Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə59/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   55   56   57   58   59   60   61   62   ...   72

182 
 
Afrikalılar  təşkil  edirdi.  1978-1981-ci  illərdə  qaçqınlar 
Kanadanın bütün immiqrantlarının 25 faizini təşkil edirdi. 
1981-ci  il.  Ölkə  daxilində  işləyən  Xarici  İşçilər  Proqramı 
(The  Foreign  Domestic  Workers  Program)  qəbul  olundu.  Bu 
proqrma müvəqqəti işləmək üçün müqavilələr bağlamağa icazə 
verirdi.  Yalnız  2  ildən  sonra  Kanadada  daimi  məskunlaşmaq 
üçün müraciət hüququ verirdi. 
1981-ci  ilin  martı.  Salvadorlular  üçün  xüsusi  qaydalar 
yaradıldı. 
1987-ci  ilin  iyul  ayı.  Bir  qrup  Sikh  Nova  Skotyada 
məskunlaşdı və qaçqınlıq statusu tələb etdilər. 
1989-cu  ilin  iyun  ayı.  Çinin  Tianamen  Meydanında  baş 
verən  hadisələrlə  əlaqədar  olaraq,  hökumət  Çinlilərin  xahişinə 
baxılmasını  həyata  keçirdi.  Təxminən  8  min  nəfər  daimi 
məskunlaşma hüququ əldə etdi. 
1990-cı  il.  Hökumət  immiqrasiya  üçün  özünün  Beşillik 
Planını bəyan etdi. Bu proqram ümumi immiqrantların sayının 
1990-cı ildə 200 min nəfərdən 1992-ci il üçün 250 min nəfərə 
qədər  artırılmasını  təklif  etdi.  İmmiqrasiya  üzrə  uzunmüddətli 
öhdəlik planı Kanadanın tarixində yeni idi və iqtisadi ressesiya 
zamanı immiqrasiyanın artırılmasını nəzərdə tuturdu. 
1991-ci  ilin  siyahıyaalması.  Kanadanın  ümumi  əhalisi 
26,994,045  nəfər  təşkil  etmişdir.  Onlardan  16  faizi  xaricdə 
doğulan immiqrantlar idi. 
1999-cu  ilin  aprel  ayı.  BMT  Kanadadan  Makedoniyadan 
Kosovalı qaçqınların qəbulunu xahiş etdi. İki il ərzində beş min 
nəfərin qəbul olunması xahiş olunurdu.
261
 
 
 
                                                 
261
 Researched and written by: Janet Dench, Executive Director, Canadian 
Council for Refugees. A hundred years of immigration to Canada 1900-
1999. A chronology focusing on refugees and discrimination. Part 1:1900-
1949. https://ccweb.ca/en/hundred-years-immigration-canada-1900-1999 


183 
 
Şimali  Amerika  immiqrasiyasının  əsaslarına  dair 
aşağıdakı 
ümumiləşdirilmələr 
aparmaqla, 
müəyyən 
nəticələrə gəlmək olar: 
 
–  Şimali  Amerikanın  orta  əsrlər  üzrə  dövlətçilik  tarixi-
mədəni,  siyasi,  iqtisadi  tarixi  miqrasiyaya  (Avropadan, 
Asiyadan,  Afrikadan  və  Mərkəzi  Amerikadan  köçənlərlə) 
bağlıdır  və  XVIII-XX  əsrlər  sürətli  miqrasiya  dövrü  kimi 
xarakterizə olunur; 
–  Şimali  Amerika  immiqrasiya  mərkəzi  bir  miqrasiya 
regionu  olaraq  dünyanın  ən  böyük  immiqrasiya  mərkəzidir-
ABŞ və Kanadaya köç edənlərin hesabına; 
–  Şimali  Amerikada  kontinentdaxili  (Kanadadan  ABŞ-a, 
Meksikadan  ABŞ-a,  Latın  Amerikasının  digər  ölkələrindən 
ABŞ-a və s.) və kontinentlərarası immiqrasiya mövcuddur; 
– 
Şimali 
Amerikanın 
orta 
əsrlər 
tarixi 
(burada 
koloniyaların və dövlətlərin yaranması tarixi də daxil olmaqla) 
kontinentlərarası miqrasiya prosesləri ilə bağlıdır; 
– Ümumilikdə isə Amerika qitəsinin Avro-Amerika, Afro-
Amerika tarixi, Asiya-Amerika tarixi mövcuddur
–  Şimali  Amerika  üçün  təkrar  immiqrasiya  xüsusiyyətləri 
(burada Latın Amerikasından-Cənubi və Mərkəzi Amerikadan, 
Karib  hövzəsindən  köçənlər  hesabına.  Bu  regionun  əhalisi 
köhnə  dünyadan  və  Afrikadan  bir  dəfə  köç  ediblər,  indi  isə 
təkrar köç edirlər); 
–  Şimali  Amerikanın  köç  tarixi  onun  sosial-siyasi,  etno-
mədəni və iqtisadi tarixi ilə vəhdət təşkil edir; 
–  Şimali  Amerikaya  miqrasiya  Britaniya  imperiyasının 
nüfuzunu  gücləndirmişdir  və  əlavə  geosiyasi  təsir  mərkzələri 
qazandırmışdır; 
–  Şimali  Amerikanın  miqrasiya  tarixi  imperiya  tarixini 
zənginləşdirmişdir;  
–  Şimali  Amerikada  “beyin  köçü”  immiqrasiyası  və 
“kapital immiqrasiyası” – biznes immiqrasiyası xarakterikdir; 


184 
 
–  Şimali  Amerika  immiqrasiyasına  texniki  və  ixtisaslı 
immiqrasiya xarakterikdir; 
–  Şimali  Amerikada  immiqrasiyanın  müşahidə  olunan 
bütün forma və növləri mövcuddur; 
– 
Şimali  Amerika 
üçün 
“seçilmiş 
immiqrasiya”-
“nümunəvi”, “intellektual immiqrasiya” mövcuddur; 
–  Şimali  Amerika  immiqrasiyası  ABŞ-ın  dünyada  iqtisadi 
və siyasi nüfuzunun qorunmasına xidmət edir; 
–  Şimali  Amerika  (xüsusilə  Kanada)  hələ  də  dünya  üçün 
yeni bir miqrasiya məkanı olmaqda davam edir;  
–  Şimali  Amerikanın  immiqrasiyası  ABŞ-ın  digər 
kontinentlər  üzərində  geosiyasi  nüfuzunun  qorunmasını  təmin 
edir və s.  
  
 


185 
 
NƏTİCƏ: 
 
Miqrasiya prosesləri qloballığın (qloballıq dedikdə, burada 
həm proseslərin kəmiyyəti, yəni həcmi nəzərdə tutulur, həm də 
proseslərin  tərkib  ünsürləri  nəzərə  alınır)  tərkibidir  və 
qloballaşma  dərinləşdikcə  miqrasiya  da  dərinləşir.  Dərinləşmə 
o  halda  baş  verir  ki,  daha  çox  elementlər  hərəkət  vəziyyətinə 
gətirilir  və  əhatə  məkanı  genişlənir.  Miqrasiya  prosesləri 
zaman-zaman  ölkələr  daxilində  və  ölkələr  arasında  əhatələnir 
və  genişlənir.  Bu  proseslərin  son  zamanlarda  nizamlama 
baxımından 
sadələşməsi 
halları 
yaşanır. 
Miqrasiya 
inteqrasiyanı  yaradır  və  ümumən  bir  pozitiv  proses  olaraq 
elementlərin yerdəyişməsi hesabına dünya bütövlüyünə xidmət 
etmiş  olur.  Miqrasiya  prosesləri  özündə  müxtəlif  məzmunları 
əks  etdirdiyinə  görə  konseptual  forma  alır,  geniş  məzmunlu 
olur. Hər bir prosesdə olduğu kimi, miqrasiyanın da məxsusi və 
universal  mənaları  üzə  çıxır.  Bu  cəhətlər  bütün  hallarda 
yanaşma  bucaqlarından  meydana  gəlir.  Miqrasiya  həm  də 
qlobal proseslərin meydana  gəlməsində  rol oynayır. Miqrasiya 
özü  ilə  axınları  yaradır  və  axınların  tərkibi  elə  miqrasiyanın 
istiqamətlərini  formalaşdırır.  Konseptual  məzmun  etibarilə 
hesab  etmək  olar  ki,  miqrasiya  proseslərinin  müxtəlif  tərkibi 
mövcuddur. Burada forma və mahiyyət xüsusi önəm kəsb edir, 
forma və mahiyyətin məkan formaları mövcud olur. Miqrasiya 
fəlsəfi-elmi baxımdan predmet və obyektə çevrilir.  
Mətndəki  sintezlərdən  bəzi  analizlər  əldə  olunub  və 
ümumiləşdirilmələr  aparılıb.  Yeni  tezislər  və  istiqamətlər 
müəyyənləşib.  Sintezlər  və  ayrılmalar  zamanı  yeni  sintezlər 
meydana  gəlib  və  ümumiləşdirilmələrin  tərkibi  genişlənib.  Bu 
baxımdan  da  aşağıdakı  tezis  və  analiz  istiqamətləri  müəyyən 
olunub: 
 
Elmi obyekt və predmet baxımından, 
 
 
-miqrasiya proseslərdən və hadisələr cəmindən ibarətdir
-miqrasiya  fənn  olaraq,  qarışıq  elmlərin  obyekti  və 
predmetidir; 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə