152
olan Mexiko ilə sərhədlənən ştatların (Arizona, Yeni Mexiko
və Texasın böyük bir hissəsi) sərhədləri yenidən təşkil olundu.
-1917-1924 qanunvericiliyi: yeni immiqrantların gələcək
say məhdudiyyətini nəzərdə tutan çoxlu sayda hüquqi aktlar
qəbul olundu. Bu sənədlər kvota sisteminin əsasını qoydu və
pasport tələblərini irəli sürdü. Sənədlər ölkədən xaric oluna
bilən əcnəbi kateqoriyalarını genişləndirdi və yaponlardan
başqa bütün asiyalıların gəlişini qadağan etdi.
-1924-cü il aktı: milli mənşə amilinə görə onlara ayrılan
ABŞ immiqrasiya vizalarının sayını azaltdı.
-1940-cı il Əcnəbilərin qeydiyyat Aktı: ABŞ vətəndaşı
olmayan bütün əcnəbilər üçün ABŞ ərazisində hökumət
tərəfindən qeydiyyata alınmanı tələb edirdi və Əcnəbi Qəbulu
Qeydiyyatı Kartının (Alien Registration Receipt Card) –indiki
“Green Card”-alınmasını tələb edirdi.
-1950-ci il: Daxili Təhlükəsizlik Aktının qəbul edilməsi.
Əcnəbi Qəbulunun Qeydiyyatı Kartını daha da dəyərli
edirdi. İmmiqrantların məskunlaşmasının baza olaraq qanuni
əsaslarını tanıyan “Green card” təsdiq olunurdu.
-1952-ci il Aktı: ABŞ miqrasiya sisteminin müasir
əsaslarını qoydu. Bu sənəd hər bir ölkə üzrə kvota sisteminin
əsasını qoydu.
-1968-ci il Aktı: Doğum yerinə, irqinə, cinsinə və rezi-
densiyaya görə ABŞ immiqrasiyasındakı diskriminasiyanı
aradan qaldırırdı. Bu sənəd həmçinin ABŞı-ın Şərq
immiqrasiyasına qoyduğu məhdudiyyətləri aradan qaldırırdı.
-1980-ci il Aktı: qaçqınların qəbulunu əhatə edən əsas
siyasətin əsaslarını qoyurdu.
-1986-cı il Aktı: ABŞ-da qeyri-leqal immiqrasiyanın
azaldılmasına yönəldilib. Bu sənəd yüzlərlə qeyri-leqal
immiqrasiyanın leqallaşdırılmasını təmin edirdi. 1986-cı il Aktı
ümumən 1986-cı il immiqrasiya amnistiyası kimi tanınır.
-1990-cı il Aktı: immiqrantların müəyyən kateqoriyalarına
illik limiti müəyyən edirdi. Sənəd həmçinin ixtisaslı
153
immiqrantların ABŞ biznesində iştirakını əsaslandırırdı. Təhsil,
maliyyə, peşə baxımından immiqrantların yardımlarının
əsaslarını müəyyən edirdi. Eləcə də immiqrant investor
proqramının əsasını qoyurdu.
-ABŞ Patriot Aktı: ABŞ-ın vahidliyinin və güclənməsinin
təmin olunması məqsədilə terrorizmi cilovlayan və qarşısını
alan müvafiq alətlərin təchiz edilməsini nəzərdə tuturdu.
-2003-cü ildə USCİS (United States Citizenship and
İ
mmigration Services)-in yaradılması: 2003-cü il mart ayının
1-ə kimi ABŞ immiqrasiya və vətəndaşlıq xidməti Milli
Təhlükəsizlik Departamentinin (Department of Homeland
Security) tərkib hissəsinə çevrilir. USCİS – ABŞ Vətəndaşlıq
və İmmiqrasiya Xidməti – immiqrasiya xidmətlərini həyata
keçirir: vətəndaşlıq istəyənlər və daimi məskunlaşanlar, qeyri-
immiqrantlar üçün ərizələr qəbul edir. Sğınacaq axtaranlar və
qaçqınlar üçün xidmətləri və digər bu kimi xidmətləri həyata
keçirir.
194
ABŞ-da immiqrantların tərkibi və Meksikalıların
immiqrasiyası. 2012-ci ilin məlumatına əsasən ABŞ-da
təqribən 41 milyon nəfər immiqrant yaşayır. Bütün dünya üzrə
immiqrantların təxminən 20 faizi bu ölkənin payına düşür.
195
Amerika İctimaiyyəti Sorğusunun
(American Community
Survey) verdiyi məlumata əsasən, 2012-ci ildə ABŞ-da
yaşayan immiqrantların sayı ölkə əhalisinin 13 faizini (ölkənin
əhalisi 313,9 milyon nəfərdən ibarət olmuşdur) təşkil etmişdir.
194
USA Immigration History. Significant Historic Dates in
U.S.İmmigration.
http://www.rapidimmigration.com/1_eng_immigration_history.html
195
Chiamaka Nwosu, Jeanne Batalova, and Gregory Auclair. Frequently
Requested Statistics on Immigrants and Immigration in the United States.
28 april 2014. http://www.migrationpolicy.org/article/frequently-requested-
statistics-immigrants-and-immigration-united-states
154
Təkcə 2011-2012-ci illər arasında xarici doğumlu vətəndaşların
sayı 447,000 nəfər artmışdır.
196
Belə bir ümumiləşdirici statistika var ki, 1970-ci ildə ABŞ-
da 9,6 milyon nəfər (ölkə əhalisinin 5 faizi), 1980-ci ildə 14,1
milyon nəfər (ölkə əhalisinin 6 faizi), 1990-cı ildə 19,8 milyon
nəfər (ölkə əhalisinin 8 faizi), 2000-ci ildə 31,1 milyon nəfər
(ölkə əhalisinin 11 faizi), 2012-ci ildə isə 40,8 milyon nəfər
(ölkə əhalisinin 13 faizi) immiqrantın yaşadığı qeyd olunur.
197
1960-cı ildə ABŞ-da İtalyan doğumlular bütün immiqrant-
ların 13 faizini təşkil etmişdir. Onların ardınca isə Almaniya və
Kanada doğumlular təşkil etmişdir.
198
2012-ci ilə görə ABŞ immiqrantlarının 51 faizi qadınlardan
ibarət olmuşdur. İmmiqrantların orta yaşı 42,6 ildən ibarətdir.
Yerli vətəndaşların isə orta yaşı 35,9 ildir. Bu baxımdan da
xaricdə doğumlular daha yaşlı hesab olunurlar.
199
ABŞ-da immiqrasiya prosesləri XXI əsrdə güclənmişdir və
yeni
mərhələyə
qədəm
qoymuşdur.
ABŞ-da
yaşayan
immiqrantların
30
faizi
2000-2009-cu
illərdə
ölkəyə
gələnlərdən ibarət olmuşdur. Tək yeddi faizini 2010-cu ildən
bu yana daxil olanlar təşkil edir.
200
2012-ci ilin məlumatına
görə ABŞ-ın beş böyük ştatı immiqrantların sayına görə öndə
olmuşdur: Kaliforniya (10,3 milyon nəfər-ştat əhalisinin 27
faizi), Nyu-York (4,4 milyon nəfər-ştat əhalisinin 23 faizi),
Texas (4,3 milyon nəfər), Florida (3.7 milyon nəfər), Nyu Cersi
(1,9 milyon nəfər-ştat əhalisinin 21 faizi). Florida və Nevadada
isə immiqrantların sayı ştatların əhalsinin hər birində 19 faizini
196
Chiamaka Nwosu, Jeanne Batalova, and Gregory Auclair. Frequently
Requested Statistics on Immigrants and Immigration in the United States.
28 april 2014. http://www.migrationpolicy.org/article/frequently-requested-
statistics-immigrants-and-immigration-united-states
197
Yenə orada.
198
Yenə orada.
199
Yenə orada.
200
Yenə orada.
Dostları ilə paylaş: |