170
üstünlük verildi. Artım müxtəlif yollarla həyata keçirildi.
Məskunlaşanların Fransaya qayıtmalarına əngəllər törədilməyə
başladı. 1715-1730-cu illər arasında koloniyanın əhalisi 19 min
nəfərdən 34 min nəfərə qədər yüksəldi. Becərilən torpaqların
sahəsi artdı. Qərbi Hindistanla ticarət əlaqələri gücləndirildi.
Lakin kolonizasiya prosesləri ağır şəraitlər ucbatından çox ləng
gedirdi. 155 il ərzində əhali cəmisi 65 min nəfərə çatmışdı.
252
1763-cü ildə Şimali Amerkada fransızların məskunlaşması
prosesləri ingilislərin əlinə keçdi. Çox keçmədi ki, böyük bir
axın
başladı.
Xüsusilə,
Şotlandiyanın
şimalından
və
İrlandiyadan gələnlər üstünlük təşkil etdilər. Bu immiqrantların
böyük
əksəriyyəti
cənubdakı
İngiltərə
koloniyalarına
yerləşdilər. İrlandlar əsasən Nyufaundlenddə məskunlaşdılar.
Onların əksəriyyəti sonralar Nova Scotiada, Prins Edvard
adasında yaşayış əldə etdilər. 17-19-cu əsrlər boyu köçürülmə
davam etdi. 18-ci əsrdə gəmiqayırma sənayesi inkişaf etdi.
Yeni şirkətlər təsis olundu və Kanada ərazisində dəmiryolları
inkişaf etməyə başladı.
17-ci əsr boyu və 18-ci əsrin çox böyük bir hissəsi Avropa
kolonial administrasiyaları Kanadanın meydana gələcəyini
yalnız müşahidələr altında saxlayaraq, meydana gələn
qəsəbələri prioritet olaraq nəzərə almırdılar. Fransız, yaxud da
Britaniya hökumətləri ilk əvvəl külli miqdarda pul sərf etməyə
və yaxud da məskunlaşmaya təşviq etmək məqsədilə enerji
ehtiyaclarını ödəmək üçün hazırlıqsız görünürdülər.
253
Nə də
Yeni Dünyaya miqrasiya etmək Fransa və İngiltərədə
populyarlıq qazanmamışdı. Sonradan isə siyasət dəyişməyə
başladı və kolonial səlahiyyətlilər böyük diqqətlə və tədricən
Kanadada məskunlaşma həyata keçirməyə başladılar. Ümid
252
Immigration History of Canada. The Quebec History Encyclopedia.
http://faculty.marianapolis.edu/c.belanger/quebechistory/encyclopedia/Immi
grationHistoryofCanada.htm
253
Immigration. İmmigration to New France.
http://www.thecanadianencyclopedia.ca/en/article/immigration
171
etməyə başladılar ki, köç edənlər suveren şəkildə kolonial
torpaq iddialarının zəmanətçiləri olacaqlar, yerli əhalini
xristianlaşdıracaqlar, tez-tez Avropa sərmayədarları adından
təbii resursları istismar edəcəklər.
254
Yaşayış qəsəbələri heç bir
çətinlik olmadan artmağa başladı. Yeni Fransanın əhalisi
Britaniya işğalı dövründə (1759-1760) 65 min nəfər təşkil etdi.
Yeni Şotlandiyaya köçürülmüş Şotland icması Alman və İsveç
köçkünləri tərəfindən əlavə olundu və 1700-cü illərin
sonlarında İrlandiyalı köç edənlər Nyufaundland əhalisini
gücləndirdi.
255
Baxmayaraq
ki,
Britaniyanın
qələbəsi
Fransadan miqrasiyaya son qoydu, lakin bi hadisə ingilisdilli
immiqrantların dalğasına yeni impulslar vermədi. İngilisdillilər
az maraq göstərirdilər. Kanadada sonradan loyal immiqrasiya
meydana gəldi. Amerikada baş verən inqilab Kanadada
məcburi köçkünə çevrilmiş inglisdilli protestantların sayını
artırdı. Birləşmiş İmperiya Loyalları adlanan bu qrup böyük
siyasi qaçqınlar qrup idi. Onlar Kanadanı ikinci vətən hesab
edirdilər.
256
XIX əsr boyu xüsusilə, Kanadanın Qərbində
yerləşən koloniyalar əzablı, zəif və qeyri-sabit inkişaf edən
iqtisadiyyat dövrünə qədəm qoyur. Rəsmi olaraq İngiltərədən,
Şotlandiyadan və ABŞ-dan olan immiqrantlar kənd təsərrüfatı
üçün faydalı olan torpaqları ələ keçirir və yeni kommersiya və
inzibati rayonlar yaratmaqla möhkəmlənirdilər. 1848-ci ildə
Avropadan Şimali Amerikaya böyük miqrasiya axını baş verdi.
Avropadan gələnlər içərisində irlandlar üstünlük təşkil edirdilər
və onlar Kanadada sosial-iqtisadi dəyişikliklər yaratdılar.
İrlandiyalılar Kanadada ilk ən böyük immiqrasiya dalğasını
təşkil edirdilər. Kanada şəhərləri və böyük rayonları tezliklə
254
Immigration. İmmigration to New France.
http://www.thecanadianencyclopedia.ca/en/article/immigration
255
Yenə orada.
256
Immigration. The Loyalist İmmigration.
http://www.thecanadianencyclopedia.ca/en/article/immigration
172
İrlandiyalıların qəyyumluq bölmələri kimi inkişaf etməyə
başladı.
257
1891-1902-ci illər arasında Kanadaya gələn immiqrantların
sayı 437,830 nəfər təşkil edirdisə, 1903-1914-cü illər arasında
bu rəqəm 2,677,319 nəfər təşkil etdi. 1905-ci ildə Saskatçevan
və Alberta əyalətləri yaradıldı. Böyük Britaniyadan daha çox
immiqrant gəlməyə başladı. 26,560 nəfər Britaniya əsgəri
Kanadada məskunlaşdırıldı. Britaniya hökuməti tərəfindən
1922-ci ildə akt qəbul olundu və bu sənəd emiqrantlara
maliyyə və hazırlıq köməyini nəzərdə tuturdu. Kanadaya 1923-
1934-cü illər arasında daxil olanların sayı 1,194,382 nəfər
təşkil etmişdt. İmmiqrasiya nəticəsində Kanadaya təqribən 50
müxtəlif xalqın nümayəndəsi köç etmişdir.
258
1930-cu illərin
depressiyası
Kanada
hökumətini
miqrasiyanı
məhdudlaşdırmağa məcbur etdi və məhdud sayda icazə verildi.
Kanada həmçinin Şərq miqrasiyası ilə də üzləşdi.
Yaponiya, Çin və Şərqi Hindista burada mühüm rolları
oynadılar. Çinlilər ilk dəfə 1848-ci ildə Kaliforniyadan
Britaniya Kolumbiyasına ayaq basdılar. 1887-ci ildən isə
Yapon köçü başladı. Şərqli miqrantlar başlıca olaraq Britaniya
Kolumbiyasında məskunlaşmışlar. 1886-1934-cü illər arasında
Kanadaya köç edən çinlilərin sayı 90,345 nəfər təşkil etdi.
1941-ci ilin siyahıya alınmasına görə, çinlilərin sayı 34,627
nəfərdən ibarət idi. 1901-1934-cü illər arasında Kanadaya daxil
olan yaponların sayı 24,840 nəfər təşkil etmişdir. 1941-ci ildə
23,149 nəfər olmuşdur. 1905-1934-cü illər ərzində Şərqi
257
Immigration. The Great Western Migration.
http://www.thecanadianencyclopedia.ca/en/article/immigration
258
Immigration History of Canada. The Quebec History Encyclopedia.
http://faculty.marianapolis.edu/c.belanger/quebechistory/encyclopedia/Immi
grationHistoryofCanada.htm
Dostları ilə paylaş: |