Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə54/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   50   51   52   53   54   55   56   57   ...   72

167 
 
Roky dağlarına doğru bütün ərazilərdə mövcud idi. Bu ərazinin 
böyüklüyünə  baxmayaraq,  Şimali  Amerikanın  Fransadan  olan 
sakinlərinin  sayı  1763-cü  ildə  (bu  zaman  artıq  ərazilər  Böyük 
Britaniyaya  verilmişdi)  yalnız  65  min  nəfərdən  ibarət  idi.
243
 
Fransa  işğalının  ilk  illərində  ərazilər  Fransa  şirkətləri  olan 
Rouen  Company,  Montmorency  Company,  New  France 
Company  kimi  şirkətlərin,  eləcə  də  Yüz  Partnyorun  (One 
Hundred Associates) əlində idi.
244
  
İlk əvvəl şirkətlər məskunlaşdırmada maraqlı deyildilər və 
əslində  əks  çıxırdılar.  Çünki  bu  siyasət  onların  ticarət 
maraqlarına 
zidd 
idi 
və 
ticarət 
işlərinə 
qarışırdı. 
Məskunlaşmanın çətin şərtləri, ölkənin sərt iqlimi və hinduların 
antaqonizmi 
də 
məskunlaşmanın 
nailiyyətlərinə 
olan 
maneələrdən  idi.  Həmin  zamanın  kolonial  siyasəti,  hansı  ki, 
doğma ölkə üçün istifadə olunan xammal materialının istehsalı 
məqsədilə  koloniyaların  yaradılması  ideyasına  əsaslanırdı, 
ətrafa  geniş  yayılan  kolonial  icmaların  aktiv  genişlənməsini 
rəva görmürdü.
245
  
Fransanın  zaman-zaman  cəlb  olunduğu  çoxlu  sayda 
müharibələr  də  Yeni  Fransada  koloniyalara  qarşı  diqqəti 
azaldırdı və fransız emigrantlar əlverişli zamanlar üçün praktiki 
olaraq özlərinin qadağaları ilə üzləşirdilər. Belə şəraitdə frnsız 
emiqrantlar öz dini liderləri (hansı ki, məskunlaşanların mənəvi 
mübarizəsinin  qorunmasında  böyük  əlaqələrin  yaranmasını 
təmin 
edirdi) 
tərəfindən 
nəcibcəsinə 
dəstəklənir 
və 
cəsarətləndirilirdilər.  Yeni  Fransada  ilk  real  təşəbbüs  o  zaman 
atıldı  ki,  Çampleyn  öz  diqqətini  Akadiyadan  (Acadia)  1608-ci 
ildə Müqəddəs Lavrenti vadisinə doğru  yönəltdi. Kvebekdə 27 
                                                 
243
 Immigration History of Canada. The Quebec History Encyclopedia. 
http://faculty.marianapolis.edu/c.belanger/quebechistory/encyclopedia/Immi
grationHistoryofCanada.htm 
244
 Yenə orada. 
245
 Yenə orada. 


168 
 
nəfərdən  ibarət  olaraq  koloniya  yaradıldı.
246
 Run  şirkəti  (The 
Rouen  Company),  hansı  ki,  bu  zaman  nəzarətdə  idi, 
Şampleynin  siyasətinə  qarşı  çıxış  etdi.  Bu  şirkət Montmorensi 
şirkəti (Montmorency Company) tərəfindən əvəz olundu, lakin 
situasiya  bununla  da  dəyişmədi.  Məskunlaşanların  bir  neçəsi 
ruhdan  düşərək  Fransaya  geri  döndülər.
247
 1627-ci  ildə  Yeni 
Fransa  şirkəti,  yaxud  da  Yüz  Partnyor  (One  Hundred 
Associates)  təşkil  olundu.  Yeni  Fransaya  200  emiqrantdan 
ibarət  səyahət  təşkil  edili.  Bu  ekspedisiya  Müqəddəs 
Lavrentidə  Kirke  tərəfindən  əsir  götürüldü  və  Çampleyn 
İngiltərəyə  aprıldı.  O  vaxt  orada  o,  Yeni  Fransanın  maraqları 
üçün  işlədi  və  Kvebek  1632-ci  ildə  Fransaya  qayıdan  zaman, 
müstəmləkə 
bərpa 
edildi. 
Çampleyn 
1633-cü 
ildə 
koloniyaçılarla  geri  döndü.  Çampleyn  1635-ci  ildə  vəfat 
etdikdən sonra, Yeni Fransanın əhalisi 85 nəfərdən ibarət idi.
248
 
 
Yüz  Partnyor  şirkətinə  Labradordan  Floridaya  qədər  və 
Atlantik  okeanından  Huron  gölünə  qədər  olan  ərazidə 
səlahiyyətlər  verildi.  Bu  ərazilər  üzərində  praktiki  olaraq 
onların suveren hakimiyyətləri var idi. Bu şirkət 15 il ərzində 4 
min  nəfəri  Canadaya  köçürülməsinə  razılıq  əldə  etdi. 
Köçürülənlər  şirkət  tərəfindən  evlə  və  lazımi  vasitələrlə  təmin 
edilirdi. 
Koloniyaçılar 
burada 
yerləşdilər, 
torpaqların 
təmizlənməsi və əkib-becərilməsi ilə məşğul olmağa başladılar. 
Koloniyaçılar çətinliklərlə üzləşdilər və 1641-ci ildə yalnız 300 
nəfər torpaqlar üzərində məskunlaşa bildilər. 1641-ci ildə 200-
300  nəfər  arası  şəxs  Montreal  adasında  məskunlaşdı.  Lakin 
                                                 
246
 Immigration History of Canada. The Quebec History Encyclopedia. 
http://faculty.marianapolis.edu/c.belanger/quebechistory/encyclopedia/Immi
grationHistoryofCanada.htm  
247
 Yenə orada. 
248
 Yenə orada. 


169 
 
onlar  hindularla  müəyyən  problemləri  yaşadılar.
249
 1644-cü 
ildə  Üç  çay  (Three  Rivers)  şirkəti  yaradıldı,  lakin  nəticədə 
hinduların hücumları sayəsində kiçik nailiyyət əldə etdilər. Bu 
zaman  koloniyalarda  ən  böyük  problem  qadınlarla  bağlı 
kəsirlərdən  ibarət  idi.  Fransada  diqqətlə  qadınların  seçilməsi 
siyasəti  həyata  keçirildi  və  kolonistlər  üçün  həyat  yoldaşı 
etmək  üçün  koloniyalara  aparıldı.  Məskunlaşdırma  səylərinə 
baxmayaraq,  beləliklə,  1663-cü  ildə  koloniyalarda  fransız 
əhalinin  sayı  yalnız  2500  nəfərə  çatdırıldı.  1663-cü  ildə  Yüz 
Partnyor  şirkətinin  adamdaşıma  reysi  bağlandı  və  iki  ildən 
sonra  aktiv  kolonizasiya  siyasətində  daha  çox  davam  gətirən 
Talon  şirkəti  gəlib  çıxdı.  Bu  şirkət  hər  il  koloniyaya  300 
nəfərin  gətirilməsini  qərara  aldı.  Lakin  dəniz  səyahəti  zamanı 
uğursuzluq  baş  verdi  və  Yeni  Fransaya  çatmazdan  öncə 
gələnlərin  dörddə  biri  məhv  oldu.
250
 Kolonizasiya  prosesində 
həlledici  hadisə  kimi  Carignan-Salières  Alayından  1000  nəfər 
əsgərin  yerləşdirilməsi  oldu.  Onlar  əhali  tərkibi  üçün  həlledici 
element  rolunu  oynadılar.  Köçənlər  üçün  100  frank  pul,  hər  il 
üçün təminat, o cümlədən paltar və kənd təsərrüfatı alətləri vəd 
olundu.  Əkin  üçün  toxumlar  da  verildi.
251
 
Ticarəti  inkişaf 
etdirmək  yolu  ilə  koloniyanın  iqtisadi  əsaslarını  gücləndirmək 
üçün  cəhdlər  olundu.  Fransa  Qərbi  Hindistanı  ilə  ticarət 
əlaqələrini  qurmaq  üçün  1666-cı  ildə  gəmiqayırma  tətbiq 
olundu.  (Qeyd:  Fransa  Qərbi  Hindistanı  dedikdə,  karib 
hövzəsindəki 
Antil 
adalarında 
yerləşən 
və 
Fransa 
hakimiyyətində  olan  yeddi  ərazi  nəzərdə  tutulur-ing.  French 
West  Indies  or  French  Antilles;  frans.  dil.  Antiles  françaises). 
1665-1673-cü  illər  arasında  koloniyalara  min  nəfər  qadın 
gətirildi.  Koloniya  əhalisinin  təbii  yolla  artımı  siyasətinə 
                                                 
249
 Immigration History of Canada. The Quebec History Encyclopedia. 
http://faculty.marianapolis.edu/c.belanger/quebechistory/encyclopedia/Immi
grationHistoryofCanada.htm 
250
 Yenə orada. 
251
 Yenə orada. 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə