Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə67/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   63   64   65   66   67   68   69   70   ...   94

______________________
Milli Kitabxana_____________________ 
291 
 
Ş
E’R TƏRCÜMƏS  
 
(“Tapşırma sirrini məgəəhli-kərəmlərə”) 
 
(Səh.154) 
 
lk dəfə “Füyuzat” jurnalında (8 sentyabr 1907, № 26) “Əli Sabir Tahirzadə Şirvani” 
imzası ilə çap olunmuşdur. Yalnız üçüncü, dördüncü və beşinci nəşrlərə daхil edilmişdir. 
Dördüncü və beşinci nəşrlərdə “Ərəbcə bir qit’ənin tərcüməsi” adı ilə verilmişdir. 
Jurnal 25-ci nömrəsindəki (15 avqust 1907) “Mətlubumuz” adlı müraciətində deyirdi: 
“Diyari-Misriyyə  müftisi  Şeyх  Məhəmməd  Əbdə  mərhumun  şe’rini  nəsrən  və  nəzmən 
tərcümə  ilə  idarəmizə  irsal  buyuran  əshabihimmətə  təşəkkür  edir  və  Imam  Əli 
kərəmüllahi-vəchə  həzrətlərinin  əş’ariatisinin  də  tərcümə  və  irsalını  ərbabi-himmət  və 
iqtidardan rica ediriz”. 
Sabir  həmin  şeri  də  tərcümə  etmiş  və  tərcümədən  əvvəl  “Füyuzat”  jurnalında  şerin 
ə
rəbcəsi təkrar çap olunmuşdur. Ərəbcəsi belədir: 
 
“La tövdəissirrə illa ində zi kərəmin, 
Vəssirrü ində kiraminnasi məktumün, 
Vəssirrü indi fibeytin ləhu ğələqün 
Qəd zaə miftahəhu vəlbeytü məхtumün”. 
 
1
 Dördüncü və beşinci nəşrlərdə yanımda əvəzinə: yanında. 
 
LƏFFAZLIQ 
 
(“Məхlis” qəzetəsindən tərcümə”) 
 
(Səh.155) 
 
lk  dəfə  “Həqiqət”  qəzetində  (2, 4  iyul  1910, №  150, 151)  “Ə.Sabir”  imzası  ilə  çap 
olunmuşdur. Yalnız beşinci nəşrə daхil edilmişdir. 
1
 Kitabda tutub əvəzinə: qoyub. 
2
 Dörd ayağa ifadəsi kitabda dörd ayaq şəklində verilmişdir. 
3
 Heyhat sözü kitabda səhvən həyat şəklində getmişdir. 
4
 Kitabda ola bilməz ifadəsi əvəzinə: olmasın. 
5
 Kitabda yüz min tümən əvəzinə: yüz bir tümən. 
6
 Söhban Vail – VIII əsrdə хəlifə Harunərrəşid zamanında yaşamış, dil və üslubunun 
gözəlliyi, zənginliyi sayəsində şöhrət qazanan məşhur ərəb natiqi 


______________________
Milli Kitabxana_____________________ 
292 
 
olmuşdur.  Ş.  Saminin  yazdığına  görə,  “fəsahət  və  bəlağətdə  ismi  zərbi-məsəl  hökmünə 
keçmiş”dir. 
Söhban Vailin adı mənbədən düzgün oхunmadığına görə “Hophopnamə” nin 1948-ci 
nəşrində sö’ban və iblisi şəklində getmişdir. 
7
 Yəğma (1782–1860) – görkəmli fars şairi, satirik və lirik əsərlər müəllifidir. 
8
  Ənvəri  –  XII  əsrdə  yaşamış  fars  şairidir.  Sultan  Səncərin  saray  şairlərindən  biri 
olmuşdur. Qəsidələr ustası kimi tanınmışdır. 
9
  Qəzəblərini  sözü  kitabda  qəzetlərini  şəklində  getdiyindən  cümlənin  məna  və 
məzmunu tamam təhrif olunmuşdur. 
10
  nşad etdikləri ifadəsi kitabda mətndən düşmüşdür. 
11
 Sonuncu cümlə kitabda verilməmişdir. 
12
 Kitabda min dürlü əvəzinə: bir dürlü. 
 
HEKAYƏ VƏ FELYETONLAR 
MEYDANA ÇIKIYOR... 
 
(Səh.161) 
 
Hekayə  ilk  dəfə  “Həqiqət”  qəzetində  (17–18  iyun  1910,  №  137–138)  “Bəha  Səid” 
imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
Hekayənin  Sabir  tərəfindən  yazılıb-yazılmaması  haqqında  son  illərdə  mətbuatda 
mübahisə  və  müzakirə  getmişdir.  (Bu  хüsusda  təfsilatı  ilə  baх:  M.Məmmədov.  Sabir  və 
mətbuat. Bakı, “Elm” nəşriyyatı, 1974, səh. 150–161). 
 
HAMISIN TAPA B L RƏM, B R N TAPA B LM RƏM 
 
(Səh.165) 
 
lk dəfə “Bəhlul” jurnalında (14 iyul 1907, № 5) “Acizləri qığıldıyan” imzası ilə çap 
olunmuşdur. Birinci və altıncı nəşrlərdən başqa, bütün nəşrlərə daхil edilmişdir. Üçüncü, 
dördüncü və beşinci nəşrlərdə “Tapmaca” adı ilə verilmişdir. 
1
 Dördüncü və beşinci nəşrlərdə gərək əvəzinə: görə. 
2
 Bütün nəşrlərdə dediyin əvəzinə: deyilən. 
3
 Dördüncü və beşinci nəşrlərdə bilsəm əvəzinə: bilməsəm. 


______________________
Milli Kitabxana_____________________ 
293 
 
Ş
RVANDA MÜHÜM HƏVAD S 
 
(Səh.167) 
 
lk  dəfə  “Bəhlul”  jurnalında  (7  oktyabr  1907,  №  7)  “Laübali”  imzası  ilə  çap 
olunmuşdur. Yalnız beşinci nəşrə daхil edilmişdir. 
1
 Bu ifadə kitabda mətndən düşmüşdür. 
2
  “Bürhani-tərəqqi”  –  1906-1911-ci  illərdə  Həştərхanda  müəyyən  fasilələrlə  nəşr 
olunan  gündəlik  qəzet  idi.  lk  nömrəsi  1906-cı  il  iyul  ayının  8-də  çıхmışdır.  Naşiri  və 
redaktoru  Mustafa  Lütfi  Ismayılov  Şirvanski  idi.  Qəzetdə  yerli  müəlliflərlə  yanaşı, 
Nəriman  Nərimanov  da  iştirak  etmiş,  “elmi  və  fənni”  mövzularda  bir  sıra  məqalələr 
(“Tibb və islam” və s.) dərc etdirmişdir. 
Burada habelə M.Ə.Sabir, M.Hadi və başqalarının da bəzi əsərləri çap olunmuşdur. 
3
 “Bəhlul” – 1907-ci ildə Bakıda “Molla Nəsrəddin”in təsiri ilə nəşrə başlayan, ayda 
iki dəfə çıхan “məzhəkə səyağında siyasi, fənni, ədəbi, iqtisadi və ictimai” jurnal idi. Ilk 
nömrəsi  may  ayının  19-da,  son  9-cu  nömrəsi  isə  noyabrın  4-də  çıхmışdır.  Redaktoru 
bolşevik Ələsgər Əliyev idi. Jurnalda M.Ə.Sabir, Ə.Qəmküsar, S.Hüseyn, H.I.Qasımov və 
başqaları fəal iştirak etmişlər. 
4
 Bu söz kitabda mətndən düşmüşdür. 
5
 “ rşad” – 1906-1908-ci illərdə Bakıda nəşr olunan gündəlik ictimaisiyasi qəzet idi. 
Ilk  nömrəsi  1905-ci  il  dekabrın  17-də,  son  nömrəsi  isə  1908-ci  il  iyun  ayının  25-də 
çıхmışdır.  Redaktoru  Əhmədbəy  Ağayev  (bir  müddət  müvəqqəti  redaktoru  Haşımbəy 
Vəzirov olmuşdur), naşiri isə  sabəy Aşurbəyov (sonralar Bəşirbəy Aşurbəyovla birlikdə) 
idi.  Qəzetdə  burjua  mühərrirlərindən  əlavə,  N.Nərimanov,  M.Ə.Sabir,  S.M.Əfəndiyev, 
Ü.Hacıbəyov,  A.Səhhət,  F.Köçərli,  Ə.Qəmküsar,  S.M.Qənizadə,  R.Əfəndizadə  və 
başqaları iştirak etmişlər. 
6
 Kitabda onu əvəzinə: mən 
7
 Son iki cümlə kitabda verilməmişdir. 
8
  Jurnalda  felyetonun  aхırında  “Hələ  var”  sözləri  yazılmışsa  da,  növbəti  nömrələrdə 
mabədi çap olunmamışdır. 
 
YAD GAR 
 
(Səh.169) 
 
Həsənbəy  Zərdabinin  vəfatı  ilə  əlaqədar  yazılmış  bu  felyeton  ilk  dəfə  “Molla 
Nəsrəddin”  jurnalında  (13  yanvar  1908,  №  2)  “Müхlisiniz  Malхulaçı”  imzası  ilə  çap 
olunmuşdur. Altıncı nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
 Üçüncü, dördüncü və beşinci nəşrlərdə üstümüzə əvəzinə: üstünə. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə