177
1914. Müharibə Tədbirləri Aktı qəbul olundu. Bu sənəd
hökumətə həbs etmək, tutub saxlamaq və deportasiya etmək
barədə geniş səlahiyyətlər vermiş oldu. “Düşmən yadelli” lər
qeydiyyatdan keçmək məcburiyyətində qaldı və bir çox
məhdudiyyətlərə məruz qaldılar. Müharibənin gedişində 8-9
min nəfər “düşmən yadelli” tərksilah olunub, ölkə daxilində
saxlanıldı. Onlardan çoxu işçi qüvvəsinə olan ehtiyaclardan
irəli gələrək azadlığa buraxıldılar.
1915-1919. Müharibə zamanı çox məhdud immiqrasiya
həyata keçirildi.
1917. Müharibə zamanı Seçkilər Aktı qəbul olundu. Akt
1902-ci ildən etibarən vətəndaşlıq əldə etmiş “düşmən
yabançı” ölkələrdən olan şəxslərin vətəndaşlıq hüquqlarını
əlindən aldı.
1917. İmmiqrasiya və Kolonizasiya İdarəsi yaradıldı.
1918. Dünya Sənaye İşçiləri və digər 13 sosialist və
anarxist qrup qeyri-qanuni elan edildi. Şurada finlər, ruslar,
ukraynalılar, macarlar və almanların istifadə etdikləri nəşrləri
qadağan edən sərəncam verildi.
1918-1919. Müharibənin sonunda
qayıdan əsgərlərə iş
təklif etmək üçün iş yerlərini boşaltmaq
üçün immiqrantlar bəzi
iş yerlərindən məhrum olundular.
1919. İmmiqrasiya Departamentinin nəzdində Qadın
Bölməsi yaradıldı. Öz ərindən savayı digər şəxslərlə cinsi
əlaqəyə girən immiqrant qadınlar (faişəliklə məşğul olanlar,
qeyri-qanuni yolla uşaq dünyaya gətirənlər) işlərindən
uzaqlaşdırılırdılar və deportasiya olunurdular.
1921. Siyahıyaalma. Kanadanın əhalisi 8,787,949 nəfər
təşkil etmiş və onun 22 faizi immiqrantlardan ibarət olmuşdur.
İmmiqrantların 44 faizini qadınlar təşkil etmiş, onlardan 3 faizi
Çinli qadınlar, 32 faizi isə italyanlar olmuşlar. İmmiqrantların
82 faizi 10 il və daha çox Kanadada yaşayanlardan ibarət
olmuşdur. İmmiqrantların 52 faizi Britaniya adalarında
doğulmuşlar idilər. 19 faiz ABŞ doğumlu, 5 faizi isə Rusiya