Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə50/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   46   47   48   49   50   51   52   53   ...   72

155 
 
təşkil  etmişdir.
201
 2000-2012-ci  illər  arasında  immiqrantların 
sayının  artdığı  ən  böyük  ştatlar  bunlar  olmuşdur:  Kaliforniya 
(1,4  milyon  nəfər),  Texas  (1,4  milyon  nəfər),  Florida  (1,1 
milyon nəfər), Nyu-York (560 min nəfər), Nyu Cersi (407 min 
nəfər).
202
  
ABŞ-da  Latın  amerikalılar,  xüsusilə  meksikanlar  (2012-ci 
ilin  məlumatına  əsasən,  İspan  və  ya  Latın  Amerikalı  mənşəli 
immiqrantların sayı 18,9 milyon nəfərdən ibarət olmuşdur. Bu, 
ümumi  immiqrantların  46  faizi  deməkdir.
203
 İmmiqrantların 
böyük  əksəriyyətini  təşkil  etməkdədir.  (Qeyd:  2012-ci  ilin 
məlumatına  əsasən,  ABŞ-ın  təxminən  232  milyon  nəfəri-5  və 
ondan  yuxarı  yaşda  olanlar-  (əhalinin  79  faizi)  ingilis  dilində 
danışırlar.  Ondan  sonrakı  21  faiz  əhali  (61,9  milyon  nəfəri) 
digər  dillərdə  danışır:  Təqribən  62  milyon  nəfərin  62  faizi- 
ispan  dilində,  5  faizi  -Mandarin  və  Kantonez  dilləri  də  daxil 
olmaqla, Çin dilində, demək olar ki, 3 faizi-Taqaloq dilində, 2 
faizə  qdəri  Vyetnam  dilində,  2  faizə  qədəri-Koreya  dilində,  2 
faizə  qədəri  Fransız  dilində,  2  faizə  qədəri-alman  dilində,  2 
faizə  qədəri  ərəb  dilində,  1  faizə  qədəri  isə  rus  dilində 
danışır).
204
  
2012-ci  ilin  məlumatına  əsaasən  immiqrantların  35,1 
milyon  nəfəri  25  və  ondan  yuxarı  yaşda  olanlardır.
205
 
Bunlardan  yalnız  28  faizinin  (9,8  milyon  nəfəri)  bakalavr 
dərəcəsi və ali təhsili vardır.  
Meksikalı  immiqrantlar. 2012-ci ilin məlumatına əsasən, 
Meksikalı  immiqrantlar  ABŞ-ın  qərbində,  cənub-qərbində, 
                                                 
201
 Chiamaka Nwosu, Jeanne Batalova, and Gregory Auclair. Frequently 
Requested Statistics on Immigrants and Immigration in the United States. 
28 april 2014. http://www.migrationpolicy.org/article/frequently-requested-
statistics-immigrants-and-immigration-united-states  
202
 Yenə orada. 
203
 Yenə orada.   
204
 Yenə orada. 
205
 Yenə orada.  


156 
 
yarıdan 
çoxu 
isə 
Kaliforniyada, 
yaxud 
da 
Texasda 
məskunlaşmışdır.
206
 
 
2012-ci  ilin  statistikasına  görə  Meksika  immiqrantlarının 
çoxluq  təşkil  etdiyi  beş  böyük  ştat  bunlardan  ibarət  olmuşdur: 
Kaliforniya-ümumi  Meksikalı  immiqrantların  37  faizi),  Texas 
(ümumi  Meksika  immiqrantlarının  22  faizi),  İllinoys  (6  faiz), 
Arizona (4 faiz), Florida (2).
207
  
2008-ci ilin məlumatına əsasən, ABŞ-da 11,4 milyon nəfər 
Meksika  miqrantı  yaşayır.  Meksikalılar  ABŞ-da  yaşayan 
miqrantların  30,1  faizini  özündə  əks  etdirir.  Bu  miqrantlar 
Meksika  əhalisinin  10  faizini  təşkil  edir.  (Qeyd:  2008-ci  ilin 
məlumatına  əsasən,  Mekiskanın əhalisi  105,9 milyon nəfərdən 
ibarətdir. 
Onlardan 
10,8 
faizi 
ABŞ-da 
yaşayan 
Meksikalılardır). Meksika miqrantlarının yarıdan çoxu ABŞ-da 
qeyri-leqal  məskunlaşmışlar.  2009-cu  ilin  məlumatın  asasən, 
ABŞ-da  icazəsi  olmayan  bütün  immiqrantların  62  faizini 
Meksikadan olan immiqrantlar təşkil etmişlər.
208
  
Meksika 
immiqrantları 
əsasən 
“ənənəvi” 
olaraq 
Kaliforniya  və  Texasda  məskunlaşmışlar.  Lakin  axırıncı  iki 
onillikdir  ki,  Meksikadan  kənarda  doğulanlar  başlıca  olaraq 
“qeyri-ənənəvi”  yerlərdə-Cənubda-Corciya  ştatında,  Şimali 
Karolinada;  Ortaqərb  (Midwestern)  ştatları  olan  Nebraska  və 
Ohayoda  yaşayış  yerləri  əldə  etmişlər.
209
 Hər  on  meksikalıdan 
biri  ABŞ-da  yaşayır.  ABŞ-da  Mekiska  immiqrantlarının  sayı 
cəm  halda  digər  ölkələrdə  olan  Meksika  doğumlulardan  daha 
çoxdur.  Meksika  doğumlu  ABŞ  əhalisinin  təqribən  70  faizi 
                                                 
206
 Chiamaka Nwosu, Jeanne Batalova, and Gregory Auclair. Frequently 
Requested Statistics on Immigrants and Immigration in the United States. 
28 april 2014. http://www.migrationpolicy.org/article/frequently-requested-
statistics-immigrants-and-immigration-united-states.  
207
 Yenə orada.  
208
 Aaron Terrazas. Mexican İmmigrants in the United States. February 22, 
2010. http://www.migrationpolicy.org/article/mexican-immigrants-united-
states-0 
209
 Yenə orada.  


157 
 
təkcə  dörd  ştatda  məskunlaşmışdır.  2008-ci  ilin  məlumatına 
əsasən Meksika immiqrantlarının yarıdan çoxu 10 metropolitan 
ərazidə  yaşayır.  2000-2008-ci  illərdə  ABŞ-ın  11  ştatında 
Meksika  doğumlu  vətəndaşların  sayı  təqribən  hər  birində  50 
min  nəfərdən  çox  olaraq  artmışdır:  Texasda-517  min  nəfər, 
Kaliforniyada-326  min  nəfər,  Arizonada  175  min  nəfər, 
İllinoysda-102 min nəfər, Corciyada -92 min nəfər, Nevadada-
80 min nəfər, Şimali Karolinada-79 min nəfər, Nyu-Yorkda-74 
min nəfər, Koloradoda-69 min nəfər, Floridadada-68 min nəfər, 
Vaşinqtonda  isə  61  min nəfər  artım  qeydə alınmışdır.
210
 2008-
ci  ildə  hər  beş  Meksika  immiqrantında  ikisi  Meksikanın  altı 
ştatından  gəlmələrdən  ibarət  olmuşdur.  Meksika  hökumətinin 
2008-ci il tarixli məlumatına əsasən, 2008-ci ildə ABŞ-a daxil 
olmuş Meksika vətəndaşlarının yarısına qədəri Meksikanın altı 
ştatından daxil olmuşdur: Chiapas (14,2 faizi), Guanajuato (8,6 
faizi),  Oaxaca  (7,2  faizi),  Sonora  (6,9  faizi),  Michoacan  (6,5 
faizi),  Veracruz  (5,8  faizi).  Bundan  əlavə,  Mexiko  (5,7  faiz), 
Jalisco (5,3 faiz) kimi ştatlar da immiqrant göndərmişlər.
211
  
 Meksika  immiqrantları  daha  çox  2000-ci  illərdə  və  sonra 
gələnlərdən ibarətdir. 2008-ci ilin məlumatına əsasən, Meksika 
immiqrantlarının  dörddə  üç  hissəsi  yaşlı  insanlardan  ibarət 
olmuşdur. 2008-ci ilin məlumatına əsasən Meksika immiqrant-
larının çox hissəsi ABŞ vətəndaşlığını qəbul etməmişlər.
212
  
Meksikalıların  yarıdan  çoxunun  ali  təhsili  yoxdur. 
Meksikada  doğulmuş  və ABŞ-da işləyən şəxslərin təqribən 40 
faizi  tikintidə,  nəqliyyatda  və  hasilatda  çalışırlar.  2008-ci  ilin 
məlumatına  görə  ABŞ-da  yaşayan  Meksika doğumlu şəxslərin 
3,4 milyon nəfəri qanuni daimi rezidentlərdən ibarət olmuşdur. 
2009-cu  ildə  ABŞ-da  yaşayan  qeyri-leqal  şəxslərin  62  faizini 
                                                 
210
 Aaron Terrazas. Mexican İmmigrants in the United States. February 22, 
2010. http://www.migrationpolicy.org/article/mexican-immigrants-united-
states-0 
211
 Yenə orada. 
212
 Yenə orada. 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə