167
Roky dağlarına doğru bütün ərazilərdə mövcud idi. Bu ərazinin
böyüklüyünə baxmayaraq, Şimali Amerikanın Fransadan olan
sakinlərinin sayı 1763-cü ildə (bu zaman artıq ərazilər Böyük
Britaniyaya verilmişdi) yalnız 65 min nəfərdən ibarət idi.
243
Fransa işğalının ilk illərində ərazilər Fransa şirkətləri olan
Rouen Company, Montmorency Company, New France
Company kimi şirkətlərin, eləcə də Yüz Partnyorun (One
Hundred Associates) əlində idi.
244
İlk əvvəl şirkətlər məskunlaşdırmada maraqlı deyildilər və
əslində əks çıxırdılar. Çünki bu siyasət onların ticarət
maraqlarına
zidd
idi
və
ticarət
işlərinə
qarışırdı.
Məskunlaşmanın çətin şərtləri, ölkənin sərt iqlimi və hinduların
antaqonizmi
də
məskunlaşmanın
nailiyyətlərinə
olan
maneələrdən idi. Həmin zamanın kolonial siyasəti, hansı ki,
doğma ölkə üçün istifadə olunan xammal materialının istehsalı
məqsədilə koloniyaların yaradılması ideyasına əsaslanırdı,
ətrafa geniş yayılan kolonial icmaların aktiv genişlənməsini
rəva görmürdü.
245
Fransanın zaman-zaman cəlb olunduğu çoxlu sayda
müharibələr də Yeni Fransada koloniyalara qarşı diqqəti
azaldırdı və fransız emigrantlar əlverişli zamanlar üçün praktiki
olaraq özlərinin qadağaları ilə üzləşirdilər. Belə şəraitdə frnsız
emiqrantlar öz dini liderləri (hansı ki, məskunlaşanların mənəvi
mübarizəsinin qorunmasında böyük əlaqələrin yaranmasını
təmin
edirdi)
tərəfindən
nəcibcəsinə
dəstəklənir
və
cəsarətləndirilirdilər. Yeni Fransada ilk real təşəbbüs o zaman
atıldı ki, Çampleyn öz diqqətini Akadiyadan (Acadia) 1608-ci
ildə Müqəddəs Lavrenti vadisinə doğru yönəltdi. Kvebekdə 27
243
Immigration History of Canada. The Quebec History Encyclopedia.
http://faculty.marianapolis.edu/c.belanger/quebechistory/encyclopedia/Immi
grationHistoryofCanada.htm
244
Yenə orada.
245
Yenə orada.
168
nəfərdən ibarət olaraq koloniya yaradıldı.
246
Run şirkəti (The
Rouen Company), hansı ki, bu zaman nəzarətdə idi,
Şampleynin siyasətinə qarşı çıxış etdi. Bu şirkət Montmorensi
şirkəti (Montmorency Company) tərəfindən əvəz olundu, lakin
situasiya bununla da dəyişmədi. Məskunlaşanların bir neçəsi
ruhdan düşərək Fransaya geri döndülər.
247
1627-ci ildə Yeni
Fransa şirkəti, yaxud da Yüz Partnyor (One Hundred
Associates) təşkil olundu. Yeni Fransaya 200 emiqrantdan
ibarət səyahət təşkil edili. Bu ekspedisiya Müqəddəs
Lavrentidə Kirke tərəfindən əsir götürüldü və Çampleyn
İngiltərəyə aprıldı. O vaxt orada o, Yeni Fransanın maraqları
üçün işlədi və Kvebek 1632-ci ildə Fransaya qayıdan zaman,
müstəmləkə
bərpa
edildi.
Çampleyn
1633-cü
ildə
koloniyaçılarla geri döndü. Çampleyn 1635-ci ildə vəfat
etdikdən sonra, Yeni Fransanın əhalisi 85 nəfərdən ibarət idi.
248
Yüz Partnyor şirkətinə Labradordan Floridaya qədər və
Atlantik okeanından Huron gölünə qədər olan ərazidə
səlahiyyətlər verildi. Bu ərazilər üzərində praktiki olaraq
onların suveren hakimiyyətləri var idi. Bu şirkət 15 il ərzində 4
min nəfəri Canadaya köçürülməsinə razılıq əldə etdi.
Köçürülənlər şirkət tərəfindən evlə və lazımi vasitələrlə təmin
edilirdi.
Koloniyaçılar
burada
yerləşdilər,
torpaqların
təmizlənməsi və əkib-becərilməsi ilə məşğul olmağa başladılar.
Koloniyaçılar çətinliklərlə üzləşdilər və 1641-ci ildə yalnız 300
nəfər torpaqlar üzərində məskunlaşa bildilər. 1641-ci ildə 200-
300 nəfər arası şəxs Montreal adasında məskunlaşdı. Lakin
246
Immigration History of Canada. The Quebec History Encyclopedia.
http://faculty.marianapolis.edu/c.belanger/quebechistory/encyclopedia/Immi
grationHistoryofCanada.htm
247
Yenə orada.
248
Yenə orada.
169
onlar hindularla müəyyən problemləri yaşadılar.
249
1644-cü
ildə Üç çay (Three Rivers) şirkəti yaradıldı, lakin nəticədə
hinduların hücumları sayəsində kiçik nailiyyət əldə etdilər. Bu
zaman koloniyalarda ən böyük problem qadınlarla bağlı
kəsirlərdən ibarət idi. Fransada diqqətlə qadınların seçilməsi
siyasəti həyata keçirildi və kolonistlər üçün həyat yoldaşı
etmək üçün koloniyalara aparıldı. Məskunlaşdırma səylərinə
baxmayaraq, beləliklə, 1663-cü ildə koloniyalarda fransız
əhalinin sayı yalnız 2500 nəfərə çatdırıldı. 1663-cü ildə Yüz
Partnyor şirkətinin adamdaşıma reysi bağlandı və iki ildən
sonra aktiv kolonizasiya siyasətində daha çox davam gətirən
Talon şirkəti gəlib çıxdı. Bu şirkət hər il koloniyaya 300
nəfərin gətirilməsini qərara aldı. Lakin dəniz səyahəti zamanı
uğursuzluq baş verdi və Yeni Fransaya çatmazdan öncə
gələnlərin dörddə biri məhv oldu.
250
Kolonizasiya prosesində
həlledici hadisə kimi Carignan-Salières Alayından 1000 nəfər
əsgərin yerləşdirilməsi oldu. Onlar əhali tərkibi üçün həlledici
element rolunu oynadılar. Köçənlər üçün 100 frank pul, hər il
üçün təminat, o cümlədən paltar və kənd təsərrüfatı alətləri vəd
olundu. Əkin üçün toxumlar da verildi.
251
Ticarəti inkişaf
etdirmək yolu ilə koloniyanın iqtisadi əsaslarını gücləndirmək
üçün cəhdlər olundu. Fransa Qərbi Hindistanı ilə ticarət
əlaqələrini qurmaq üçün 1666-cı ildə gəmiqayırma tətbiq
olundu. (Qeyd: Fransa Qərbi Hindistanı dedikdə, karib
hövzəsindəki
Antil
adalarında
yerləşən
və
Fransa
hakimiyyətində olan yeddi ərazi nəzərdə tutulur-ing. French
West Indies or French Antilles; frans. dil. Antiles françaises).
1665-1673-cü illər arasında koloniyalara min nəfər qadın
gətirildi. Koloniya əhalisinin təbii yolla artımı siyasətinə
249
Immigration History of Canada. The Quebec History Encyclopedia.
http://faculty.marianapolis.edu/c.belanger/quebechistory/encyclopedia/Immi
grationHistoryofCanada.htm
250
Yenə orada.
251
Yenə orada.
Dostları ilə paylaş: |