Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə55/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   51   52   53   54   55   56   57   58   ...   72

170 
 
üstünlük  verildi.  Artım  müxtəlif  yollarla  həyata  keçirildi. 
Məskunlaşanların Fransaya qayıtmalarına əngəllər törədilməyə 
başladı. 1715-1730-cu illər arasında koloniyanın əhalisi 19 min 
nəfərdən  34  min  nəfərə  qədər  yüksəldi.  Becərilən  torpaqların 
sahəsi  artdı.  Qərbi  Hindistanla  ticarət  əlaqələri  gücləndirildi. 
Lakin kolonizasiya prosesləri ağır şəraitlər ucbatından çox ləng 
gedirdi.  155  il  ərzində  əhali  cəmisi  65  min  nəfərə  çatmışdı.
252
 
1763-cü  ildə  Şimali  Amerkada  fransızların  məskunlaşması 
prosesləri  ingilislərin  əlinə  keçdi.  Çox  keçmədi  ki,  böyük  bir 
axın 
başladı. 
Xüsusilə, 
Şotlandiyanın 
şimalından 
və 
İrlandiyadan gələnlər üstünlük təşkil etdilər. Bu immiqrantların 
böyük 
əksəriyyəti 
cənubdakı 
İngiltərə 
koloniyalarına 
yerləşdilər.  İrlandlar  əsasən  Nyufaundlenddə  məskunlaşdılar. 
Onların  əksəriyyəti  sonralar  Nova  Scotiada,  Prins  Edvard 
adasında  yaşayış  əldə  etdilər.  17-19-cu  əsrlər  boyu  köçürülmə 
davam  etdi.  18-ci  əsrdə  gəmiqayırma  sənayesi  inkişaf  etdi. 
Yeni  şirkətlər  təsis  olundu  və  Kanada  ərazisində  dəmiryolları 
inkişaf etməyə başladı. 
17-ci əsr boyu və 18-ci əsrin çox böyük bir hissəsi Avropa 
kolonial  administrasiyaları  Kanadanın  meydana  gələcəyini 
yalnız  müşahidələr  altında  saxlayaraq,  meydana  gələn 
qəsəbələri  prioritet  olaraq nəzərə almırdılar. Fransız,  yaxud da 
Britaniya hökumətləri ilk əvvəl külli miqdarda pul sərf etməyə 
və  yaxud  da  məskunlaşmaya  təşviq  etmək  məqsədilə  enerji 
ehtiyaclarını  ödəmək  üçün  hazırlıqsız  görünürdülər.
253
 Nə  də 
Yeni  Dünyaya  miqrasiya  etmək  Fransa  və  İngiltərədə 
populyarlıq  qazanmamışdı.  Sonradan  isə  siyasət  dəyişməyə 
başladı  və  kolonial  səlahiyyətlilər  böyük  diqqətlə  və  tədricən 
Kanadada  məskunlaşma  həyata  keçirməyə  başladılar.  Ümid 
                                                 
252
 Immigration History of Canada. The Quebec History Encyclopedia. 
http://faculty.marianapolis.edu/c.belanger/quebechistory/encyclopedia/Immi
grationHistoryofCanada.htm  
253
 Immigration. İmmigration to New France. 
http://www.thecanadianencyclopedia.ca/en/article/immigration  


171 
 
etməyə  başladılar  ki,  köç  edənlər  suveren  şəkildə  kolonial 
torpaq  iddialarının  zəmanətçiləri  olacaqlar,  yerli  əhalini 
xristianlaşdıracaqlar,  tez-tez  Avropa  sərmayədarları  adından 
təbii resursları istismar edəcəklər.
254
 Yaşayış qəsəbələri heç bir 
çətinlik  olmadan  artmağa  başladı.  Yeni  Fransanın  əhalisi 
Britaniya işğalı dövründə (1759-1760) 65 min nəfər təşkil etdi. 
Yeni Şotlandiyaya köçürülmüş Şotland icması Alman və İsveç 
köçkünləri  tərəfindən  əlavə  olundu  və  1700-cü  illərin 
sonlarında  İrlandiyalı  köç  edənlər  Nyufaundland  əhalisini 
gücləndirdi.
255
 Baxmayaraq 
ki, 
Britaniyanın 
qələbəsi 
Fransadan  miqrasiyaya  son  qoydu,  lakin  bi  hadisə  ingilisdilli 
immiqrantların dalğasına yeni impulslar vermədi. İngilisdillilər 
az maraq göstərirdilər. Kanadada sonradan loyal  immiqrasiya 
meydana  gəldi.  Amerikada  baş  verən  inqilab  Kanadada 
məcburi  köçkünə  çevrilmiş  inglisdilli  protestantların  sayını 
artırdı.  Birləşmiş  İmperiya  Loyalları  adlanan  bu  qrup  böyük 
siyasi  qaçqınlar  qrup  idi.  Onlar  Kanadanı  ikinci  vətən  hesab 
edirdilər.
256
 XIX  əsr  boyu  xüsusilə,  Kanadanın  Qərbində 
yerləşən  koloniyalar  əzablı,  zəif  və  qeyri-sabit  inkişaf  edən 
iqtisadiyyat  dövrünə  qədəm  qoyur.  Rəsmi  olaraq  İngiltərədən, 
Şotlandiyadan  və  ABŞ-dan  olan  immiqrantlar  kənd  təsərrüfatı 
üçün faydalı olan torpaqları ələ keçirir və yeni kommersiya və 
inzibati  rayonlar  yaratmaqla  möhkəmlənirdilər.  1848-ci  ildə 
Avropadan Şimali Amerikaya böyük miqrasiya axını baş verdi. 
Avropadan gələnlər içərisində irlandlar üstünlük təşkil edirdilər 
və  onlar  Kanadada  sosial-iqtisadi  dəyişikliklər  yaratdılar. 
İrlandiyalılar  Kanadada  ilk  ən  böyük  immiqrasiya  dalğasını 
təşkil  edirdilər.  Kanada  şəhərləri  və  böyük  rayonları  tezliklə 
                                                 
254
 Immigration. İmmigration to New France. 
http://www.thecanadianencyclopedia.ca/en/article/immigration 
255
 Yenə orada. 
256
 Immigration. The Loyalist İmmigration. 
http://www.thecanadianencyclopedia.ca/en/article/immigration  


172 
 
İrlandiyalıların  qəyyumluq  bölmələri  kimi  inkişaf  etməyə 
başladı.
257
  
1891-1902-ci illər arasında Kanadaya gələn immiqrantların 
sayı  437,830  nəfər  təşkil  edirdisə,  1903-1914-cü  illər  arasında 
bu rəqəm 2,677,319 nəfər təşkil etdi. 1905-ci ildə Saskatçevan 
və  Alberta  əyalətləri  yaradıldı.  Böyük  Britaniyadan  daha  çox 
immiqrant  gəlməyə  başladı.  26,560  nəfər  Britaniya  əsgəri 
Kanadada  məskunlaşdırıldı.  Britaniya  hökuməti  tərəfindən 
1922-ci  ildə  akt  qəbul  olundu  və  bu  sənəd  emiqrantlara 
maliyyə və hazırlıq köməyini nəzərdə tuturdu. Kanadaya 1923-
1934-cü  illər  arasında  daxil  olanların  sayı  1,194,382  nəfər 
təşkil  etmişdt.  İmmiqrasiya  nəticəsində  Kanadaya  təqribən  50 
müxtəlif  xalqın  nümayəndəsi  köç  etmişdir.
258
 1930-cu  illərin 
depressiyası 
Kanada 
hökumətini 
miqrasiyanı 
məhdudlaşdırmağa məcbur etdi və məhdud sayda icazə verildi.  
Kanada  həmçinin  Şərq  miqrasiyası  ilə  də  üzləşdi. 
Yaponiya,  Çin  və  Şərqi  Hindista  burada  mühüm  rolları 
oynadılar.  Çinlilər  ilk  dəfə  1848-ci  ildə  Kaliforniyadan 
Britaniya  Kolumbiyasına  ayaq  basdılar.  1887-ci  ildən  isə 
Yapon köçü başladı. Şərqli miqrantlar başlıca olaraq Britaniya 
Kolumbiyasında  məskunlaşmışlar.  1886-1934-cü  illər  arasında 
Kanadaya  köç  edən  çinlilərin  sayı  90,345  nəfər  təşkil  etdi. 
1941-ci  ilin  siyahıya  alınmasına  görə,  çinlilərin  sayı  34,627 
nəfərdən ibarət idi. 1901-1934-cü illər arasında Kanadaya daxil 
olan  yaponların  sayı  24,840  nəfər  təşkil  etmişdir.  1941-ci  ildə 
23,149  nəfər  olmuşdur.  1905-1934-cü  illər  ərzində  Şərqi 
                                                 
257
 Immigration. The Great Western Migration. 
http://www.thecanadianencyclopedia.ca/en/article/immigration  
258
 Immigration History of Canada. The Quebec History Encyclopedia. 
http://faculty.marianapolis.edu/c.belanger/quebechistory/encyclopedia/Immi
grationHistoryofCanada.htm  


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə