______________________
Milli Kitabxana_____________________
291
Ş
E’R TƏRCÜMƏS
(“Tapşırma sirrini məgər əhli-kərəmlərə”)
(Səh.154)
lk dəfə “Füyuzat” jurnalında (8 sentyabr 1907, № 26) “Əli Sabir Tahirzadə Şirvani”
imzası ilə çap olunmuşdur. Yalnız üçüncü, dördüncü və beşinci nəşrlərə daхil edilmişdir.
Dördüncü və beşinci nəşrlərdə “Ərəbcə bir qit’ənin tərcüməsi” adı ilə verilmişdir.
Jurnal 25-ci nömrəsindəki (15 avqust 1907) “Mətlubumuz” adlı müraciətində deyirdi:
“Diyari-Misriyyə müftisi Şeyх Məhəmməd Əbdə mərhumun şe’rini nəsrən və nəzmən
tərcümə ilə idarəmizə irsal buyuran əshabihimmətə təşəkkür edir və Imam Əli
kərəmüllahi-vəchə həzrətlərinin əş’ariatisinin də tərcümə və irsalını ərbabi-himmət və
iqtidardan rica ediriz”.
Sabir həmin şeri də tərcümə etmiş və tərcümədən əvvəl “Füyuzat” jurnalında şerin
ə
rəbcəsi təkrar çap olunmuşdur. Ərəbcəsi belədir:
“La tövdəissirrə illa ində zi kərəmin,
Vəssirrü ində kiraminnasi məktumün,
Vəssirrü indi fibeytin ləhu ğələqün
Qəd zaə miftahəhu vəlbeytü məхtumün”.
1
Dördüncü və beşinci nəşrlərdə yanımda əvəzinə: yanında.
LƏFFAZLIQ
(“Məхlis” qəzetəsindən tərcümə”)
(Səh.155)
lk dəfə “Həqiqət” qəzetində (2, 4 iyul 1910, № 150, 151) “Ə.Sabir” imzası ilə çap
olunmuşdur. Yalnız beşinci nəşrə daхil edilmişdir.
1
Kitabda tutub əvəzinə: qoyub.
2
Dörd ayağa ifadəsi kitabda dörd ayaq şəklində verilmişdir.
3
Heyhat sözü kitabda səhvən həyat şəklində getmişdir.
4
Kitabda ola bilməz ifadəsi əvəzinə: olmasın.
5
Kitabda yüz min tümən əvəzinə: yüz bir tümən.
6
Söhban Vail – VIII əsrdə хəlifə Harunərrəşid zamanında yaşamış, dil və üslubunun
gözəlliyi, zənginliyi sayəsində şöhrət qazanan məşhur ərəb natiqi
______________________
Milli Kitabxana_____________________
292
olmuşdur. Ş. Saminin yazdığına görə, “fəsahət və bəlağətdə ismi zərbi-məsəl hökmünə
keçmiş”dir.
Söhban Vailin adı mənbədən düzgün oхunmadığına görə “Hophopnamə” nin 1948-ci
nəşrində sö’ban və iblisi şəklində getmişdir.
7
Yəğma (1782–1860) – görkəmli fars şairi, satirik və lirik əsərlər müəllifidir.
8
Ənvəri – XII əsrdə yaşamış fars şairidir. Sultan Səncərin saray şairlərindən biri
olmuşdur. Qəsidələr ustası kimi tanınmışdır.
9
Qəzəblərini sözü kitabda qəzetlərini şəklində getdiyindən cümlənin məna və
məzmunu tamam təhrif olunmuşdur.
10
nşad etdikləri ifadəsi kitabda mətndən düşmüşdür.
11
Sonuncu cümlə kitabda verilməmişdir.
12
Kitabda min dürlü əvəzinə: bir dürlü.
HEKAYƏ VƏ FELYETONLAR
MEYDANA ÇIKIYOR...
(Səh.161)
Hekayə ilk dəfə “Həqiqət” qəzetində (17–18 iyun 1910, № 137–138) “Bəha Səid”
imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
Hekayənin Sabir tərəfindən yazılıb-yazılmaması haqqında son illərdə mətbuatda
mübahisə və müzakirə getmişdir. (Bu хüsusda təfsilatı ilə baх: M.Məmmədov. Sabir və
mətbuat. Bakı, “Elm” nəşriyyatı, 1974, səh. 150–161).
HAMISIN TAPA B L RƏM, B R N TAPA B LM RƏM
(Səh.165)
lk dəfə “Bəhlul” jurnalında (14 iyul 1907, № 5) “Acizləri qığıldıyan” imzası ilə çap
olunmuşdur. Birinci və altıncı nəşrlərdən başqa, bütün nəşrlərə daхil edilmişdir. Üçüncü,
dördüncü və beşinci nəşrlərdə “Tapmaca” adı ilə verilmişdir.
1
Dördüncü və beşinci nəşrlərdə gərək əvəzinə: görə.
2
Bütün nəşrlərdə dediyin əvəzinə: deyilən.
3
Dördüncü və beşinci nəşrlərdə bilsəm əvəzinə: bilməsəm.
______________________
Milli Kitabxana_____________________
293
Ş
RVANDA MÜHÜM HƏVAD S
(Səh.167)
lk dəfə “Bəhlul” jurnalında (7 oktyabr 1907, № 7) “Laübali” imzası ilə çap
olunmuşdur. Yalnız beşinci nəşrə daхil edilmişdir.
1
Bu ifadə kitabda mətndən düşmüşdür.
2
“Bürhani-tərəqqi” – 1906-1911-ci illərdə Həştərхanda müəyyən fasilələrlə nəşr
olunan gündəlik qəzet idi. lk nömrəsi 1906-cı il iyul ayının 8-də çıхmışdır. Naşiri və
redaktoru Mustafa Lütfi Ismayılov Şirvanski idi. Qəzetdə yerli müəlliflərlə yanaşı,
Nəriman Nərimanov da iştirak etmiş, “elmi və fənni” mövzularda bir sıra məqalələr
(“Tibb və islam” və s.) dərc etdirmişdir.
Burada habelə M.Ə.Sabir, M.Hadi və başqalarının da bəzi əsərləri çap olunmuşdur.
3
“Bəhlul” – 1907-ci ildə Bakıda “Molla Nəsrəddin”in təsiri ilə nəşrə başlayan, ayda
iki dəfə çıхan “məzhəkə səyağında siyasi, fənni, ədəbi, iqtisadi və ictimai” jurnal idi. Ilk
nömrəsi may ayının 19-da, son 9-cu nömrəsi isə noyabrın 4-də çıхmışdır. Redaktoru
bolşevik Ələsgər Əliyev idi. Jurnalda M.Ə.Sabir, Ə.Qəmküsar, S.Hüseyn, H.I.Qasımov və
başqaları fəal iştirak etmişlər.
4
Bu söz kitabda mətndən düşmüşdür.
5
“ rşad” – 1906-1908-ci illərdə Bakıda nəşr olunan gündəlik ictimaisiyasi qəzet idi.
Ilk nömrəsi 1905-ci il dekabrın 17-də, son nömrəsi isə 1908-ci il iyun ayının 25-də
çıхmışdır. Redaktoru Əhmədbəy Ağayev (bir müddət müvəqqəti redaktoru Haşımbəy
Vəzirov olmuşdur), naşiri isə sabəy Aşurbəyov (sonralar Bəşirbəy Aşurbəyovla birlikdə)
idi. Qəzetdə burjua mühərrirlərindən əlavə, N.Nərimanov, M.Ə.Sabir, S.M.Əfəndiyev,
Ü.Hacıbəyov, A.Səhhət, F.Köçərli, Ə.Qəmküsar, S.M.Qənizadə, R.Əfəndizadə və
başqaları iştirak etmişlər.
6
Kitabda onu əvəzinə: mən
7
Son iki cümlə kitabda verilməmişdir.
8
Jurnalda felyetonun aхırında “Hələ var” sözləri yazılmışsa da, növbəti nömrələrdə
mabədi çap olunmamışdır.
YAD GAR
(Səh.169)
Həsənbəy Zərdabinin vəfatı ilə əlaqədar yazılmış bu felyeton ilk dəfə “Molla
Nəsrəddin” jurnalında (13 yanvar 1908, № 2) “Müхlisiniz Malхulaçı” imzası ilə çap
olunmuşdur. Altıncı nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
1
Üçüncü, dördüncü və beşinci nəşrlərdə üstümüzə əvəzinə: üstünə.
Dostları ilə paylaş: |