Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə58/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   54   55   56   57   58   59   60   61   ...   72

179 
 
faizdən  az  bir  hissəsi  isə  Asiyadan  gələnlər  olmuşlar.  Cənubi 
Amerikalıların  sayı  isə  1296  nəfər  təşkil  etmişdir.  Xaricdə 
doğulan əhalinin 55 faizi vətəndaşlıq əldə etmişdir. 
1938-ci ilin oktyabrı. Qaçqınlar və Zərərçəkmiş Qurbanlar 
üzrə Milli Komitə yaradıldı. 
1938-ci ilin noyabr ayı. Britaniya Kanadadan Sudet alman 
qaçqınlarının bəzilərinin qəbulunu xahiş etdi. 
1940-cı ildə bir çox Avropa yahudisini qəbul etdi. 
1941-ci  ildə  siyahıyaalma  həyata  keçirildi.  Kanadanın 
əhalisi  11,506,655  nəfərdən  ibarət  olmuşdur  ki,  onun  da  17,5 
faizini immiqrantlar təşkil etmişdir. İmmiqrantların 90 faizi son 
10  ildə  gələnlərdən  ibarət  olmuşdur.  İmmiqrantların  44  faizi 
Britaniya adalarında doğulanlar olmuşlar. 
1942-ci  il.  İmmiqrasiyanın  səviyyəsi  əsrdə  ən  aşağı 
göstəricini vermişdir. 
1946-cı  il.  Hökumət  3  min  nəfər  Polşa  veteranının 
qəbuluna  icazə  verdi.  Onlar  gəlişlərindən  sonra  bir  il  müddətə 
fermalarda işləməli idilər. 
1946-cı  il.  Kanada  Vətəndaşlıq  Aktı  qəbul  olundu. 
Britaniyalıdan  fərqli  olaraq  ayrıca  Kanada  vətəndaşlığını 
müəyyən  edirdi.  Kanada  Birliyin  ilk  dövləti  idi  ki,  bu  addımı 
atırdı.  
1947-ci  ilin  yanvarı.  İtalyanlar  “əcnəbi  düşmən” 
kateqoriyasından  çıxarıldı,  hansı  ki,  bu  addım  itlayanların 
əhəmiyyəli dərəcədə miqrasiyasına səbəb oldu. 
1947-ci  ilin  apreli.  Məcburi  Köçkün  hərəkatının 
başlanması ilə əlaqədar olaraq, 1947-52-ci illərdə 186 min 154 
nəfər şəxs Kanadaya üz tutdular. 
1948-ci ilin avqustu. 987 nəfərdən ibarət olan Estoniyalını 
daşıyan  qayıqlar  Kanadanın  şərq  sahillərinə  qədəm  qoydu. 
Onlar  Sovet  hökumətinə  məcburi  olaraq  repatriasiya  olumaq 
qorxusu ilə İsveçdə yaşayırdılar. 
1950-ci  il.  Vətəndaşlıq  və  İmmiqrasiya  Departamenti 
yaradıldı.  


180 
 
1950-ci  il.  Almanlar  “əcnəbi  düşmən”  kateqoriyasından 
çıxarıldılar.  
1951-ci  ilin  siyahıyaalması.  Əhalinin  sayı  14,009,429 
nəfərə  çatdı.  Bunlardan  14,7  faizi  imiqrantlar  idilər.  44  faiz 
immiqrant Birləşmiş Krallıqdan idi. Asiya ölkələrindən 37,145 
nəfər  yaşayırdı  ki,  bunların  da  24  min  nəfərindən  çoxu 
çinlilərdən ibarət idi. SSRİ-dən olan immiqrantlar 9 faiz təşkil 
edirdi. Kanada əhalisinin 97 faizi avropa mənşəli idi. 
1951-ci  il.  Hindistan,  Pakistan  və  Seylon  hökumətləri  ilə 
saziş 
imzalandı. 
Bu 
sazişə 
əsasən 
Kanada 
onların 
vətəndaşlarına müəyyən sayda gəlməyə icazə verirdi. 
1951-ci  il.  Qaçqınların  satusu  ilə  bağlı  Cenevrə 
Konvensiyası  qəbul  olundu.  Kanada  təhlükəsizlik  məqsədilə 
qaçqınların deportasiyasını məhdudlaşdırdığına görə bu sənədə 
qoşulmadı. 
1956-cı  il.  İnqilabla  əlaqədar  olaraq  200  min  nəfər 
Macarıstanlı Avstriyaya qaçdı. 1957-ci il ərzində 37 min nəfər 
macar üçün Kanadada sığınmağa icazə verildi.  
1959-1960. Dünya Qaçqınlar İli. Kanada 325 nəfər vərəm 
xəstəsi olan qaçqını və onların ailələrini qəbul etdi. 
1960-cı  ilin  iyul  ayı.  Çinlilərlə  bağlı  amnistiya  proqramı 
qəbul  olundu.  1970-ci  ildə  11  min  569  nəfər  çinli  öz 
statuslarını normallaşdırdı. 
1961-ci il siyahıyaalması. Kanada əhalisi 18,238,247 nəfər 
olmuşdur.  Bunlardan  15,  6  faizi  Kanadadan  kənarda  doğulan 
imiqrantlardan  ibarət  idi.  İmmiqrantların  58  faizi  son  on  ildə 
gələnlərdən ibarət idi. 
1961-ci il. 71,689 nəfər immiqrant gəlmişdir. 1947-ci ildən 
bəri aşağı göstərici idi. Əsas səbəb iqtisadi ressesiya olmuşdur. 
1968 
avqust. 
Varşava 
Müqaviləsi 
Təşkilatının 
Çexoslovakiyaya  daxil  olması  ilə  əlaqədar  olaraq,  1968-ci  ilin 
avqustundan  1969-cu  ilin  1  martı  arasında  10,975  nəfər  çex 
Kanadaya daxil olmuşdur. 


181 
 
1969-cu ilin iyun ayı. Kanada 1951-ci il tarixli Qaqınların 
Statusu  ilə  əlaqədar  olan  Konvensiyaya  və  1967-ci  il  tarixli 
Protokola qoşuldu. 
1970  –ci  il.  Tibetli  qaçqınların  ilk  92  nəfərlik  qrupu 
Alberta, Ontario və Kvebekdə məskunlaşdı. 
1971-ci  ilin  siyahıyaalması.  Kanada  əhalisinin  sayı 
21,568,310 nəfər təşkil etmişdir. 15,3 faizi Kanadadan kənarda 
doğulan  imiqrantlardan  ibarət  olmuşdur.  İmmiqrantların  79 
faizi  Avropa  doöumlu  idilər.  Asiyalılar  isə  cəmi  4  faiz  təşkil 
edirdi.  Etnik  qrup  baxımından  immiqrantların  44,6  faizi 
Britaniya adlarından idi.  
1971-ci  il.  Federal  hökumət  özünün  multikulturalizm 
siyasətini bəyan etdi. 
1973-cü  ilin  sonu  üçün  7min  nəfərdən  çox  Uqandalı 
Kanadaya daxil oldu. 
1974-cü  il.  Federal  hökumət  İmmiqrasiya  Məskunlaşması 
və 
Adaptasiya 
proqramını 
qəbul 
etdi. 
Bu 
proqram 
məskunlaşma xidmətlərini maliyyələşdirirdi. 
1976-cı  il.  Livanda  baş  verən  vətəndaş  müharibəsinin 
nəticəsi olaraq Livanlılar üçün xüsusi tədbirlər həyata keçirildi. 
1979-cu il üçün 11,010 nəfər livanlıya vizalar verildi.  
1978-ci  il.  Federal  hökumət  ilə  Kvebek  və  Nova  Scotya 
(Nova Scotia) arasında immiqrasiya sazişi imzalandı. Bu saziş 
Kvebekə  özünün  sərbəst  immiqrasiya  siyasətini  həyata 
keçirməyə səlahiyyət verdi. 
1979-1980-cı illər. Vyetnam, Laos və Kambocadan 60 min 
nəfər qaçqın Kanadaya məskunlaşdı. 
1981-ci 
ilin 
siyahıyaalınması
Kanadanın 
əhalisi 
24,083,500  nəfər  təşkil  edirdi.  Onlardan  16  faizi  Kanadadan 
kənarda doğulan immiqrantlar idilər. İmmiqrantların 51 faizini 
qadınlar təşkil edirdi. İmmiqrantların 67 faizi Avropa doğumlu 
idilər.  14  faizini  asiyalılar,  8,5  faizini  Şimali,  yaxud  Mərkəzi 
Amerika,  4,5  faizini  Karib  hövzəsi  ölkələri,  2,7  faizini  isə 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə