Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə56/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   52   53   54   55   56   57   58   59   ...   72

173 
 
Hindistandan  (indiki  Hindistan)  5,398  nəfər  kanadaya  ayaq 
basmışdır.
259
  
Kanadanın  Qaçqınlar  Şurası  (Canadian  Council  for 
Refugees.  Conseil  canadien  pour  les  rèfugiès) qaçqınlılıq və 
diskriminasiya  ilə  əlaqədar  olaraq,  1900-1999-cu  illəri  əhatə 
edən yüzillik xronologiyanı təqdim edir:
260
 
 
Hadisələrin bəzilərini təqdim edirik: 
  
(İngilis dilindən tərcümə) 
 
1900. Kanada 41,681 immiqrant qəbul etmişdir. 
1990-1921.  138, 000 nəfər  yahudi Kanadaya köç etmişdir. 
Onların  əksəriyyəti  Çar  Rusiyasında  və  Şərqi  Avropada 
üzləşdikləri problemlərdən məcburən köç etmişlər. 
1900.  Çinli  immiqrantlar  üçün  əsas  vergi  (Head  tax)  50 
ABŞ  dollarından  (1885-ci  ildə  Çinliləri  xaric  edən  ilk  Aktla 
müəyyən olunmuşdur) 100 ABŞ dolların qalxmışdır. 
1901.  Siyahıyaalma  (1).  Kanadanın  əhalisi  5,371,315 
nəfərdən ibarət olmuşdur. Onun 684, 671 nəfərini (12,7 faizini) 
immiqrantlar təşkil etmişdir.  İmiqrantların təqribən dörddə biri 
son beş ildə ölkəyə gəlmişdir. İmmiqrantların 57 faizi Britaniya 
adalarında,  19  faizi  ABŞ-da,  5  faizi  Rusiyada,  4  faizi 
Almaniyada,  2,5  faizi  (17,043  nəfər)  Çində  doğulmuşlardır. 
Yapon  doğumlu  sakinlərin  sayı  4,674  nəfər  təşkil  etmişdir. 
1,222  Suriya  doğumlu,  357  nəfər  Türkiyədən  gələnlərdir,  699 
nəfər  Qərbi  Hindistan  doğumludur.  Afrika  ölkələrindən  yalnız 
                                                 
259
 Immigration History of Canada. The Quebec History Encyclopedia. 
http://faculty.marianapolis.edu/c.belanger/quebechistory/encyclopedia/Immi
grationHistoryofCanada.htm 
260
 Janet Dench, Executive Director, Canadian Council for Refugees. A 
hundred years of immigration to Canada 1900-1999. A chronology focusing 
on refugees and discrimination. Part 1:1900-1949. 
https://ccweb.ca/en/hundred-years-immigration-canada-1900-1999 


174 
 
Cənubi Afrika ölkəsindən miqrant var və bu ölkədən 128 nəfər 
köç etmişdir. “Xarcdə doğulan” immiqrantların 278,788 nəfəri 
(xaricdə  doğulma  dedikdə,  Britaniya  imperiyasından  kənarda 
doğulanlar nəzərdə tutulur), 55 faizi naturalizasiya olunmuşlar. 
Beləliklə,  cəmi  4  faiz  Çinli  vətəndaşlıq  əldə  etmişdir. 
Siyahıyaalmaya  görə  Kanadada  17,437  nəfər  zənci  qeydə 
alınmışdır.  Əhalinin  42  faizi  Britaniya  mənşəli,  31  faizi  isə 
Fransa  mənşəli  olmuşdur.  16,131  nəfər  yahudi,  22,050  nəfər 
Çinli/Yaponiyalı  (onlar  bir  kateqoriya  hesab  olunurdular) 
qeydə alınmışdır. Əhalinin 96 faizi Avropa mənşəli idi. 
1903.  Çinlilərin  əsas  vergisi  500  ABŞ  dollarına  yüksəldi. 
1901-1918-ci  illər  arasında  Çinli  immiqrantlardan  18  milyon 
ABŞ 
dolları 
məbləğində 
vergi 
yığılmışdır. 
Avropa 
immiqrasiyasına isə 10 milyon dollar pul xərclənmişdir. 
1906. İmmiqrasiya Aktı. Daxili İşlər naziri Frank Oliverin 
sözlərinə  görə,  qanunun  məqsədi  nəzarət  vasitəsilə  təmin 
etməklə,  “arzuolunmaz  immiqrantlarla  işlərdən  İmmiqrasiya 
Departamentinin  məlumatlı  olması”  idi.  Akt  mübarizə  və 
məhdudlaşdırma  tədbirlərini  təsbit  edirdi  və  gücləndirirdi. 
Aktla  “qadağan  olunmuş”  immiqrantların  kateqoriyaları 
genişləndirilirdi.  Sənəd  həmçinin  hökumətə  immiqrantların 
məskunlaşdıqları  iki  il  ərzində  onları  deportasiya  etməyə 
sdəlahiyyət verirdi. Sonradan bu, üç və beş ilə qədər artırıldı.  
1906-1907.  4700  nəfər  Hindistanlının,  xüsusilə,  Pəncab 
əyalətindən  Sikhlərin,  Vankuverə  gəlişi  oldu.  Çinlilərin  və 
Yaponların  gəlişi  də  artdı.  1907-ci  ildə  2300  yaponiyalı 
Britaniya  Kolumbiyasına  (Kanadada  olan)  qədəm  qoydu. 
Britaniya  Kolumbiyasının  ağlarının  reaksiyası  Kanada  Daxili 
İşlər  Nazirliyi  tərəfindən  “demək  olar  ki,  isterika”  kimi  təsvir 
olundu.  Asiyalıları  Xaricetmə  Liqasının  (Asiatic  Exclusion 
League)  təşkil  etdiyi  “Anti-Asiya  Paradı”  Çaynataunlarda  və 
Yapon  kvartallarında  əmlaklara  dəyən  zərərlərlə  müşahidə 
olunan iğtişaşlarla nəticələndi. 


175 
 
1907.  Yaponiyaya  hökumət  nümayəndələrinin  gedişi  belə 
bir  razılığın  əldə  olunması  ilə  nəticələndi  ki,  Yaponiya 
hökuməti özü Kanadaya emiqrasiyanı ildə 400 nəfərə q 
ədər 
məhdudlaşdıracaq. 
1908.  Şura  “fasiləsiz  səyahət”lə  əlaqədar  qaydaları  tətbiq 
etdi.  Bu  qaydalar  özlərinin  mənşə  ölkələrindən  fasiləsiz 
qaydada  səyahət  etməyən  imiqrantları  qadağan  edirdi.  Bu 
zaman  Hindistan  və  Yaponiyadan  gələn  paraxodlar  Havay 
adalarında  dayanırdı.  Eləcə  də  Hindistanlıların  “torpaqbasdı 
pulu” 50 dollardan 200 dollara qədər qaldırılmışdı.  
1908.  Çinlilərin  İmmiqrasiya  Aktına  düzəlişlər  edildi. 
Düzəlişlər qadağan olunmuş şəxslərin siyahısını genişləndirirdi 
və  baş  vergidən  azad  (Head  Tax)  olunan  şəxslər  sinfini 
məhdudlaşdırırdı. 
1908.  ABŞ-Kanada  sərhədlərində  sərhəd  müfəttişliyi 
xidməti yaradıldı.  
1910.  İmmiqrasiya  Aktı.  Bu  akt  Şura  sərəncamları  yolu 
ilə  tənzim  etmək  üçün  hökumətə  çox  böyük  səlahiyyətlər 
verirdi. Düzəlişərin 38-ci bölməsi hökumətə “fasiləsiz səyahət” 
qaydaları altında  immiqrantların gəlişini və “hər  hansı bir irqə 
mənsub  olan  və  Kanadanın  iqlim şəraitinə və  şərtlərinə uyğun 
olmayan,  eləcə  də  istənilən  ixtisaslı  sinifə,  vəzifəyə  və 
xarakterinə  görə”  immiqrantların  ölkəyə  gəlişini  qadağan 
etmək  səlahiyyəti  verilirdi.  Düzəlişlərin  41-ci  bölməsinə 
əsasən,  Akt  həmçinin  belə  bir  əsasları  genişləndirirdi  ki, 
immiqrantlar  mənəviyyatsızlığa  və  siyasi  cinayətkarlığa  görə 
deportasiya oluna bilərlər. Sənəd immiqrantlar üçün Kanadada 
yaşadıqdan  üç  il  sonra  (sonradan  beş  il)  “yaşayış” 
konsepsiyasını təqdim edirdi. 
1910.  Oklahomanın  zənci  fermerləri  ölkələrində  artan  irqi 
ayrı-seçkilikdən Kanadaya köç etmək maraqlarını artırdılar. Bu 
baxımdan  bir  çox  ticarət  nümayəndələri  və  Edmonton 
Bələdiyyə Şurası zənci immiqrasiyasının qarşısını kəsmək üçün 
Ottavaya  çağrıldılar.  1911-ci  ildə  şura  qərarı  qəbul  olundu. 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə