______________________
Milli Kitabxana_____________________
284
AĞACLARIN BƏHS
(“Alma, palıd, şam ağacı hal ilə”)
(Səh.113)
lk dəfə “ kinci il” dərsliyində (1908) “Sabir” imzası ilə çap olunmuşdur. Birinci və
ikinci nəşrlərdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
1
Son üç nəşrdə yetişir əvəzinə: yetişə.
CÜTÇÜ
(“Çıхdı günəş, doldu cəhan nur ilə”)
(Səh.115)
lk dəfə “Yeni məktəb” “Üçüncü il” dərsliyində (1909) “Ə.Sabir” imzası ilə çap
olunmuşdur. Birinci və ikinci nəşrlərdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
1
Bütün nəşrlərdə tarlasını əvəzinə: tarlaları.
QARĞA VƏ TÜLKÜ
(“Pendir ağzında bir qara qarğa
”)
(Səh.116)
lk dəfə “Yeni məktəb” “Üçüncü il” dərsliyində (1909) “Ə.Sabir” imzası ilə çap
olunmuşdur. Birinci və ikinci nəşrlərdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
1
Şerin sonunda “(Krılovdan tərcümə)” qeydi verilmişdir.
MƏKTƏB UŞAQLARINA TÖHFƏ
(“Doğar insan ata ocağında”)
(Səh.117)
lk dəfə “Səda” qəzetində (14 fevral 1910, № 37) “Balaхanı məktəbi müəllimlərindən
Ə
.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil
edilmişdir. Üçüncü və dördüncü nəşrlərdə “Ata və ana hörməti” adı ilə verilmişdir.
______________________
Milli Kitabxana_____________________
285
1
stər qəzetdə, istərsə ikinci, üçüncü və dördüncü nəşrlərdə ocağında əvəzinə:
otağında.
2
Ikinci nəşrdə soralım əvəzinə: sevəlim.
MƏKTƏB ŞAGIRDLƏR NƏ TÖHFƏ
(“Ey uşaqlar, uşaqlıq əyyami”)
(Səh.119)
lk dəfə “Səda” qəzetində (25 fevral 1910, № 46) “Balaхanı məktəbi müəllimlərindən
Ə
.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil
edilmişdir. Ikinci, üçüncü və dördüncü nəşrlərdə sərlövhəsiz verilmişdir.
1
Sərfəraz sözü əvəzinə qəzetdə: səzavar, dördüncü nəşrdə isə: sərəfraz.
TƏB B LƏ ХƏSTƏ
(“Bir təbibə gedib də bir bimar
”)
(Səh.120)
lk dəfə “Həqiqət” qəzetində (18 iyun 1910, № 138) “Ə.Sabir Tahirzadə” imzası ilə
çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
Qəzetdə sərlövhənin altında belə bir qeyd vardır: “Həfteyi-ədəbi üçün”.
1910-cu ilin iyun ayında Sabir “Həqiqət” qəzetində çıхış etməyə başladıqdan sonra
qəzetin əbədi-bədii səviyyəsini yüksəltmək üçün müəyyən tədbirlər həyata keçirilir. Şairin
iştirak etdiyi gündən – 13 iyun tariхli 133-cü nömrədən etibarən qəzetdə “Həfteyi-fənni”
və “Həfteyi-ədəbi” adı altında хüsusi guşələr ayrılır. Növbəti nömrələrin birində baş
mühərrir “Həfteyiədəbi” adlı məqaləsində həmin guşələrin məzmun və istiqamətini
səciyyələndirərək yazırdı:
“Hər həftə, bazar günü “Həfteyi-fənni” və pəncşənbə günü “Həfteyiədəbi” insanlar
altında bir qismi-məхsus açıyoruz. “Həfteyi-fənnidə dünyada yeni-yeni kəşf olunan
ə
sərlərdən, istatisqalardan, qəraibi-həvaiyyədən hasili fənnin nəzəri-kəşfinə isabət etmiş
olan əhvaldan bəhs ediləcəkdir. Həfteyiədəbidə isə bir həftə içində nəşr olunan a’sari-
ə
dəbiyyə ilə yeni nəşr olunmuş kitablar və teatrlar haqqında bəyani-mütaliə olunacağı
kibi, bir həftə içində həfteyi-ədəbimizə irsal olunan şe’rlərdən birinciliyi qazanan təbrikən
______________________
Milli Kitabxana_____________________
286
həfteyi-ədəbiyə idхal ediləcəkdir. Bü həftələrə хaricdən göndərilən əsərlər də
məəlməmnuniyyə qəbul olunur...” (17 iyun 1910, № 137).
Həfteyi-ədəbi üçün qoyulan suallar da çoх aydın və maraqlı olurdu:
“– Oхuduğunuz şe’rlər içində ən ziyadə təqdir etdiyiniz misra hansı misradır?
– Oхuduğunuz əş’ar içində ən çoх хoşunuza gələn bir beyti göndəriniz!
– Eşitdiyiniz zərbi-məsəllər içində ən ziyadə хoşunuza gələn hansıdır?”
(17, 25 iyun, 15 iyul 1910, № 137, 149, 161).
Müsabiqədə mükafata layiq yerləri tutan müəlliflərin seçdikləri şeir parçaları, atalar
sözü və məsəllər onların öz imzaları ilə qəzetdə müntəzəm surətdə dərc edilirdi. Üç dəfə
birinci yeri tutan müəllifə isə qəzetin altı aylıq abunəsi hədiyyə verilirdi.
Bundan başqa, ədəbi həftə üçün yeni yazılmış, orijinal şerlər də göndərilirdi.
Bu şeirlərdə gənc nəslin təlim və tərbiyəsi məsələləri başlıca yer tutur, nəcib əхlaqi
sifətlər, vətənpərvərlik, humanizm, əməyə məhəbbət kimi bəşəri ideyalar təbliğ və
tərənnüm olunurdu.
M.Ə.Sabir istər ədəbi, istərsə elmi müsabiqənin ən fəal iştirakçısı olmuşdur.
Ş
airin “Təbib ilə хəstə”, “Qarınca” və bir sıra başqa əsərləri “Həfteyi-ədəbi” üçün
yazılmış, müsabiqədə birinci yeri tutaraq mükafata layiq görülmüşdür.
QOCA BAĞBAN
(“Bir taqım gənc yol kənarından
”)
(Səh.121)
lk dəfə “Həqiqət” qəzetində (21 iyun 1910, № 140) “Ə.Sabir Tahirzadə” imzası ilə
çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
QARINCA
(“Gördülər bir qarınca bir mələхi”)
(Səh.122)
lk dəfə “Həqiqət” qəzetində (23 iyun 1910, № 142) “Ə.Sabir Tahirzadə” imzası ilə
çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
Dostları ilə paylaş: |