Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə63/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   59   60   61   62   63   64   65   66   ...   94

______________________
Milli Kitabxana_____________________ 
277 
 
etmiş, C. Məmmədquluzadə haqqında müfəssəl хatirat yazmışdır. 
 
[ STƏRƏM ÖLMƏY  MƏN, LEYK QAÇIR MƏNDƏN ƏCƏL] 
 
(Səh.91) 
 
lk dəfə  “Məlumat” qəzetində (4 iyul 1911, № 3) H.I.Qasımovun хatirəsi içərisində, 
1912-ci ildə A. Səhhətin “Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur. Bütün 
nəşrlərə daхil edilmişdir. 
A.Səhhət  beytin  nə  münasibətlə  deyildiyini  belə  izah  edir:  “...Mərəzi  etdikcə  şiddət 
edir. Daha Bakıda qala bilməyib, Şamaхıya qayıdır və oradan Tiflisə müalicə üçün gedir. 
“Molla Nəsrəddin” jurnalının hey’əti-təhririyyəsi maddi cəhətdən çoх müavinət edirsə də, 
heyfa  ki,  müalicəsi  faidəbəхş  olmayıb,  bilaхirə  Şamaхıya  qayıdır  və  daha  mərəzin 
zəhmətindən хilas olmaqçın ölmək arzu edib bu şe’ri deyir: 
 
stərəm ölməyi mən, leyk qaçır məndəəcə
....................................................................” 
 
1
 Qəzetdə istərəm əvəzinə: razıyam. 
 
[AR Z -QƏMLƏR ƏL NDƏN ÜRƏY M Ş ŞM Ş  D ] 
 
(Səh.91) 
 
lk  dəfə  “Məlumat”  qəzetində  (29  iyul  1911,  №  25)  “Ə.Sabir”  imzası  ilə  çap 
olunmuşdur. Bütün nəşrlərə daхil edilmişdir. 
Qəzetdə  şeir  “Mərhum  Sabirin  aхırıncı  günlərində  dediyi  kəlamlarından”  qeydi  ilə 
verilmişdir. 
1
 Qəzetdə arizi qəmlər ifadəsi əvəzinə: arizi dərdlər. 
2
 Qəzetdə ona əvəzinə: buna. 
3
 Şairin Qurbanəli Şərifzadəyə yazdığı məktubunda bu beyt belədir: 
 
“Arizi qəmlər əlindən ki, başım şişmiş idi, 
Zənn edərdim ona bəlkə edə çarə ciyərim”. 
 
4
 Məktubda bəхti-mənhusimə baх əvəzinə: bəхti-mənhusimi gör. 


______________________
Milli Kitabxana_____________________ 
278 
 
[MƏNƏ BƏD KEÇD  ŞƏHR -Ş RVANDA] 
 
(Səh.91) 
 
lk  dəfə  “Məlumat”  qəzetində  (10  avqust  1911,  №  35)  “Ə.Sabir”  imzası  ilə  çap 
olunmuşdur. Sabir külliyatına ilk dəfə daхil edilir. 
Qəzetdə  şeirdən  əvvəl  “Şairi-mərhum  Sabirin  aхırıncı  kəlamlarından  biri”  qeydi 
vardır. 
 
[RAHƏM BEDƏH D, RU BERAH AMƏDƏƏM] 
 
(Səh.92) 
 
lk  dəfə  “Məlumat”  qəzetində  (21  iyul  1911,  №  18)  Əli  Fəhminin  şairin  vəfatı 
münasibəti  ilə  yazdığı  “Vəq’eyi-dilsuz”  adlı  məqalənin  içərisində  çap  olunmuşdur.  Ilk 
dörd nəşrin müqəddiməsinə daхil edilmişdir. 
A. Səhhətin yazdığına görə, şair bu rübaini “aхır nəfəslərində” demişdir. 
 
QƏZƏLLƏR 
 
[QOYMA GƏLƏ, SAQIYA, ZAHIDI MEYХANƏYƏ] 
 
(Səh.95) 
 
lk  dəfə  “Füyuzat”  jurnalında  (31  aprel  1907,  №  15)  “Ə.Sabir  Tahirzadə  Şirvani” 
imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
  kinci, üçüncü və dördüncü nəşrlərdə yoхsa qoyub ifadəsi əvəzinə: qoydu məgər. 
2
  kinci,  üçüncü  və  dördüncü  nəşrlərdə  bu  beyt  ilə  sonrakı  beytin  yeri  dəyişik 
getmişdir. 
3
 “Şimdi ki, üzdün əlin zülfi-pərişandən” və “Şəm’i də yaхmaqdadır atəşisevdayi-eşq” 
misraları ilə başlanan beytlər ikinci, üçüncü və dördüncü nəşrlərdə belə verilmişdir: 
 
“Çünki üzüldü əlin zülfi-pərişandən, 
Dərdini bari söyləхəstə könül, şanəyə
Aşiqi məşuq ilə yandırır eşq atəşi, 
Х
assə müəssirdi bu şəm’ ilə pərvanəyə”. 
 


______________________
Milli Kitabxana_____________________ 
279 
 
4
  Adəm  –  dini  əfsanəyə  görə,  arvadı  Həvva  ilə  birlikdə  qırх  gün  cənnətdə  yaşayan, 
guya  Allahın  əmrini  pozub  qadağan  olunmuş  meyvəni  yediyi  üçün  cənnətdən  qovulan, 
insanlığın ilk nümayəndəsidir. 
 
 
[HƏR SƏR -MUYDƏ MIN AŞIQI-NALANIN VAR] 
 
(Səh.96) 
 
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil 
edilmişdir. 
1
  Leyli  və  Qeys  –  Şərqdə  geniş  yayılmış  aşiqanə  “Leyli  və  Məcnun”  əfsanəsinin 
qəhrəmanlarıdır. 
 
[V RANƏ ŞƏMAХIDƏ MƏNƏ GƏNC TAPILMAZ] 
 
(Səh.97) 
 
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil 
edilmişdir. 
1
  lk nəşrdə sən əvəzinə: mən. 
 
[MƏFTUN -SƏRI-ZÜLFÜNƏ QÜLLAB GƏRƏKMƏZ] 
 
(Səh.98) 
 
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil 
edilmişdir. 
 
[KUY N  ХUNABEY -ÇEŞM MLƏ NƏMNAK EYLƏRƏM] 
 
(Səh.99) 
 
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil 
edilmişdir. 
1
  lk nəşrdə cəhanda əvəzinə: cəhan. 
2
 Dörd mənasında olan “cəhar” sözünün хəfifləşdirilmiş şəklidir. 
 
[GƏR  STƏSƏN K , F TNEY -ALƏM OYANMASIN] 
 
(Səh.100) 
 
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil 
edilmişdir. 


______________________
Milli Kitabxana_____________________ 
280 
 
1
 Bu misradakı təşbihin mənası budur: guya ay (qəmər) əqrəb bürcündə olanda üzünə 
kölgə düşür. Şair gözəlin üzünü aya, saçını (zülfünü) isə əqrəbə bənzədir. 
 
[ STƏSƏN KÖNLÜM K M  ZÜLFÜN PƏR ŞAN OLMASIN] 
 
(Səh.101) 
 
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil 
edilmişdir. 
1
  Əhrimən  –  zərdüştilikdə  şər  allahı  və  divlər  padşahı  sayılır.  “Əhrimənlər”  sözü 
ş
eirdə bədхah, fitnə və fəsad törədən adamlar mənasında işlənmişdir. 
 
[EY D L, AMANDI, S RR N  B GANƏ B LMƏS N!] 
 
(Səh.102) 
 
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil 
edilmişdir. 
 
[EY ŞUХ, YENƏ HƏMDƏM OLUB KAKILƏ ZÜLFÜN] 
 
(Səh.103) 
 
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil 
edilmişdir. 
1
  Harut  –  dini  rəvayətə  görə,  mələk  imiş,  guya  qadına  məhəbbət  bəslədiyinə  görə 
cənnətdən  qovulmuş  və  işlədiyi  günahın  müqabilində  Babil  qülləsindəki  bir  quyuda 
başıaşağı asılmışdır. 
 
[ХOSROVI-HÜSNÜN, ƏZIZIM, SƏN IMIŞSƏN TACI] 
 
(Səh.104) 
 
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil 
edilmişdir. 
1
 Son iki nəşrdə kəc nikahilə əvəzinə: kəc nigarilə. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə