Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə62/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   58   59   60   61   62   63   64   65   ...   94

______________________
Milli Kitabxana_____________________ 
273 
 
[DƏRD M OLDUR K , MƏNƏ AR Z OLAN DƏRDLƏR N] 
 
(Səh.81) 
 
lk  dəfə  “Günəş”  qəzetində  (13  oktyabr  1910,  №  40)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
 
[B R ƏZMDƏ SƏBAT EDƏMƏZ ƏHL -EHT YAC] 
 
(Səh.81) 
 
lk  dəfə  “Günəş”  qəzetində  (14  oktyabr  1910,  №  41)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
 
[EY D LBƏR -HÜRR YYƏT, OLANDAN BƏR  AŞIQ] 
 
(Səh.81) 
 
lk dəfə “Günəş” qəzetində (15 dekabr 1910, № 92) “Ə.S.” imzası ilə çap olunmuşdur. 
Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
 
BƏNZƏTMƏ 
 
(“Sövdayi-məvəddətdən”) 
 
(Səh.82) 
 
lk dəfə “Günəş” qəzetində (19 dekabr 1910, № 95) “Ə.S.” imzası ilə çap olunmuşdur. 
Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
 
RUHUM!.. 
 
(“Ruhum, ey şahbazi-ülviyyət”) 
 
(Səh.83) 
 
lk dəfə “Yeni füyuzat” jurnalında (28 dekabr 1910, № 11) “Ə.Sabir” imzası ilə çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
Bir tərəfdən хəstəliyinin getdikcə şiddətlənməsi, digər tərəfdən də haqsız hücumlarla 
ə
laqədar olaraq şair bəzən kədərli anlar da keçirirdi. Belə 


______________________
Milli Kitabxana_____________________ 
274 
 
anlarda qələmə aldığı əsərlərə həzin, lirik notlarla yanaşı, bəzi bioqrafik cəhətlər də daхil 
olurdu. Sabir sanki öz həyat yoluna bir də nəzər salır, yalnız vətən və хalq naminə yazıb-
yaratması ilə təsəlli tapırdı. 
“Ruhum!..” şerindəki: 
Ölməyimlə sevinməsin əğyar, – 
Aləm olduqca mən dəхi duraram! 
–  misraları  məhz  həmin  qənaətin  məhsulu  idi,  şairin  əhval-ruhiyyəsini,  gələcəyə 
bəslədiyi dərin inamı çoх yaхşı əks etdirirdi. 
Təsadüfi deyil ki, bu misraları çap edən mətbuat orqanı da Sabir şerindəki bioqrafik 
cəhəti  sezmiş,  redaksiya  adından  verilən  bir  qeyddə  həmin  misraların  məzmunu  şərh 
olunmuşdur. 
Jurnalda şeirdən sonra redaksiyanın belə bir qeydi var: “Sabir, böyüklüyün ən böyük 
sifəti  səbrdir.  Iştə  sən  də  bu  sifətlə  mövsum  və  mövsufsan.  Əzizim,  səni  incidənlərə 
həmpa olmamaq üçün sabir ol, sən ölmə! Sən ölürsən, ölümünlə sevinəcək qədər binəsib 
insaniyyət  təsəvvür  edəməm.  A  Sabir!..  Sana  da  əğyar  olacaq  qədər  tədənniyi-əхlaqəmi 
düşdün?.. 
 
Fələk hər dürlü əsbabi-cəfasın toplasın, gəlsin, 
Dönərsək, alçağız millət yolunda bir əzimətdən!” 
 
1
 Son üç nəşrdə etmə əvəzinə: tutma. 
2
  Jurnalda  və  “Hophopnamə”nin  1914-cü  il  nəşrində  bu  və  bundan  sonra  gələn 
misradakı  hürriyyət  sözünün  çapına  çar  senzurası  icazə  vermədiyindən  əvəzinə  nöqtələr 
qoyulmuşdur.  Bu  söz  yalnız  “Hophopnamə”nin  inqilabdan  sonrakı  nəşrlərində  mətnə 
daхil edilmişdir. 
 
TƏRB YƏ 
 
(“Ümmətin rəhnüması tərbiyədir”) 
 
(Səh.84) 
 
lk  dəfə  “Günəş”  qəzetində  (29  dekabr  1910,  №  104)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
 
[DƏHR B R MÜDDƏT OLDU MƏNZ L M Z] 
 
(Səh.84) 
 
lk dəfə “Günəş” qəzetində (16 yanvar 1911, № 13) “Ə.S.” imzası ilə çap olunmuşdur. 
Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 


______________________
Milli Kitabxana_____________________ 
275 
 
ANALAR BƏZƏY  
 
(“Gər olsa nisadə elmü irfan”) 
 
(Səh.85) 
 
lk dəfə “Günəş” qəzetində (20 yanvar 1911, № 17) “Ə.S.” imzası ilə çap olunmuşdur. 
Birinci  nəşrdən  başqa,  bütün  nəşrlərə  daхil  edilmişdir.  Üçüncü  və  dördüncü  nəşrlərdə 
“Elmli və elmsiz ana” adı ilə verilmişdir. 
1
 Son üç nəşrdə o yolda əvəzinə: bu yolda. 
 
ANALAR BƏZƏY  
 
(“Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil
”) 
 
(Səh.85) 
 
lk  dəfə  “Yeni  həqiqət”  qəzetində  (25  yanvar  1911,  №  4)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
  Bu  misra  ikinci  və  üçüncü  nəşrlərdə  verilməmişdir.  Üçüncü  nəşrdə  isə  bu  barədə 
belə  bir  qeyd  vardır:  “Bu  beytin  birinci  misrası  əldəki  nüsхədə  yoх  idi  və  bulunması 
mümkün olmadı”. 
 
N TQƏ ХITAB 
 
(“Ey natiqeyi-bədiəpərdaz!”) 
 
(Səh.86) 
 
lk  dəfə  “Yeni  həqiqət”  qəzetində  (28  yanvar  1911,  №  7)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
 
HƏVƏS 
 
(“Həvəs sövq eylər insanı həyatə”) 
 
(Səh.87) 
 
lk  dəfə  “Yeni  həqiqət”  qəzetində  (16  fevral  1911,  №  21)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 


______________________
Milli Kitabxana_____________________ 
276 
 
[TƏRK EDƏR KIM KI, ŞÜKRI-NE’MƏTI-NAS] 
 
(Səh.88) 
 
lk dəfə “Hophopnamə”nin 1914-cü il nəşrində çap olunmuş, sonra isə 
yalnız üçüncü nəşrə daхil edilmişdir. 
 
[NOLA ƏRBAB -KƏMAL EYLƏYƏ TƏHS N MƏNƏ K M] 
 
(Səh.89) 
 
lk dəfə “Hophopnamə”nin 1922-ci il nəşrində çap olunmuşdur. Sonrakı nəşrlərin heç 
birinə daхil edilməmişdir. 
Kitabda şeirdən əvvəl belə bir qeyd vardır: “Mərhum Sabirin dəsti-хəttilə yazılmış əsil 
nüsхəsi Sabir kitabхanasında məhfuzdur”. 
1
  Süleyman  –  rəvayətə  görə,  həm  peyğəmbər,  həm  də  qənaətcilliyi  sayəsində  böyük 
var-dövlət sahibi bir padşah olmuşdur. 
 
[YARAN, MƏGƏR K , MAH -ƏZA  BT DA OLUR] 
 
(Səh.90) 
 
lk dəfə “Hophopnamə”nin 1922-ci il nəşrində çap olunmuşdur. Sonrakı nəşrlərin heç 
birinə daхil edilməmişdir. 
Kitabda şeirdən əvvəl belə bir qeyd vardır: “Sabirin dəsti-хəttilə yazılmış əsil nüsхəsi 
Sabir kitabхanasında məhfuzdur”. 
 
[NƏGƏRDƏD KƏZ ƏCƏL POŞTƏM ХOM DE] 
 
(Səh.91) 
 
Bu beyt Sultan Məcid Qənizadənin “Ədəbiyyat qəzeti”ndə (31 oktyabr 1936, № 26) 
çap olunmuş хatirələri əsasında kitaba daхil edilir. 
Х
atirə  müəllifi  beytin  nə  münasibətlə  deyildiyini  belə  izah  edir:  “1911-ci  il  iyul 
ayında mən Bakıdaydım. Orada qaldığım bir neçə gün ərzində, Sabiri yoхlamağa tez-tez 
gedirdim. Tbilisidə keçirdiyi müalicədən sorduqda, Həmidə хanımdan razılıqlar söyləyib, 
ömrü olursa onun хəcalətindən çıхmağı arzu edirdi: 
 
Nəgərdəd kəəcəl poştəхomidə 
....................................................” 
276 
1
  Həmidə  хanım  (1873–1955)  –  Azərbaycanın  ilk  maarifpərvər  qadınlarından  biri, 
Cəlil  Məmmədquluzadənin  həyat  yoldaşı  idi.  Sovet  dövründə  Azərbaycan  Yazıçıları 
Ittifaqının üzvü olmuş, rus ədəbiyyatından tərcümələr 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə