Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə53/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   49   50   51   52   53   54   55   56   ...   72

164 
 
(54,916  nəfər)  təşkil  edib.
233
 2012-ci  ildə  29,484  nəfər 
sığınacaq axtaran bu ölkəyə qədəm qoymuşdur. Əsas sığınacaq 
axtaranlar  Çindən  olanlardır.  Sonrakı  yerləri  Misir,  Efiopiya, 
Venesuela və Nepal bölüşür.
234
 
 
2012-ci  ilin  məlumatına  əsasən  ABŞ-da  yaşayan  40,8 
milyon  immiqrantın  18,7  milyon  nəfəri  vətəndaşlıq  əldə 
etmişdir.  Bu,  immiqrantların  46  faizini  təşkil  edir  və  ABŞ-da 
yaşayan cəmi  əhalinin  6 faizini əks  etdirir. Təkcə  2012-ci ildə 
757,434  nəfər  vətəndaşlıq  əldə  etmişdir.  2011  və  2012-ci  illər 
ərzində  naturalizasiya  olunan  immiqrantların  sayı  9  faiz 
artmışdır.  1970-1979-cu  illər  ərzində  hər  il  orta  hesabla  daimi 
yaşamaq  hüququ  əldə  etmiş  141,000  nəfər  naturalizasiya 
olunmuş, 1980-ci illərdə 205,000 nəfər, 1990-cı illərdə 498,000 
nəfər,  2000-ci  illər  ərzində  isə  682,000  nəfər  vətəndaşlıq  əldə 
etmişdir.
235
  
Naturalizsiya  2008-ci  ildə  özünün  pik  həddinə  çatmışdır. 
Yeni  naturalizasiya  olunanların  54  faizi  tək  dörd  ştatda 
məskunlaşmışdır: Kaliforniya (21 faiz), Florida (13 faiz), Nyu-
York (12 faiz), Texas (8 faiz).
236
 
 
Qeyd: naturalizsiya olunmaq üçün (vətəndaşlıq əldə etmək 
üçün) həmin ölkə ərazisində bu və ya digər əsaslarla bir neçə il 
daimi yaşamaq tələb olunur: 
-Avstraliya -nigah əsasında -2 il; digər əsaslarla-2 il; 
-Avstriya –nigah əsasında-2 il; digər əsaslarla -10 il; 
-Argentina-nigah əsasında-2 il; digər əsaslarla-2 il; 
-Böyük  Britaniya-nigah  əsasında-3  il;  digər  əsaslarla-10 
il; 
                                                 
233
 Chiamaka Nwosu, Jeanne Batalova, and Gregory Auclair. Frequently 
Requested Statistics on Immigrants and Immigration in the United States. 
28 april 2014. http://www.migrationpolicy.org/article/frequently-requested-
statistics-immigrants-and-immigration-united-states  
234
 Yenə orada. 
235
 Yenə orada. 
236
 Yenə orada. 


165 
 
-Belçika-nigah əsasında-2 il; digər əsaslarla-5 il; 
-Almaniya-nigah əsasında-3 il; digər əsaslarla-10 il; 
-Danimarka-nigah əsasında-4 il; digər əsaslarla-7 il; 
-İspaniya-nigah əsasında-1 il; digər əsaslarla- 10 il; 
-İtaliya-nigah əsasında-3 il; digər əsaslarla-10 il; 
-Kanada-nigah əsasında 3 il; digər əsaslarla-3 il; 
-ABŞ-nigah əsasında-3 il; digər əsaslarla-5 il; 
-Fransa-nigah əsasında-6 ay; digər əsaslarla-5 il; 
-İsveçrə-nigah əsasında-5 il; digər əsaslarla-12 il
237
  
Həmçinin  immiqrantların  daimi  yaşamaq  statuslarını  əldə 
etmək  və  vətəndaşlıq  qazanmaq  üçün  bəzi  ölkələrdə  bu  kimi 
tələblər də vardır: 
-dövlət dilini və dövlətin tarixini bilmək
-kriminal keçmişin olmaması; 
-ləyaqətli mənəvi simanın olması; 
-vətəndaşlığın  verilməsi  üçün  iqtisadi  əsaslar  (burada 
yaşamaq  üçün  maliyyə  imkanları  və  mənbələri  nəzərdə 
tutulur); 
-əvvəlki vətəndaşlıqdan imtina; 
-andın qəbul edilməsi.
238
 
 
 
 
Şimali Amerika Mərkəzi (Kanada immiqrasiyası)  
 
 
Kanadanın  immiqrasiya  tarixini  öyrənmək  üçün  ən  əvvəl 
Kanada immiqrasiya ensiklopediyasına müraciət etməli oluruq. 
Burada 
Kanadanın 
immiqrasiya 
tarixinə 
dair 
dolğun 
məlumatlar öz əksini tapır.  
Yaşayış yerlərini dəyişməsi məqsədilə bir ölkədən digər bir 
ölkəyə  xalqların  köç  etmələri,  -əcdadları  Asiyadan  Berinq 
                                                 
237
 Натурализация и гражданство за рубежом. 
http://rospersonal.ru/your_lawer/naturalizaciya_i_grazhdanstvo_za_rubezho
m/ 
238
 Yenə orada. 


166 
 
boğazını  keçməklə,  yerli  əhalidən  tutmuş,  ən  son  zamanlarda 
gələnlərə  qədər,-  Kanadanın  tarixinin  əsasını  təşkil  edir.
239
 
Kanada  immiqrasiya  tarixi  tək  əhalinin  müntəzəm  olaraq 
artmasından  ibarət  deyil;  bu,  həmçinin  Kanadanın  iqtisadi 
inkişafı  üçün  həm  katalizator  olaraq  qalır,  həm  də  Kanadanın 
münasibətləri və dəyərləri üçün güzgü rolunu oynayır.
240
  
Ensiklopedik 
məlumatda 
yazılır: 
(ingilis 
dilindən 
tərcümələr)  1534-cü  ildə  Jak  Kartiye  (Jacques  Cartier-1491-
1557-navigator.  O,  praktiki  olaraq  üç  dəfə-  aprel,  1534;  may 
1534; 1541- Kanadaya səyahət etmişdir) Kral I Fransizin (King 
Francis  I)  göstərişi  ilə  Müqəddəs  Lavrenti  çayını  (St.Lawrens 
River)  keçməklə  Kanadanın  Şərq  sahillərinə  çatdı.  O,  1535-ci 
ildəki  ikinci  səyahətində  Müqəddəs  Lavrenti  çayını  keçərək, 
Kvebekə  gəlib  çatdı.  O,  həmin  illərdə  bir  neçə  dəfə  bu 
ərazilərdə fransız koloniyasının əsasını qoymağa cəhd göstərdi, 
lakin  hər  dəfə  uğursuzluğa  düçar  oldu.  Müstəmləkələşdirmə 
üçün  ilk  ciddi  cəhd  Ç(Ş)ampleyn  (Champlain)  tərəfindən 
həyata  keçirildi,  hansı  ki,  o,  1604-cü  ildə  Port  Royalda  ilk 
koloniyanın əsasını qoydu və eyni zamanda çoxlu gözlənilməz 
hadisələrlə üzləşdi.
241
  
Bu  zaman  Şimali  Amerikada  Fransanın  maraqları  daha 
doğrusu  aktiv  müstəmləkəçilikdən  daha  çox  ticarət  və 
imperiyanın  genişləndirilməsindən  ibarət  idi.
242
 Fransa 
Atlantikadan böyük göllərə qədər, Missisipi vadisi boyunca və 
Luiziana  ərzisini  keçməklə  üstünlüyə  malik  idi.  Faktiki  olaraq 
belə  demək  mümkünsə,  Fransanın  səlahiyyətləri  Müqəddəs 
Lavrenti  körfəzindən  İngilis  koloniyalarından  Qərbə  doğru  –
                                                 
239
 Immigration. 
http://www.thecanadianencyclopedia.ca/en/article/immigration  
240
 Yenə orada. 
241
 Immigration History of Canada. The Quebec History Encyclopedia. 
http://faculty.marianapolis.edu/c.belanger/quebechistory/encyclopedia/Immi
grationHistoryofCanada.htm 
242
 Yenə orada.  


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə