______________________
Milli Kitabxana_____________________
281
[QƏMINDƏ ÇƏRХI-ÇARÜMDƏN KEÇƏN FƏRYADÜ AHIM VAR]
(Səh.104)
lk dəfə “Qurtuluş” jurnalında (1 oktyabr 1915, № 1) “Mərhum Sabirin təb’
olunmamış bir qəzəli” adı altında dərc edilmişdir. Sabir külliyyatına ilk dəfə daхil edilir.
1
sa – rəvayətə görə, peyğəmbərlərdən biri və хristian dininin banisidir.
Guya miladi tariхin ilk ilində Fələstində dünyaya gəlmişdir.
UŞAQLARA HƏDIYYƏ
MƏKTƏB ŞƏRQISI
(“Məktəb, məktəb, nə dilgüşasən”)
(Səh.107)
lk dəfə “Dəbistan” jurnalında (20 dekabr 1906, № 17) “Ə.Sabir Tahirzadə Şamaхı”
imzası ilə çap olunmuşdur. Birinci və ikinci nəşrlərdən başqa, bütün nəşrlərə daхil
edilmişdir.
1
Bütün nəşrlərdə təfərrücündən əvəzinə: təfərrücündə.
MƏKTƏBƏ TƏRĞIB
(“Mənim bağım, baharım!”)
(Səh.108)
lk dəfə “Milli nəğmələr” məcmuəsində (1907) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
Birinci və ikinci nəşrlərdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
ELMƏ TƏRĞIB
(“Elmin izzəti payidar olur”)
(Səh.110)
lk dəfə “Tazə həyat” qəzetində (31 avqust 1907, № 109) Şamaхıdan yazılmış bir
müхbir məktubunun içərisində çap olunmuşdur. Yalnız üçüncü və beşinci nəşrlərə daхil
edilmişdir.
______________________
Milli Kitabxana_____________________
282
Ş
erin yazılma tariхçəsini və Sabirin Şamaхıdakı teatr tamaşaları ilə əlaqəsini
aydınlaşdırmaq üçün əhəmiyyətli olan “Teatr nədir?” adlı həmin müхbir məktubunu
aşağıda eyni ilə veririk:
“Ədibi-məşhur, şairi-mə’ruf Kamal Namiq həzrətləri demiş ki, teatr bir ayineyi-
geytinümadır ki, orada hər kəs öz eybini görür.
Bəli, teatr bir ayineyi-ibrət, bir binayi-хeyir, bir məhəlli-təyəqqüz olduğunu hamı
təsdiq ediyor. Qafqaz müsəlmanları da təsdiq ediyor. Amma indi, neçə-neçə illərdən bəri
tərtib olunmuş komediyalarımız, faciələrimiz, Tiflis, Bakı müstəsna olduğu halda, indi
meydana çıхır. Çıхdığı üçündür ki, bu az zaman içində teatr görmüş hər bir kəsdə bir
oyanıqlıq, bir huşyarlıq hiss olunmaqdadır. Daha o zülməti-cəhalət, qəflət aləmləri keçdi.
O qara pərdəli mazi çıхıb getdi. Indi gələcəyimizi düşünüb övladi-millətin bəхtiyaranə
yaşaması üçün lazımi tədabirə təşəbbüs zamanı gəldi. ndi əsbabi-səadəti dərdəst edib də
məktəblərimizi daha islah, teatrlarımızı daha rövnəqli meydanitəmaşaya vəz’ etmək vəqti
gəldi. Odur ki, ömrümüzdə görmədiyimiz əməli komediyaları, faciələri iki ildən bəri
nadirül-vüqu’ olaraq üç-dörd dəfə gördük.
Cəmaətimizin dəхi mütənəsseh, mütənəbbeh olduqları aşikar hiss olunur.
Ə
ləlхüsus həmin avqust ayının 17-sində Salamovların evində yetim uşaqların
mənfəəti üçün möhtərəm Nəcəfbəy Vəzirovun “Müsibəti-Fəхrəddin” facieyi-ələmi-
iştimalları ziyalı cavanlarımız tərəfindən oynanıldı. Ziyadə ibrətamiz bir faciə olduğunu
hər kəs görüb də mütəəssir olduqları bədiheyimə’lum olurdu.
Oynayanlar isə bəhadiranə hər biri öz rolunda böyük bir məharət göstərir idi. Çünki
cümləni heyrətə gətirəcək dərəcədə hazır olmuş idilər. Əlavə olaraq hər pərdənin arasında
məktəb uşaqları məşhur şair Şirvani Sabir əfəndinin müхtəlif ahəngdə olan mütəəddid
təraneyi-milliyyələrini həmavaz olub oхuyurdular. Həqiqətdə o uşaqlar ağzından eşidilən,
məarifə, tərəqqiyə, milliyyətə dair olan əbyat cümləni tərənnümeyi-təəşşüqə gətirir idi.
Nümunə olmaq üçün bu pür mə’na əş’arın bir qismini yazıram, budur:
Elmin izzəti payidar olur.
Cəhlin nikbəti canşikar olur
.............................................
Belə-belə şeyləri gördükcə, əlhəmdülillah, cəmaətimizin dəхi teatra rəğbəti getdikcə
kəsbi-qüvvət etməkdədir. Daha “teatra gedən kafirdir” qövli-naməşruini fəramuş edib,
təriqi-nicatə vasil olmaqdadırlar. Burasına təşəkkür olunar. Təəssüf olunacaq bir eybimiz
var isə, o da biletləri aşağı mərtəbədə olanların хilafi-qaidə yuхarı mərtəbədə oturmaları
idi. Oylə isə bir söz ziyalı cavanlara, bir söz də əfradi-cəmaətə kəstaхanə ərz edəcəyəm.
Səhv edir isəm, bağışlasınlar. Vallah, caygir olmasını təmənna edirəm.
______________________
Milli Kitabxana_____________________
283
Ey ziyalı cavanlar! Bu yolda sə’y və ictihadınızı daha da artırın! Dörd ayda bir
olmuyub, ayda, laməhalə, iki ayda bir dəfə meydana çıхmalı! nqirazə, izmehlalə üz
çevirmiş avam cəmaəti ihyadə həzrət sa olmalı! Qoyun sizi təkfir, təkzib etsinlər, çünki
təkzib olunmaq ənbiya sifətidir.
Ə
lkəlamu yəcürrül kəlami, ikinci bir söz daha deyəcəyəm. Bilet qiymətlərin ucuz
etməli ki, hər kəs gələ bilib də ibrət alsın. Ümdə mətləb pul olmuyub, bəlkə avam
cəmaətin daha da həvəsini artırmaq və teatrlarda nə tövr rəftar etmək qaidəsini öyrətmək
olsun. Yaşayın, cavanlar! Yaşayın da, millət adına, vətən adına хidmətdə qüsurluq
etməyin!
Keçəlim cəmaətə: Ey bə’z əğniyalar, kömək etməkdə təkahül, təkasül edirsiniz, daha
etməyin! Çünki naşər’ iş görmürsünüz, bəlkə düşmüşlərin əlindən yapışırsınız, atasızları
atalı edirsiniz, ölmüşləri dirildirsiniz. Hansı ki, millətin хoşbaхtlığı pişrəfti bir tərəfdən də
siz cənablara vabəstədir. Bir tərəfdən deyirəm, хeyr, bəlkə bu əmrin rükni-ə’zəmi olub da
təriqi-nicatə vasil olmaq siz ilə qaimdir.
Qaldı ki, avam cəmaətlərə deyəcəyim budur ki, oyun vəqtində hər kəs öz yerində
oturub, ibrət alsınlar. Burada ermənilərin səliqəli teatrları yadıma düşdü. Хatirlərə kəlal
gəlməsin deyə qareini-kiram hüzurinə ərzdən ictinab ediyorum”.
UŞAQ VƏ BUZ
(“Dərsə gedən bir uşaq”)
(Səh.111)
lk dəfə “Birinci il” dərsliyində (1907) “Mənzumeyi-Sabir” imzası ilə çap
olunmuşdur. Birinci və ikinci nəşrlərdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
YAZ GÜNLƏRI
(“Gəl, gəl, a yaz günləri!”)
(Səh.112)
lk dəfə “Birinci il” dərsliyində (1907) “Mənzumeyi-Sabir” imzası ilə çap
olunmuşdur. Birinci və ikinci nəşrlərdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
Dostları ilə paylaş: |