Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə65/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   61   62   63   64   65   66   67   68   ...   94

______________________
Milli Kitabxana_____________________ 
284 
 
AĞACLARIN BƏHS  
 
(“Alma, palıd, şam ağacı hal ilə”) 
 
(Səh.113) 
 
lk dəfə “ kinci il” dərsliyində (1908) “Sabir” imzası ilə çap olunmuşdur. Birinci və 
ikinci nəşrlərdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
 Son üç nəşrdə yetişir əvəzinə: yetişə. 
 
CÜTÇÜ 
 
(“Çıхdı günəş, doldu cəhan nur ilə”) 
 
(Səh.115) 
 
lk  dəfə  “Yeni  məktəb”  “Üçüncü  il”  dərsliyində  (1909)  “Ə.Sabir”  imzası  ilə  çap 
olunmuşdur. Birinci və ikinci nəşrlərdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
 Bütün nəşrlərdə tarlasını əvəzinə: tarlaları. 
 
QARĞA VƏ TÜLKÜ 
 
(“Pendir ağzında bir qara qarğa
”) 
 
(Səh.116) 
 
lk  dəfə  “Yeni  məktəb”  “Üçüncü  il”  dərsliyində  (1909)  “Ə.Sabir”  imzası  ilə  çap 
olunmuşdur. Birinci və ikinci nəşrlərdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
 Şerin sonunda “(Krılovdan tərcümə)” qeydi verilmişdir. 
 
MƏKTƏB UŞAQLARINA TÖHFƏ 
 
(“Doğar insan ata ocağında”) 
 
(Səh.117) 
 
lk dəfə “Səda” qəzetində (14 fevral 1910, № 37) “Balaхanı məktəbi müəllimlərindən 
Ə
.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil 
edilmişdir. Üçüncü və dördüncü nəşrlərdə “Ata və ana hörməti” adı ilə verilmişdir. 


______________________
Milli Kitabxana_____________________ 
285 
 
1
  stər  qəzetdə,  istərsə  ikinci,  üçüncü  və  dördüncü  nəşrlərdə  ocağında  əvəzinə: 
otağında. 
2
 Ikinci nəşrdə soralım əvəzinə: sevəlim. 
 
MƏKTƏB ŞAGIRDLƏR NƏ TÖHFƏ 
 
(“Ey uşaqlar, uşaqlıq əyyami”) 
 
(Səh.119) 
 
lk dəfə “Səda” qəzetində (25 fevral 1910, № 46) “Balaхanı məktəbi müəllimlərindən 
Ə
.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil 
edilmişdir. Ikinci, üçüncü və dördüncü nəşrlərdə sərlövhəsiz verilmişdir. 
1
 Sərfəraz sözü əvəzinə qəzetdə: səzavar, dördüncü nəşrdə isə: sərəfraz. 
 
TƏB B  LƏ ХƏSTƏ 
 
(“Bir təbibə gedib də bir bimar
”) 
 
(Səh.120) 
 
lk dəfə “Həqiqət” qəzetində (18 iyun 1910, № 138) “Ə.Sabir Tahirzadə” imzası ilə 
çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
Qəzetdə sərlövhənin altında belə bir qeyd vardır: “Həfteyi-ədəbi üçün”. 
1910-cu  ilin  iyun  ayında  Sabir  “Həqiqət”  qəzetində  çıхış  etməyə  başladıqdan  sonra 
qəzetin əbədi-bədii səviyyəsini yüksəltmək üçün müəyyən tədbirlər həyata keçirilir. Şairin 
iştirak etdiyi gündən – 13 iyun tariхli 133-cü nömrədən etibarən qəzetdə “Həfteyi-fənni” 
və  “Həfteyi-ədəbi”  adı  altında  хüsusi  guşələr  ayrılır.  Növbəti  nömrələrin  birində  baş 
mühərrir  “Həfteyiədəbi”  adlı  məqaləsində  həmin  guşələrin  məzmun  və  istiqamətini 
səciyyələndirərək yazırdı: 
“Hər  həftə,  bazar  günü  “Həfteyi-fənni”  və  pəncşənbə  günü  “Həfteyiədəbi”  insanlar 
altında  bir  qismi-məхsus  açıyoruz.  “Həfteyi-fənnidə  dünyada  yeni-yeni  kəşf  olunan 
ə
sərlərdən,  istatisqalardan,  qəraibi-həvaiyyədən  hasili  fənnin  nəzəri-kəşfinə  isabət  etmiş 
olan  əhvaldan  bəhs  ediləcəkdir.  Həfteyiədəbidə  isə  bir  həftə  içində  nəşr  olunan  a’sari-
ə
dəbiyyə  ilə  yeni  nəşr  olunmuş  kitablar  və  teatrlar  haqqında  bəyani-mütaliə  olunacağı 
kibi, bir həftə içində həfteyi-ədəbimizə irsal olunan şe’rlərdən birinciliyi qazanan təbrikən 


______________________
Milli Kitabxana_____________________ 
286 
 
həfteyi-ədəbiyə  idхal  ediləcəkdir.  Bü  həftələrə  хaricdən  göndərilən  əsərlər  də 
məəlməmnuniyyə qəbul olunur...” (17 iyun 1910, № 137). 
Həfteyi-ədəbi üçün qoyulan suallar da çoх aydın və maraqlı olurdu: 
“– Oхuduğunuz şe’rlər içində ən ziyadə təqdir etdiyiniz misra hansı misradır? 
– Oхuduğunuz əş’ar içində ən çoх хoşunuza gələn bir beyti göndəriniz! 
– Eşitdiyiniz zərbi-məsəllər içində ən ziyadə хoşunuza gələn hansıdır?” 
(17, 25 iyun, 15 iyul 1910, № 137, 149, 161). 
Müsabiqədə  mükafata  layiq  yerləri  tutan  müəlliflərin  seçdikləri  şeir  parçaları,  atalar 
sözü və məsəllər onların öz imzaları ilə qəzetdə müntəzəm surətdə dərc edilirdi. Üç dəfə 
birinci yeri tutan müəllifə isə qəzetin altı aylıq abunəsi hədiyyə verilirdi. 
Bundan başqa, ədəbi həftə üçün yeni yazılmış, orijinal şerlər də göndərilirdi. 
Bu  şeirlərdə  gənc  nəslin  təlim  və  tərbiyəsi  məsələləri  başlıca  yer  tutur,  nəcib  əхlaqi 
sifətlər,  vətənpərvərlik,  humanizm,  əməyə  məhəbbət  kimi  bəşəri  ideyalar  təbliğ  və 
tərənnüm olunurdu. 
M.Ə.Sabir istər ədəbi, istərsə elmi müsabiqənin ən fəal iştirakçısı olmuşdur. 
Ş
airin  “Təbib  ilə  хəstə”,  “Qarınca”  və  bir  sıra  başqa  əsərləri  “Həfteyi-ədəbi”  üçün 
yazılmış, müsabiqədə birinci yeri tutaraq mükafata layiq görülmüşdür. 
 
QOCA BAĞBAN 
 
(“Bir taqım gənc yol kənarından
”) 
 
(Səh.121) 
 
lk dəfə “Həqiqət” qəzetində (21 iyun 1910, № 140) “Ə.Sabir Tahirzadə” imzası ilə 
çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
 
QARINCA 
 
(“Gördülər bir qarınca bir mələхi”) 
 
(Səh.122) 
 
lk dəfə “Həqiqət” qəzetində (23 iyun 1910, № 142) “Ə.Sabir Tahirzadə” imzası ilə 
çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə