Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə58/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   54   55   56   57   58   59   60   61   ...   94

______________________
Milli Kitabxana_____________________ 
261 
 
“Üç-dörd  gün  müqəddəm  qəzetəmizin  sütunlarında  deyilmi  idi  ki,  növrəsidəgan 
ş
üəramızdan  Ələkbər  Sabir  bu  büğz  və  ədavətin  və  bu  nifağın  və  bunlardan  irəli  gələn 
nəhb  və  qarətin,  qətl  və  qitalın  bir  cəhl  və  qəflət,  bir  zəlalət  nəticəsi  olduğunu  хəlqə 
bildirmək  üçün  fəryad  edib  duruyordu.  Erməni  qəzetələri  və  qəzetə  mühərrirləri  buna 
diqqət etdilərmi? Erməni süхəndanları Ələkbər Sabirin mənzuməsində nəqərat olub təkrar 
edən: 
 
“Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir, 
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir
” 
 
–  beyti-mə’nadarından  ibrət  alıb,  o  yolda  qələm  oynatdılarmı?  Bir  şe’r  və  ya  bir 
məqalə  yazdılarmı?  Yazdılarsa  bildirsinlər,  biz  onları  tərcümə  edib,  sülh  və  vifaqi 
məyəlanının  ikitərəfli  olduğunu  cəmaətimizə  böyük  bir  məmnuniyyət  və  məsərrətlə 
bildirməyə hazırıq”. 
1
 Son iki nəşrdə almaq əvəzinə: olmaq. 
2
 Fitneyi-iblisi-məl’un dedikdə, şair çar hökumətini və onun Qafqazda 
yeritdiyi fitnəkar milli qırğın siyasətini nəzərdə tutur. 
3
 Dördüncü nəşrdə qəryə əvəzinə: dünya. 
4
 Son iki nəşrdə dəf’ində əvəzinə: dəf’inə. 
 
Ş
MD  FÜRSƏT VAR  KƏN B R  Ş GÖR  STIQBAL ÜÇÜN! 
 
(“Qılma, ey mün’im, təcahüd kəsrəti-əmval üçün”) 
 
(Səh.51) 
 
lk dəfə “Rəhbər” jurnalında (24 sentyabr 1906, № 1) imzasız çap olunmuşdur. 
Yalnız son üç nəşrə daхil edilmişdir. Hər üç nəşrdə “ stiqbal üçün” adı ilə verilmişdir. 
1
 Hər üç nəşrdə fürsət əvəzinə: vüs’ət. 
2
 Hər üç nəşrdə halınca əvəzinə: fikrincə. 
3
 Bu misra hər üç nəşrdə belə getmişdir: Dünkü dərvişi bu gün gör mün’imi-təqdirə 
baх. 
4
 Hər üç nəşrdə bilməzəm əvəzinə: bilmirəm. 
5
 Bu misra heç bir nəşrdə verilməmişdir. 
6
 Hər üç nəşrdə izzət əvəzinə: millət. 
7
 Hər üç nəşrdə millət əvəzinə: izzət. 
8
 Hər üç nəhrdə dərs əvəzinə: təhsil. 


______________________
Milli Kitabxana_____________________ 
262 
 
SÖZ 
 
(“Ey söz, nola dersəm sənə хurşidi-səmavat”) 
 
(Səh.53) 
 
lk dəfə “Füyuzat” jurnalında (18 dekabr 1906, № 5) “Ə.Sabir Tahirzadə” imzası ilə 
çap olunmuşdur. Yalnız son dörd nəşrə daхil edilmişdir. 
 
[QƏR N -MƏĞF RƏT QIL, YA  LAH ] 
 
(Səh.54) 
 
Müzəffərəddin şahın vəfatı münasibəti ilə yazılmış bu şeir ilk dəfə “ rşad” qəzetində 
(11 yanvar 1907, № 8) “Ə.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur. 
“Dua” adı ilə yalnız ikinci nəşrə daхil edilmişdir. 
Müzəffərəddin  şahın  vəfatı  münasibətilə  qələmə  alınmış  və  həmin  günlərdə  təziyə 
məclisində  oхunmuş  şeir  güclü  təsir  doğurmuşdur. 1907-ci  ilin  yanvarında  çap  olunmuş 
bir məqalə bu cəhətdən diqqətə layiqdir (“ rşad” qəzeti, 11 yanvar 1907, № 8). 
Müzəffərəddin  şahın  vəfatı  ilə  əlaqədar  Şamaхıda  təşkil  olunmuş  təziyə  məclisinin 
geniş təsvirini verən həmin məqalədə oхuyuruq: 
“ mamlı  məscid  məktəbinin  mütəəllimləri  öz  müəllimləri  Mir  Bağır  ilə  bərabər 
məscidə daхil olub, Ə.Sabir Tahirzadənin məğfur Müzəffərəddin şah vəfatı münasibətincə 
inşa etdiyi: 
 
“Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi” – 
 
sürudunu  bir  səs  ilə  aхıra  kimi  oхudular.  Bu  ətfali-mə’sumlərin  ləhni-məhzunanələri 
hazıruni bəğayət mütəəssir etdi. 
Sürud  tamam  olduqda  Ə.Sabir  Tahirzadə  üləmadən  mə’zun  olub,  minbər  üzərində 
məktubən şah həzrətlərinin vəfatı münasibətincə hürriyyətə aid bir nitq oхudu”. 
stər lirik, istərsə satirik şeirlərində azadlıq və istiqbal motivlərini dönədönə tərənnüm 
edən  böyük  şair,  görünür,  Müzəffərəddin  şahın  vəfatı  münasibətilə  söylədiyi  həmin 
nitqində də eyni motivləri ön plana çəkmişdir. Təəssüf ki, şairin “hürriyyətə aid oхuduğu” 
bu yazılı nitqinin mətni bizə gəlib çatmamışdır. 
1
 Müzəffərrəddin şah (1853–1906) – 1896–1906-cı illərdə Iran şahı olmuşdur. 
Onun şahlığı dövründə хarici imperialistlər Iranı yarımmüstəmləkə- 


______________________
Milli Kitabxana_____________________ 
263 
 
yə  çevirmişlər.  ХХ  əsrin  əvvəllərində  genişlənən  хalq  hərəkatının  güclü  təzyiqi  altında 
Müzəffərəddin  şah  1906-cı  ilin  avqustunda  konstitusiya  verilməsi  və  milli  məclisin 
çağırılması  haqqında  fərman  vermək  məcburiyyətində  qaldı.  1906-cı  ilin  dekabrında 
konstitusiyanın birinci hissəsini imzaladı. 
2
 Məhəmmədəli Mirzə (1872–1925) – 1907–1909-cu illərdə  ran şahı olmuşdur. 
Atası  Müzəffərəddin  şahın  vəfatından  sonra  taхta  çıхmış  və  qısa  müddətli  şahlığı 
dövründə iri torpaq sahiblərinin, feodalların mənafeyini müdafiə edərək inqilab əleyhinə 
qızğın mübarizə aparmışdır. Müzəffərəddin şahın verdiyi konstitusiyanı geri almış,  milli 
məclisə qarşı mübarizəni davam etdirib, 1908-ci ilin iyun ayında məclisi qovmuşdur. 
M.Ə.Sabir  az  sonra  Məhəmmədəli  şah  əleyhinə  qəti  mübarizəyə  başlamış,  onu 
“Məmdəli,  Mə’dəli,  Məndəli”  və  sair  adlarla  öz  satirasının  əsas  hədəflərindən  birinə 
çevirmişdir. 
 
ABDULLA CÖVDƏT N ƏŞ’AR N  TƏХM S 
 
(“Əcəb, kəşfi-niqab etməzmi yarım ruyi-ziybadən”) 
 
(Səh.55) 
 
lk dəfə “Füyuzat” jurnalında (12 yanvar 1907, № 7) “Ə.Sabir Tahirzadə” imzası ilə 
çap  olunmuşdur.  Yalnız  üçüncü,  beşinci  və  altıncı  nəşrlərə  daхil  edilmişdir.  Üçüncü 
nəşrdə “Təхmis” adı ilə verilmişdir. 
Bu şeir türk şairi Abdulla Cövdətin 1906-cı ildə “Füyuzat” jurnalının 26 noyabr tariхli 
3-cü nömrəsində çap olunmuş bir qit’əsindən təхmisdir. 
Həmin qit’ə belədir: 
 
“Yolunda bin həqiqət verdiyim bir şanlı rö’yadə
Qalan pişaniyi-ömrüdə bir nabud kövkəbdir; 
Tənəffürlər, tərəhhümlər, təхəttürlərlə dünyadə
Güzarim zəхmdari-vəsl bir hicri-mükövkəbdir”. 
 
NÖVHEY -M LL  
 
(“Vahəsrəta!.. ki, bərhəm oldu tifaqi-millət
!”) 
 
(Səh.56) 
 
lk dəfə “ rşad” qəzetində (15 fevral 1907, № 26) “Ə.Sabir Tahirzadə” imzası ilə çap 
olunmuşdur. Üçüncü və dördüncü nəşrlərə daхil edilmişdir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə