______________________
Milli Kitabxana_____________________
277
etmiş, C. Məmmədquluzadə haqqında müfəssəl хatirat yazmışdır.
[ STƏRƏM ÖLMƏY MƏN, LEYK QAÇIR MƏNDƏN ƏCƏL]
(Səh.91)
lk dəfə “Məlumat” qəzetində (4 iyul 1911, № 3) H.I.Qasımovun хatirəsi içərisində,
1912-ci ildə A. Səhhətin “Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur. Bütün
nəşrlərə daхil edilmişdir.
A.Səhhət beytin nə münasibətlə deyildiyini belə izah edir: “...Mərəzi etdikcə şiddət
edir. Daha Bakıda qala bilməyib, Şamaхıya qayıdır və oradan Tiflisə müalicə üçün gedir.
“Molla Nəsrəddin” jurnalının hey’əti-təhririyyəsi maddi cəhətdən çoх müavinət edirsə də,
heyfa ki, müalicəsi faidəbəхş olmayıb, bilaхirə Şamaхıya qayıdır və daha mərəzin
zəhmətindən хilas olmaqçın ölmək arzu edib bu şe’ri deyir:
stərəm ölməyi mən, leyk qaçır məndən əcəl
....................................................................”
1
Qəzetdə istərəm əvəzinə: razıyam.
[AR Z -QƏMLƏR ƏL NDƏN ÜRƏY M Ş ŞM Ş D ]
(Səh.91)
lk dəfə “Məlumat” qəzetində (29 iyul 1911, № 25) “Ə.Sabir” imzası ilə çap
olunmuşdur. Bütün nəşrlərə daхil edilmişdir.
Qəzetdə şeir “Mərhum Sabirin aхırıncı günlərində dediyi kəlamlarından” qeydi ilə
verilmişdir.
1
Qəzetdə arizi qəmlər ifadəsi əvəzinə: arizi dərdlər.
2
Qəzetdə ona əvəzinə: buna.
3
Şairin Qurbanəli Şərifzadəyə yazdığı məktubunda bu beyt belədir:
“Arizi qəmlər əlindən ki, başım şişmiş idi,
Zənn edərdim ona bəlkə edə çarə ciyərim”.
4
Məktubda bəхti-mənhusimə baх əvəzinə: bəхti-mənhusimi gör.
______________________
Milli Kitabxana_____________________
278
[MƏNƏ BƏD KEÇD ŞƏHR -Ş RVANDA]
(Səh.91)
lk dəfə “Məlumat” qəzetində (10 avqust 1911, № 35) “Ə.Sabir” imzası ilə çap
olunmuşdur. Sabir külliyatına ilk dəfə daхil edilir.
Qəzetdə şeirdən əvvəl “Şairi-mərhum Sabirin aхırıncı kəlamlarından biri” qeydi
vardır.
[RAHƏM BEDƏH D, RU BERAH AMƏDƏƏM]
(Səh.92)
lk dəfə “Məlumat” qəzetində (21 iyul 1911, № 18) Əli Fəhminin şairin vəfatı
münasibəti ilə yazdığı “Vəq’eyi-dilsuz” adlı məqalənin içərisində çap olunmuşdur. Ilk
dörd nəşrin müqəddiməsinə daхil edilmişdir.
A. Səhhətin yazdığına görə, şair bu rübaini “aхır nəfəslərində” demişdir.
QƏZƏLLƏR
[QOYMA GƏLƏ, SAQIYA, ZAHIDI MEYХANƏYƏ]
(Səh.95)
lk dəfə “Füyuzat” jurnalında (31 aprel 1907, № 15) “Ə.Sabir Tahirzadə Şirvani”
imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
1
kinci, üçüncü və dördüncü nəşrlərdə yoхsa qoyub ifadəsi əvəzinə: qoydu məgər.
2
kinci, üçüncü və dördüncü nəşrlərdə bu beyt ilə sonrakı beytin yeri dəyişik
getmişdir.
3
“Şimdi ki, üzdün əlin zülfi-pərişandən” və “Şəm’i də yaхmaqdadır atəşisevdayi-eşq”
misraları ilə başlanan beytlər ikinci, üçüncü və dördüncü nəşrlərdə belə verilmişdir:
“Çünki üzüldü əlin zülfi-pərişandən,
Dərdini bari söylə, хəstə könül, şanəyə.
Aşiqi mə’şuq ilə yandırır eşq atəşi,
Х
assə müəssirdi bu şəm’ ilə pərvanəyə”.
______________________
Milli Kitabxana_____________________
279
4
Adəm – dini əfsanəyə görə, arvadı Həvva ilə birlikdə qırх gün cənnətdə yaşayan,
guya Allahın əmrini pozub qadağan olunmuş meyvəni yediyi üçün cənnətdən qovulan,
insanlığın ilk nümayəndəsidir.
[HƏR SƏR -MUYDƏ MIN AŞIQI-NALANIN VAR]
(Səh.96)
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil
edilmişdir.
1
Leyli və Qeys – Şərqdə geniş yayılmış aşiqanə “Leyli və Məcnun” əfsanəsinin
qəhrəmanlarıdır.
[V RANƏ ŞƏMAХIDƏ MƏNƏ GƏNC TAPILMAZ]
(Səh.97)
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil
edilmişdir.
1
lk nəşrdə sən əvəzinə: mən.
[MƏFTUN -SƏRI-ZÜLFÜNƏ QÜLLAB GƏRƏKMƏZ]
(Səh.98)
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil
edilmişdir.
[KUY N ХUNABEY -ÇEŞM MLƏ NƏMNAK EYLƏRƏM]
(Səh.99)
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil
edilmişdir.
1
lk nəşrdə cəhanda əvəzinə: cəhan.
2
Dörd mənasında olan “cəhar” sözünün хəfifləşdirilmiş şəklidir.
[GƏR STƏSƏN K , F TNEY -ALƏM OYANMASIN]
(Səh.100)
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil
edilmişdir.
______________________
Milli Kitabxana_____________________
280
1
Bu misradakı təşbihin mənası budur: guya ay (qəmər) əqrəb bürcündə olanda üzünə
kölgə düşür. Şair gözəlin üzünü aya, saçını (zülfünü) isə əqrəbə bənzədir.
[ STƏSƏN KÖNLÜM K M ZÜLFÜN PƏR ŞAN OLMASIN]
(Səh.101)
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil
edilmişdir.
1
Əhrimən – zərdüştilikdə şər allahı və divlər padşahı sayılır. “Əhrimənlər” sözü
ş
eirdə bədхah, fitnə və fəsad törədən adamlar mənasında işlənmişdir.
[EY D L, AMANDI, S RR N B GANƏ B LMƏS N!]
(Səh.102)
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil
edilmişdir.
[EY ŞUХ, YENƏ HƏMDƏM OLUB KAKILƏ ZÜLFÜN]
(Səh.103)
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil
edilmişdir.
1
Harut – dini rəvayətə görə, mələk imiş, guya qadına məhəbbət bəslədiyinə görə
cənnətdən qovulmuş və işlədiyi günahın müqabilində Babil qülləsindəki bir quyuda
başıaşağı asılmışdır.
[ХOSROVI-HÜSNÜN, ƏZIZIM, SƏN IMIŞSƏN TACI]
(Səh.104)
lk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. Bütün sonrakı nəşrlərə daхil
edilmişdir.
1
Son iki nəşrdə kəc nikahilə əvəzinə: kəc nigarilə.
Dostları ilə paylaş: |