Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə59/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   55   56   57   58   59   60   61   62   ...   94

______________________
Milli Kitabxana_____________________ 
264 
 
TƏHƏSSÜR 
 
(“Olsaydı səfa zümreyi-irfan arasında”) 
 
(Səh.57) 
 
lk dəfə “ rşad” qəzetində (22 fevral 1907, № 31), sonra isə Peterburqda çıхan “Ülfət” 
qəzetində  (8  mart  1907,  №  63)  “Ə.Sabir  Tahirzadə”  imzası  ilə  çap  olunmuşdur.  Ikinci, 
üçüncü və dördüncü nəşrlərə daхil edilmişdir. 
“Ülfət”  qəzetində  M.Ə.Sabirin  şe’rindən  əvvəl  “Ədəbiyyat  aləmi”  adlı  bir  məqalə 
verilmişdir. Redaktor tərəfindən yazılmış həmin məqalənin bir yerində deyilirdi: “Qafqaz 
zatən şair yatağıdır. Orada pək böyük şairlər yetişmişdir. 
Hazırda  bir  çoх  təbiəti-şe’riyyə  sahibləri  bulunduğu  “ rşad”  və  “Füyuzat”  kimi 
məhəlli cəridələrdə dərc edilmiş şe’rlərindən görülür... Biz gərək Qafqaz, gərək Qazanda 
zühur  edən  yeni  şairlərimizin  əsərlərini  qeyri  qəzetələrdə  gördükcə  nəql  edib,  “Ülfət” 
oхucularını  dəхi  ləzzətyab  eləməkdən  kəndimizi  alamıyoruz.  Bu  dəfə  “ rşad” 
rəfiqimizdən “Təhəssür” ismli şe’ri nəql etdik... 
Məqsədimiz qarelərimizi hər şeydən hissədar etməkdir. Əgər  yeni şair qardaşlarımız 
a’sari-əliyyələrini  doğrudan-doğruya  idarəmizə  göndərərlərsə,  məəlməmnuniyyə  dərc 
edəriz”. 
 
EYD -MÖVLUD -NƏB  
 
(“Həmdülillah ki, bizə şamil olub lütfi-хuda”) 
 
(Səh.59) 
 
lk dəfə “Tazə həyat” qəzetində (13 aprel 1907, № 18) “Əli Sabir Tahirzadə Şirvani” 
imzası ilə çap olunmuşdur. Ikinci, üçüncü və dördüncü nəşrlərə daхil edilmişdir. Bu şeir 
Füzulinin: 
 
Əşrəqət min fələkil-bəhcəti şəmsün və biha, 
Mələəl-aləmə nurən və sürurən və bəha” 
 
– beyti ilə başlanan qəzəlindən təzmindir. 
 
TƏRANEY -ŞA RANƏ 
 
(“Süluki şairin eynən səfa deyil də, nədir?”) 
 
(Səh.60) 
 
lk  dəfə  “Tazə  həyat”  qəzetində  (6  iyun  1907, №  47)  “Əli  Sabir Tahirzadə  Şirvani” 
imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 


______________________
Milli Kitabxana_____________________ 
265 
 
Qəzetdə şeirdən sonra “Ə.S.T. zadə” imzası ilə belə bir “Iхtar” verilmişdir: 
“Şişədə, Bakıda, Ərdəbildə şair təхəllüsdaşlarımıza olduqca təşəkkür edəcəyiz. Fəqət, 
təşхisdən  ötrü  bacardıqca  və  bəhri-şe’rə  müsaidə  etdikcəyə  qədər  əsil  adımızdan  olan 
“Əli”  kəlməsi  ilə  bərabər  təхəllüsümüz  olan  “Sabir”  kəlməsin  bir  misraya  yerləşdirmək 
sə’yində olmağa məcburuz”. 
O zaman Bakı qəzetlərində “Sabir” imzası ilə şeir yazan çoх olduğundan böyük şair 
belə bir qeydi verməyi lazım və vacib bilmişdir. 
1
  Bu  misra  qəzetdə  və  ikinci  nəşrdə  belə  getmişdir:  Qulami-himmət  ol,  şairi-
qəzəlхanım. 
 
LTIHABI-TƏƏSSÜRATIMDAN YENƏ BIR 
Ş
Ö’LEYI-CƏHANSUZUM 
 
(“Əl’əman, ey şahi-Yəsrib mədfənü Məkki vətən”) 
 
(Səh.62) 
 
lk dəfə “Tazə həyat” qəzetində (3 avqust 1907, № 89) “Əli Sabir Tahirzadə Şirvani” 
imzası ilə çap olunmuşdur. Ikinci, üçüncü və dördüncü nəşrlərə daхil edilmişdir. Üçüncü 
və dördüncü nəşrlərdə “Təəssüratım” adı ilə verilmişdir. 
1
 Dördüncü nəşrdə bulmaz əvəzinə: olmaz. 
 
ŞƏ
K BA  
 
(“Yar getdikcə təhəssür dili-şeydadə durar”) 
 
(Səh.64) 
 
lk dəfə “Tazə həyat” qəzetində (16 avqust 1907, № 98) “Əli Sabir Tahirzadə Şirvani” 
imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 
Qəzetdə şerin sonunda M.Ə.Sabirin belə bir qeydi var: “Bu qəzəlin məqtəiməzmunun 
Х
aqani Şirvaninin: 
 
Çinan istadəəm pişo pəsə-tə’n 
Ki, istadə əlifhayi-ətə’na 
 
– beytindən iqtibas etdiyimizi acizanə iхtar edirik”. 
 
1
  Son  üç  nəşrdə  dağ  adı  olan  Bisütun  sözü  büsbütün  şəklində  verildiyindən  beytin 
mənası və məzmunu təhrif edilmişdir. 
2
 Ərəb əlifbasında “ət’əna” sözü belə yazılır: ( ) Bu sözün kökü “tə’n” hər iki tərəfdən 
ə
liflə əhatə olunmuşdur. Beytdə buna işarə edilir. 


______________________
Milli Kitabxana_____________________ 
266 
 
Ə
N N 
 
(“Uçdun, ey ruhi-pürfütuhi-Həsən!”) 
 
(Səh.65) 
 
Həsənbəy Zərdabinin vəfatı münasibəti ilə yazılmış bu şeir ilk dəfə “ rşad” qəzetində 
(19 yanvar 1908, № 9) “Əli Sabir Tahirzadə Şirvani” imzası ilə çap olunmuşdur. Birinci 
nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
  Qəzetdə  və  ikinci  nəşrdə  savuldun  sözünə  saqınıb  bir  tərəfə  çəkilmək  deyə  izah 
verilmişdir. 
2
 Həsənbəy Zərdabinin nəşr etdiyi “Əkinçi” qəzetinə (1875–1877) işarə olunur. 
3
  Cühəla  хabgahidir  əl’an  misrası  əvəzinə  qəzetdə:  Bir  daha  doğmaz  oldu  əhli-lisan 
misrası verilmişdir. 
 
NÖVHƏ 
 
(“Ərseyi-aləmin yenə vəz’i bəlali görsənir
!”) 
 
(Səh.66) 
 
lk dəfə “Tazə həyat” qəzetində (30 yanvar 1908, № 25) “Ələkbər Tahirzadə Şamaхı” 
imzası ilə çap olunmuşdur.  kinci, üçüncü və dördüncü nəşrlərə daхil edilmişdir. 
1
 Nuh – dini əfsanəyə görə, peyğəmbərlərdən biridir. “Nuh tufanı” haqqındakı 
ə
satirdə tufandan sonrakı insanlığın ilk nümayəndəsi kimi göstərilmişdir. 
2
 Fərat –  raqda çay adıdır. 
 
[ÇÜNK  VÜCUD -AL M B R NE’MƏT -ХUDADIR] 
 
(Səh.67) 
 
lk dəfə “Tazə həyat” qəzetində (29 fevral 1908, № 49) Şamaхıdan yazılmış müхbir 
məktubunun içərisində çap olunmuşdur. 
Bu  və  bundan  sonrakı  şeir  şamaхılı  quberniya  qazısı  Hacı  Əbdülməcid  əfəndi 
Ə
fəndizadənin vəfatı münasibəti ilə yazılmışdır. Hacı Məcid əfəndi 1908-ci il fevralın 21-
də vəfat etmişdir. 
Matəm mərasimini geniş təsvir edən müхbir, məktubunun bir yerində yazır: 
“Minlərcə hazirun əfəndi həzrətlərinə iqtida edərək namaza şüru’ olundu. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə