi inkar etsə üzürlüdür, çünki o, eşqdə 



cahildir. 

İstanbul  nüsxəsində oxuyuruq: 

 

Hər tərəf əşklərimdir görünən, ya yığılıb 

Gəldi su xəlqi sirişkim suyu nəzzarəsinə.

 

 

Burada göz yaşları ilə “su xəlqi” arasında münasibətin nədən irəli gəldiyi 



aydın deyildir. Lakin Füzuli belə yazmamışdır. 

Bizim nüsxədə beyt belədir: 

 

Hər tərəf əkslərimdir görünən, ya yığılıb 

Gəldi su xəlqi sirişkim suyu nəzzarəsinə. 

 

Indi məna aydındır.  Şair burada bədii bir lövhə yaradır; o, o qədər göz yaşı 



tökmüşdür ki, ətrafını su almışdır, odur ki, hər yana baxanda öz əksini görür, onun 

şəkli suya düşür. O soruşur:  ətrafımda görünən mənim  əkslərimdir, ya göz 

yaşımın tamaşasına yığılmış su adamlarıdır? 

İstanbul  nüsxələrində yazılır: 

 

Zahida, gör sinə çakin şö’ləsin, bizdən saqın, 

Bir ocağız biz ki, sudandır dərü divarımız. 

 

Burada sinə çakinin şöləsilə dərü divarın su olması arasında heç bir münasibət 



yoxdur, çünki beyt təhrif olunmuşdur. Bizim nüsxədə isə belədir: 

 

Bir ocağız biz ki, suzandır dərü divarımız… 




10 

 

İstanbul  nüsxəsində yazılır: 



 

Saxlamazdım navəkin gözdən, bəlasın çəkmişəm, 

Bəsləməzdim su verib ol nəxli-kami barsız. 

 

Beytdə məna yoxdur. Bizim nüsxədə isə belədir: 



 

Saxlamazdım navəkin gözdə, bəlasın çəkməsəm, 

Su verib ol nəxli bəslərdimmi olsa barsız? 

 

Beytin əsl poetik mənası da budur. 



İstanbul  nüsxəsində oxuyuruq: 

 

Bilirmi dövləti-vəslin bulan məğrur olan aşiq, 



Vəfa rəsmin sanır düşvar, asan olduğun bilməz. 

 

Beytdən məna çıxmır, çünki ilk misra bundan sonra gələn beytin ilk 



misrası ilə qarışmışdır. Bizim nüsxədə isə belədir: 

 

Qılır təqsir, edüb bir lütf hər dəm könlüm almaqdan



Vəfa rəsmin sanır düşvar, asan olduğun bilməz. 

 

Burada hər şey aydındır. 

Biz belə misraların sayını xeyli artıra bilərdik. Lakin göstərdiklərimiz də 

kifayətdir. 

Beləliklə, Füzuli “Divan”ının 1924-cü il nəşrinin nə  qədər nöqsanlı olduğu 

aydınlaşır. Bu nöqsanlar Daşkənd çapında da vardır. Daşkənd naşirləri Füzulinin 

əsərlərini dəyişib Nəvai dilinə yaxın bir şəkildə çap etmişlər. Təbriz çaplarında isə 

qələt daha çoxdur. Azərbaycan sözləri düz olsa da, son əsrin dil xüsusiyyətlərinə 

uyğunlaşdırıldığından, ifadələrin bir çoxu dəyişdirilmişdir. 

Sankt-Peterburq nüsxəsində də səhv çoxdur. Burada ən adi ifadələr 

belə təhrif edilmişdir ki, bu da katibin Azərbaycan dilini bilməməsindən irəli 

gəlir. 


Bütün bunlar Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Institutundakı 

Füzuli “Divan”ının elmi əhəmiyyətini aydınlaşdırır. Odur ki, Füzuli 

əsərlərinin elmi nəşrində  və birinci cildin tərtibində,  əsas nüsxə olaraq, həmin 

əlyazmasından istifadə edilmişdir. 



 

 

 

Həmid Araslı 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə