164
(54,916 nəfər) təşkil edib.
233
2012-ci ildə 29,484 nəfər
sığınacaq axtaran bu ölkəyə qədəm qoymuşdur. Əsas sığınacaq
axtaranlar Çindən olanlardır. Sonrakı yerləri Misir, Efiopiya,
Venesuela və Nepal bölüşür.
234
2012-ci ilin məlumatına əsasən ABŞ-da yaşayan 40,8
milyon immiqrantın 18,7 milyon nəfəri vətəndaşlıq əldə
etmişdir. Bu, immiqrantların 46 faizini təşkil edir və ABŞ-da
yaşayan cəmi əhalinin 6 faizini əks etdirir. Təkcə 2012-ci ildə
757,434 nəfər vətəndaşlıq əldə etmişdir. 2011 və 2012-ci illər
ərzində naturalizasiya olunan immiqrantların sayı 9 faiz
artmışdır. 1970-1979-cu illər ərzində hər il orta hesabla daimi
yaşamaq hüququ əldə etmiş 141,000 nəfər naturalizasiya
olunmuş, 1980-ci illərdə 205,000 nəfər, 1990-cı illərdə 498,000
nəfər, 2000-ci illər ərzində isə 682,000 nəfər vətəndaşlıq əldə
etmişdir.
235
Naturalizsiya 2008-ci ildə özünün pik həddinə çatmışdır.
Yeni naturalizasiya olunanların 54 faizi tək dörd ştatda
məskunlaşmışdır: Kaliforniya (21 faiz), Florida (13 faiz), Nyu-
York (12 faiz), Texas (8 faiz).
236
Qeyd: naturalizsiya olunmaq üçün (vətəndaşlıq əldə etmək
üçün) həmin ölkə ərazisində bu və ya digər əsaslarla bir neçə il
daimi yaşamaq tələb olunur:
-Avstraliya -nigah əsasında -2 il; digər əsaslarla-2 il;
-Avstriya –nigah əsasında-2 il; digər əsaslarla -10 il;
-Argentina-nigah əsasında-2 il; digər əsaslarla-2 il;
-Böyük Britaniya-nigah əsasında-3 il; digər əsaslarla-10
il;
233
Chiamaka Nwosu, Jeanne Batalova, and Gregory Auclair. Frequently
Requested Statistics on Immigrants and Immigration in the United States.
28 april 2014. http://www.migrationpolicy.org/article/frequently-requested-
statistics-immigrants-and-immigration-united-states
234
Yenə orada.
235
Yenə orada.
236
Yenə orada.
165
-Belçika-nigah əsasında-2 il; digər əsaslarla-5 il;
-Almaniya-nigah əsasında-3 il; digər əsaslarla-10 il;
-Danimarka-nigah əsasında-4 il; digər əsaslarla-7 il;
-İspaniya-nigah əsasında-1 il; digər əsaslarla- 10 il;
-İtaliya-nigah əsasında-3 il; digər əsaslarla-10 il;
-Kanada-nigah əsasında 3 il; digər əsaslarla-3 il;
-ABŞ-nigah əsasında-3 il; digər əsaslarla-5 il;
-Fransa-nigah əsasında-6 ay; digər əsaslarla-5 il;
-İsveçrə-nigah əsasında-5 il; digər əsaslarla-12 il
237
Həmçinin immiqrantların daimi yaşamaq statuslarını əldə
etmək və vətəndaşlıq qazanmaq üçün bəzi ölkələrdə bu kimi
tələblər də vardır:
-dövlət dilini və dövlətin tarixini bilmək;
-kriminal keçmişin olmaması;
-ləyaqətli mənəvi simanın olması;
-vətəndaşlığın verilməsi üçün iqtisadi əsaslar (burada
yaşamaq üçün maliyyə imkanları və mənbələri nəzərdə
tutulur);
-əvvəlki vətəndaşlıqdan imtina;
-andın qəbul edilməsi.
238
Şimali Amerika Mərkəzi (Kanada immiqrasiyası)
Kanadanın immiqrasiya tarixini öyrənmək üçün ən əvvəl
Kanada immiqrasiya ensiklopediyasına müraciət etməli oluruq.
Burada
Kanadanın
immiqrasiya
tarixinə
dair
dolğun
məlumatlar öz əksini tapır.
Yaşayış yerlərini dəyişməsi məqsədilə bir ölkədən digər bir
ölkəyə xalqların köç etmələri, -əcdadları Asiyadan Berinq
237
Натурализация и гражданство за рубежом.
http://rospersonal.ru/your_lawer/naturalizaciya_i_grazhdanstvo_za_rubezho
m/
238
Yenə orada.
166
boğazını keçməklə, yerli əhalidən tutmuş, ən son zamanlarda
gələnlərə qədər,- Kanadanın tarixinin əsasını təşkil edir.
239
Kanada immiqrasiya tarixi tək əhalinin müntəzəm olaraq
artmasından ibarət deyil; bu, həmçinin Kanadanın iqtisadi
inkişafı üçün həm katalizator olaraq qalır, həm də Kanadanın
münasibətləri və dəyərləri üçün güzgü rolunu oynayır.
240
Ensiklopedik
məlumatda
yazılır:
(ingilis
dilindən
tərcümələr) 1534-cü ildə Jak Kartiye (Jacques Cartier-1491-
1557-navigator. O, praktiki olaraq üç dəfə- aprel, 1534; may
1534; 1541- Kanadaya səyahət etmişdir) Kral I Fransizin (King
Francis I) göstərişi ilə Müqəddəs Lavrenti çayını (St.Lawrens
River) keçməklə Kanadanın Şərq sahillərinə çatdı. O, 1535-ci
ildəki ikinci səyahətində Müqəddəs Lavrenti çayını keçərək,
Kvebekə gəlib çatdı. O, həmin illərdə bir neçə dəfə bu
ərazilərdə fransız koloniyasının əsasını qoymağa cəhd göstərdi,
lakin hər dəfə uğursuzluğa düçar oldu. Müstəmləkələşdirmə
üçün ilk ciddi cəhd Ç(Ş)ampleyn (Champlain) tərəfindən
həyata keçirildi, hansı ki, o, 1604-cü ildə Port Royalda ilk
koloniyanın əsasını qoydu və eyni zamanda çoxlu gözlənilməz
hadisələrlə üzləşdi.
241
Bu zaman Şimali Amerikada Fransanın maraqları daha
doğrusu aktiv müstəmləkəçilikdən daha çox ticarət və
imperiyanın genişləndirilməsindən ibarət idi.
242
Fransa
Atlantikadan böyük göllərə qədər, Missisipi vadisi boyunca və
Luiziana ərzisini keçməklə üstünlüyə malik idi. Faktiki olaraq
belə demək mümkünsə, Fransanın səlahiyyətləri Müqəddəs
Lavrenti körfəzindən İngilis koloniyalarından Qərbə doğru –
239
Immigration.
http://www.thecanadianencyclopedia.ca/en/article/immigration
240
Yenə orada.
241
Immigration History of Canada. The Quebec History Encyclopedia.
http://faculty.marianapolis.edu/c.belanger/quebechistory/encyclopedia/Immi
grationHistoryofCanada.htm
242
Yenə orada.
Dostları ilə paylaş: |