44
Ə
ridilmiş yağların 60
○
C çox isidilməsinə icazə verilmir və əridilərək filtrdən
keçirilir.
2. Xammalın kə
nar mexaniki qarış
ıqlardan tə
mizlə
nmə
si. Şəkər tozu,
qovrulmuş, doğranmış, doğranmamış qərzəkli meyvələr, konfetin minalanma
(şirələnmə) sahəsində istifadə edilən şokolad kimi xammallar istehsalata verilməzdən
qabaq təsadüfi düşmüş metal qarışıqlardan (metal tozu, avadanlıqlardan ayrılan metal
hissəciklər, kənar metallar) təmizlənmək məqsədi ilə maqnitlərdən keçirilir.
Şə
kər kirşanının hazırlanması üçün və ya həll olunmadan istifadə olunan şəkər
tozu 3 mm – dən çoxolmayan ələkdən keçirilir və sonra qarışıqların tutulması
məqsədilə maqnitlərdən buraxılır.
3. Xammalın metal qarış
ıqlardan tə
mizlə
nmə
si. Şərbətlərin hazırlanması üçün
istifadə olunan şəkər tozu 5mm – dən çox olmayan ələklərdən keçirilməsinə icazə
verilir, lakin bundan sonra şəkər şərbəti 1,5mm olan metal ələklərdən
süzülməlidir.Qlükoz şərbət unun qatılığının azalması üçün qabaqcadan 40 – 50
○
C
qızdırmaqla 3mm – dən çox böyük olmayan ələklərdən keçirirlər.
Maqnitlər axın xəttlərinin aşağıdakı sahələrində quraşdırılır:
a). Şəkər tozunun həll olunması və bişməsi üçün bunkerə boşaldılan yerdə və
dəyirmanda üyüdülmə üçün bunkerə boşaldılan yerdə;
b). Qərzəkli meyvələrin qovrulması və qabığının təmizlənməsi sahəsində;
c). Birbaşa axın xətt üstündə yerləşən qarışım bunkerində.
Maqnit qismində daimi maqnit dəmirlərdən başqa daimi maqnit aparatları və
elektromaqnit separatorlarından da istifadə oluna bilər. Daimi maqnitlər nal şəklində
olur və 12 kq – dan az olamayan qaldırıcı qüvvəyə malikdirlər. Metal hissəciklərin
tam ayrılması üçün maqnit tutucu qurğular istifadə olunur. Bu, eyni ölçülü nalvari
maqnitlərdən ibarət qida xammalının keçidində quraşdırılmış maqnit hasarlardır.
Maqnit hasarlar rahat keçidi və işıqlandırılması olan yerlərdə quraşdırılmalıdır.
Buradan buraxılan məhsul maqnit sahəsindən tam keçməli və qalınlığı 8 – 10 mm –
dən çox olmamalıdır. Maqnit nallardan ibarət olan maqnit qurğularda birincilər bir –
birinə eyni qütblərlə quraşdırılmalıdırlar.
45
Maqnitlərin təmizlənməsi istehsal prosesi getdiyi vaxtda hər gün aparılmalıdır.
Uzun müddətli fasilə zamanı maqnit qütbləri lövbərlə bağlamaq lazımdır. Xammalın
mexaniki emalı zamanı kənar qarışıqlardan, eləcə də metal hissəciklərdən
təmizlənməməsi hazır məhsulun keyfiyyət göstəricilərinin aşağı düşməsinə səbəb
olur. Metal qarışıqların hesabatı xüsusi formada qeydiyyata alınır.
Qida xammalı istehsalata verilməzdən qabaq 4, 5, 6 və 7 – ci proseslər ardıcıl
olaraq həyata keçirilir. Bunun üçün müəssisəyə daxil olan xammal, gətirilən
nəqliyyat vasitəsinin içi də daxil olmaqla hər tərəfli təmizlik üçün baxış keçirilir.
Bundan sonra məhsul xammalından nümunə götürülərək laboratoriyada
orqanoleptiki, fiziki – kimyəvi keyfiyyət göstəriciləri standart normativ – texniki
şə
rtlərə əsasən müəyyənləşdirilir və sənədlərə qeyd olunur. Laboratoriyada
xammallarla yanaşı hazır məhsul da analiz edilir. Bu zaman texnoloji amillərin təsiri
ilə dəyişən keyfiyyət göstəricilərinin tədqiqi daha açıq şəkildə aparılır.
Müəssisəyə daxil olan xammalın, yuxarıda göstərilən proseslər yerinə
yetirildikdən sonra nöbəti emala verilməsinə icazə verilir. Qəbul olunmayan xammal
isə yazılı şəkildə səbəb göstərilərək tədarükçü firmaya geri qaytarılır.
8. Qəbul olunan qida xammallarının istehsala verilməsi və ilkin hazırlıq.
Qəbul olunan qida xammalı resepturaya müvafiq olaraq qarışığın istehsalata
verilməsindən əvvəl onu dozatorlarda, tərəzilərdə və ya ölçü cihazlarla ölçürlər.
Xammalın ölçülməsi üçün yoxlanılmış tərəzilərdən istifadə edirlər. Mayelərin kiçik
həcmlərinin ölçülməsi üçün (aromalar) yoxlanılmış ölçü qablardan istifadə olunur.
9. Müvafiq kütlənin və keyfiyyətin əldə olunması məqsədi ilə müxtəlif
xammalların qarışdırılması . Bu mərhələdə resepturaya uyğun müxtəlif konfet
kütlələri hazırlamaq üçün uyğun qida xammalları axın xəttinin başlanğıcına yığılır.
Müvafiq konfetin yüksək keyfiyyətdə alınması üçün mexaniki emal zamanı qarışımın
düzgün aparılmasına bişirilmədən öncə xüsusi diqqət yetirmək lazımdır.
10, 11, 12 – ci texnoloji emal mərhələlərini “Tango” (nuqalı, karamelli),
“Tango”(nuqalı, karamelli, yerfındığlı), “Tango Sweet” (şərbət lu, yerfındığlı),
“Çinar Fındıqlı”, “Çinar Kişmişli”, “Tango Coco”, “Xonça Klassik”, Xonça