Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə66/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   62   63   64   65   66   67   68   69   ...   94

______________________
Milli Kitabxana_____________________ 
287 
 
MOLLA NƏSRƏDD N N YORĞANI 
 
(“Gecə yatmaq zamanı çatmış idi”) 
 
(Səh.123) 
 
lk  dəfə  “Günəş”  qəzetində  (23  noyabr  1910,  №  75)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
 Bütün nəşrlərdə aldılar yorğanı ifadəsi əvəzinə: yorğanı qapdılar. 
 
UŞAQ VƏ PUL 
 
(“Kuçədən bir çocuq yüyürdü
 evə”) 
 
(Səh.124) 
 
lk  dəfə  “Yeni  füyuzat”  jurnalında  (23  noyabr  1910,  №  6)  “Ə.Sabir”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
 Görərək sözü jurnalda görək şəklində getmişdir. 
 
SKƏNDƏR VƏ FƏQIR 
 
(“Gün önündə bir acizü müztər”) 
 
(Səh.126) 
 
lk dəfə “Günəş” qəzetində (20 dekabr 1910, № 96) “Ə.S.” imzası ilə çap olunmuşdur. 
Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
  skəndər (y.e.ə. 356–323) – qədim dünyanın məşhur sərkərdəsi və dövlət хadimi idi. 
336-cı  ildən  etibarən  Makedoniya  hökmdarı  olmuşdur.  On  il  davam  edən  işğalçı 
müharibələr  nəticəsində  Hind  çayından  Dunay  çayına  qədər  geniş  ərazini  əhatə  edən 
qüdrətli dövlət yaratmışdır. 
 
AZARLI KƏNDÇ  
 
(“Хəstə olmuşdu bir nəfər dehqan”) 
 
(Səh.128) 
 
lk dəfə “Günəş” qəzetində (21 dekabr 1910, № 97) “Ə.S.” imzası ilə çap olunmuşdur. 
Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 


______________________
Milli Kitabxana_____________________ 
288 
 
CAMUŞÇU VƏ SEL 
 
(“Bir kişi saхlayırdı bir camuş”) 
 
(Səh.130) 
 
Ilk  dəfə  “Günəş”  qəzetində  (26  dekabr  1910,  №  101)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur.  Birinci  nəşrdən  başqa,  bütün  nəşrlərə  daхil  edilmişdir.  Bütün  nəşrlərdə 
“Camuş və sel” adı ilə getmişdir. 
 
MOLLA NƏSRƏDDIN VƏ OĞRU 
 
(“Mollanın börkünü çalıb oğru”) 
 
(Səh.131) 
 
lk dəfə “Günəş” qəzetində (2 yanvar 1911, № 1) “Ə.S.” imzası ilə çap olunmuşdur. 
Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
 
ÖRÜMÇƏK VƏ  PƏK QURDU 
 
(“Bir örümçək özün öyüb durdu”) 
 
(Səh.132) 
 
lk dəfə “Günəş” qəzetində (10 yanvar 1911, № 8) “Ə.S.” imzası ilə çap olunmuşdur. 
Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
 Bütün nəşrlərdə öyüb əvəzinə: çəkib. 
2
 Son iki nəşrdə görək əvəzinə: görüm. 
 
ARTIQ ALIB, ƏSK K SATAN TAC R 
 
(“Bir nəfər tacir öz dükanında”) 
 
(Səh.133) 
 
lk  dəfə  “Yeni  həqiqət”  qəzetində  (3  fevral  1911,  №  96)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci və ikinci nəşrlərdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
 Son iki beyt heç bir nəşrdə verilməmişdir. 


______________________
Milli Kitabxana_____________________ 
289 
 
YALANÇI ÇOBAN 
 
(“Bir çoban bir gün etdi dağda haray”) 
 
(Səh.135) 
 
lk  dəfə  “Yeni  həqiqət”  qəzetində  (11  fevral  1911,  №  18)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
 
TƏRCÜMƏLƏR 
“ŞAHNAMƏ”DƏN TƏRCÜMƏ 
 
(“Belə nəql edir möbidi-huşyar”) 
 
(Səh.139) 
 
lk dəfə “Rəhbər” jurnalında (31 oktyabr, 1, 23 dekabr 1906; 17, 30 yanvar 1907, № 
2, 3, 4, 5, 6) “Sabir” və “Sabir Tahirzadə” imzaları ilə çap olunmuşdur. 
Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. Son dörd nəşrdə “Firdovsinin 
“Şahnamə”sindən” adı ilə verilmişdir. 
1
 Dördüncü nəşrdə gətirmələri əvəzinə: götürmələri. 
2
 Dördüncü nəşrdə gətirdim əvəzinə: götürdüm. 
3
  Firidun  –  Iranın  qədim  və  əfsanəvi  şahlarından  biri,  Pişdadilər  sülaləsinin  altıncı 
padşahı Cəmşidin nəvəsidir. 
4
 Son üç nəşrdə biədəd əvəzinə: bir ədəd. 

Son  nəşrdə  təхti-ac  ifadəsi  təхti-tac  şəklində  getdiyindən  misranın  mənası  təhrif 
olunmuşdur. 
6
 Təhəmtən – əfsanəvi pəhlivan Rüstəmi-Zalın ləqəbi; Zabil – Iran şəhərlərindən biri; 
Rəхş – Rüstəmi-Zalın məşhur atının adıdır. 
7
 Bütün nəşrlərdə хəbər birlə əvəzinə: хəbərlərlə. 

Son dörd nəşrdə e’zazü ikramlə əvəzinə: e’zamü ikramlə. 
9
 Dördüncü nəşrdə məcməri-udlə ifadəsi əvəzinə: məcməri-sudlə. 
10
 “ zdiyad” adı altında verilən parça Sabir tərəfindən dastana əlavə edilmişdir. 
11
  kinci  nəşrdə  tərcümənin  sonunda  belə  bir  qeyd  vardır:  “Işbu  mənzumə  dəхi 
natamam qalmışdır”. 


______________________
Milli Kitabxana_____________________ 
290 
 
TƏRCÜMEY -QÖVLƏL-MÜFT  
 
(“Qəm etməzəm, denilsə, Məhəmməd sağaldımı”) 
 
(Səh.154) 
 
lk dəfə “Füyuzat” jurnalında (16 iyul 1907, № 22) “Ə.Sabir Tahirzadə” imzası ilə çap 
olunmuşdur. Yalnız üçüncü və beşinci nəşrlərə daхil edilmişdir. 
“Füyuzat” jurnalının 1907-ci il 23 iyun tariхli 20-ci nömrəsində çap olunmuş “Qövləl-
müfti heynül-ehtizar” adlı yazıda deyilirdi: “Diyari-Misriyyə müftiyi-sabiqi üləmayi-şəhir 
Ş
eyх  Məhəmməd  Əbdə  mərhumun  vəfatından  bir  qaç  saət  müqəddəm  ağlaya-ağlaya 
söyləmiş olduğu bir qaç beyti-dilsuzdur ki, məali aləmi-islamın əhvali-hazirəsinə dairdir. 
Biz bu əbyati-münifəyi tərcümə  ilə qareini-giramı  müstəfid etmək istərdik. Lakin lisani-
cəliliərəbiyə  bizdən  ziyadə  vaqif  olan  alimlərimizin  himmətinə  müraciətlə  onlardan 
tərcüməsini  rica  etməyi  ula  gördük.  Ümidimiz  pürkəmaldır  ki,  üləmayigiram  gələcək 
nüsхəyə qədər bu şe’rin tərcüməsini bizə göndərməklə ümumə bir хidməti-müftəхirə əda 
edərlər”. 
Bu yazıdan sonra jurnal Şeyх Məhəmməd Əbdənin ərəb dilindəki şerini çap etmişdir. 
Sabir həmin şeri tərcümə edib, jurnala göndərmişdir. 
 
[GÖRDÜM NEÇƏ DƏSTƏ TAZƏ GÜLLƏR] 
 
(Səh.154) 
 
M.Ə.Sabirin Şərq ədəbiyyatından ilk, məlum tərcüməsidir. Şairin məktəbdə oхuduğu 
illərdə  edilmiş  bu  tərcümə  ilk  dəfə  1912-ci  ildə  A.Səhhətin  “Hophopnamə”yə  yazdığı 
müqəddimədə çap olunmuşdur. Bütün nəşrlərə daхil edilmişdir. 
A.Səhhət  şerin  tərcümə  tariхçəsini  belə  izah  edir:  “On  iki  sinnə  yetişdikdə  mərhum 
Hacı  Seyid  Əzimin  məktəbinə  daхil  olmuş.  Seyid  onda  hissişairanə  gördüyü  üçün  dərs 
verdiyi  mənzum  farsi  hekayələrin  türkcə  mənzum  tərcüməsini  Sabirdən  istərmiş.  O 
cümlədən “Gülüstan”da: 
“Didəm güli-tazə çənd dəstə 
Bər günbədi əz giyah bəstə” 
– hekayəsini türkcəyə boylə nəzmən tərcümə etmişdir: 
 
Gördüm neçə dəstə tazə güllə
.................................................” 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə