Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə57/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   53   54   55   56   57   58   59   60   ...   72

176 
 
Həmin  qərara  əsasən,  zənci  irqinə  mənsub  olan  və  Kanada 
şəraitinə  və  iqliminə  uyğun  olan  istənilən  immiqrantın  gəlişi 
qadağan  edilsin.  1896-1911-ci  illər  arasında  Amerikadan 
Kanadaya  1  milyon  nəfər  mühacir  etmişdir  ki,  onlardan  1000 
nəfərindən azı Afrika mənşəli Amerikalılar idi. 
1910-1911.  Birinci  Karib  Daxili  Layihəsinə  (Caribbean 
Domestic  Scheme)  müvafiq  olaraq,  100  nəfər  Qvadelupalı 
qadın Kvebekə gəldi. 
1911. 
Siyahıyaalma. 
Kanadanın 
əhalisi  7,206,643 
nəfərdən ibarət olmuşdur, hansı ki, 22 faizi Kanadadan kənarda 
doğulan  immiqrantlardan  ibarət  idi.  İmmiqrantların  39  faizi 
qadınlardan ibarət idi. Qadınların 2 faizini (646 nəfər) Çinlilər 
təşkil  edirdi.  İmmiqrantların  49faizi  Britaniya  adalarında 
doğulanlar  idi,  19  faizini  ABŞ  doğumlular,  6  faizini  isə 
Rusiyalılar  təşkil  edirdi.  223  nəfər  Afrikalı  (Cənubi  Afrika), 
211  nəfərini  isə  Qərbi  Hindistanlıdan  ibarət  idi.  “Xaricdə 
doğulan”  (burada  Britaniya  imperiyasından  xaric  nəzərdə 
tutulur)  752,732  nəfərin  47  faizi  vətəndaşlıq  əldə  etmişdir. 
Çinli  doğumlulardan  9,5  faizi,  Yapon  doğumlulardan  isə  22,5 
faizi  vətəndaşlıq  əldə  etmişdir.  Cəmi  16,877  nəfər  zənci 
immiqrant  aşkar  olunmuşdur.  Əhalinin  54  faizi  Britaniya 
mənşəli,  29  faizi  Fransa  mənşəli  idi.  Yahudilərin  sayı  75,681 
nəfər,  Çinlilər  27,774  nəfər,  Yapon  mənşəlilər  9,021  nəfər, 
“Hindu”lar  isə  2,342  nəfərdən  ibarət  idi.  Əhalinin  5  faizi 
Alman  mənşəli,  1,8  faizi  isə  Avstriya-Macarıstan  mənşəli  idi. 
Əhalinin 97 faizi Avropa mənşəli idi. 
1913.  400,810  nəfər  yeni  gələnlərin  hesabına  (əsrdə  ən 
yüksək  rəqəm)  immiqrasiya  rekord  həddə  çatdı.  İndiki  əhali 
nisbətində  götürsək,  Bugünki  Kanadanın  immiqrant  sayının 
ekvivalenti  alınır.  Bu  gün  Kanada  ildə  yarım  milyon  nəfər 
immiqrant  qəbul  edir.  Məhdudiyyətlərə  görə,  1914-1920-ci 
illər  arasında  cəmi  bir  nəfər  Hindistanlı  Kanadaya  immiqrant 
kimi qəbul edilmişdir.  


177 
 
1914.  Müharibə  Tədbirləri  Aktı  qəbul olundu. Bu sənəd 
hökumətə  həbs  etmək,  tutub  saxlamaq  və  deportasiya  etmək 
barədə  geniş  səlahiyyətlər  vermiş  oldu.  “Düşmən  yadelli”  lər 
qeydiyyatdan  keçmək  məcburiyyətində  qaldı  və  bir  çox 
məhdudiyyətlərə  məruz  qaldılar.  Müharibənin  gedişində  8-9 
min  nəfər  “düşmən  yadelli”  tərksilah  olunub,  ölkə  daxilində 
saxlanıldı.  Onlardan  çoxu  işçi  qüvvəsinə  olan  ehtiyaclardan 
irəli gələrək azadlığa buraxıldılar. 
1915-1919.  Müharibə  zamanı  çox  məhdud  immiqrasiya 
həyata keçirildi. 
1917. Müharibə zamanı Seçkilər Aktı qəbul olundu. Akt 
1902-ci  ildən  etibarən  vətəndaşlıq  əldə  etmiş  “düşmən 
yabançı”  ölkələrdən  olan  şəxslərin  vətəndaşlıq  hüquqlarını 
əlindən aldı. 
1917. İmmiqrasiya və Kolonizasiya İdarəsi yaradıldı.  
1918.  Dünya  Sənaye  İşçiləri  və  digər  13  sosialist  və 
anarxist  qrup  qeyri-qanuni  elan  edildi.  Şurada  finlər,  ruslar, 
ukraynalılar,  macarlar  və  almanların  istifadə  etdikləri  nəşrləri 
qadağan edən sərəncam verildi.  
1918-1919.  Müharibənin  sonunda  qayıdan  əsgərlərə  iş 
təklif etmək üçün iş yerlərini boşaltmaq üçün immiqrantlar bəzi 
iş yerlərindən məhrum olundular. 
1919.  İmmiqrasiya  Departamentinin  nəzdində  Qadın 
Bölməsi  yaradıldı.  Öz  ərindən  savayı  digər  şəxslərlə  cinsi 
əlaqəyə  girən  immiqrant  qadınlar  (faişəliklə  məşğul  olanlar, 
qeyri-qanuni  yolla  uşaq  dünyaya  gətirənlər)  işlərindən 
uzaqlaşdırılırdılar və deportasiya olunurdular. 
1921.  Siyahıyaalma.  Kanadanın  əhalisi  8,787,949  nəfər 
təşkil etmiş və onun 22 faizi immiqrantlardan ibarət olmuşdur. 
İmmiqrantların 44 faizini qadınlar təşkil etmiş, onlardan 3 faizi 
Çinli  qadınlar,  32  faizi  isə  italyanlar  olmuşlar.  İmmiqrantların 
82  faizi  10  il  və  daha  çox  Kanadada  yaşayanlardan  ibarət 
olmuşdur.  İmmiqrantların  52  faizi  Britaniya  adalarında 
doğulmuşlar  idilər.  19  faiz  ABŞ  doğumlu,  5  faizi  isə  Rusiya 


178 
 
doğumlu olmuşdur. 1760 immiqrant Cənubi Afrikada dünyaya 
gəlmişdir.  Britaniya  imperiyasından  kənarda  doğulan  890,282 
nəfərin  58  faizi  naturalizasiya  olunmuşlardır.  Naturalizasiya 
olunmuş  almanların  və  çinlilərin  sayı  isə  azalmışdır.  Yapon 
imiqrantlarının  33  faizi  vətəndaşlıq  əldə  etmişdir.  İmiqrant 
əhalinin  44  faizi  kəndlərdə  yaşamışdır.  Zəncilər  18291 
nəfərdən  ibarət  olmuşdur.  Çinlilər  39,587  nəfər,  yaponlar  isə 
23,342  nəfərdən  ibarət  olmuşdur.  Əhalinin  55  faizi  Britaniya 
adaları mənşəli olmuşdur. 33 faiz isə Fransa mənşəli olmuşdur. 
Əhalinin 97,5 faizini Avropa mənşəlilər təşkil etmişdir. 
1922.  Britaniya  parlamentində  İmperiya  Məskunlaşma 
Aktı  (Empire  Settlement  Act)  qəbul  olundu.  Bu  sənəd  evli 
cütlüklər,  subay  kənd  təsərrüfatı  işçiləri,  xidmətçilər  və  14-17 
yaşlı  yenitmələr  üçün  təlim  imkanlarını  və  keçid  yardımlarını 
nəzərdə  tuturdu.  Bu  sənəd  çərçivəsində  130  min  nəfər 
kanadalıya yardım göstərildi. 
1923-cü  ilin  iyun  ayı.  Çinlilərin  İmmiqrasiya  Aktı. 
(Chinese  İmmigration  Act).  Sənəd  diplomatlar,  tələbələr, 
kanadalıların uşaqlarından və sərmayəçi sinfindən başqa bütün 
çinli  immmiqrantlara  qadağaları  tətbiq  edirdi.  Aktın  qüvvəyə 
mindiyi bir iyul tarixi Kanada çinlilərinin “alçalma günü” kimi 
tarixə düşüb. 
1925. Canadian Pacific və Canadian National Railways ilə 
hökumət  arasında  dəmiryollarının  immiqrantlarla  təminatını 
nəzərdə  tutan  Dəmiryol  Sazişi  imzalandı.  Bu  saziş 
çərçivəsində  1925-1929-cu  illərdə  185  min  nəfər  Mərkəzi 
Avropalı Kanadaya daxil oldu. 
1930  sentyabr.  İstənilən  asiyalı  irqə  mənsub  olanların 
gəlişini qadağan edən sənəd qəbul olundu. 
1931-ci ilin Siyahıyaalması. Kanadanın əhalisi 10 milyon, 
376  min,  786  nəfər  olmuşdur.  Bunlardan  22  faizi  Kanadadan 
kənarda doğulanlar idi. İmmiqrantların 44 faizi qadınlar (yalnız 
14 faizi asiyalı qadınlar) idi.  İmmiqrantların 49 faizi Britaniya 
adlarından,  15  faizi  ABŞ-dan,  14  faizi  Mərkəzi  Avropadan,  3 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə