93
Nizaminin şairlik məqamı və əsərləri
Əgər bütün məşhur şairləri bir-biri ilə ölçsək Vəhid Dəstgerdi demişkən onda gərək
bu ölçünün fövqundə Nizami dayana. Digər tərəfdən Nizami elə farsdilli şairdir ki, o,
Firdovsi və Sədi ilə fars dilinin təkamülündə istisna rol oynamışdır. Onun farscası çox
anlaşıqlı bir üslubda yazılmışdır. O, sözləri yerli-yerində işlətməkdə, istiarə və
bənzətmələrdə fövqəladə qələmə malikdir. Nizami sözün hər bir mənasını duyan və onu
yerli yerində işlədən bir şairdir. Onun əndazəsiz bir şeir yazma qabiliyyəti var ki, bunu
heç kəs edə bilməmişdir. Şairin ən böyük imtiyazi şeirdən dastan yaratmağıdır. Onun
təsir qüvvəsi 5 dastan vasitəsiylə o qədər oldu ki, sonrakı şairlərin hamısı onun yolunu
getmək istədi, ancaq ona çata bilmədilər.
Hətta, Əmir Xosrov Dəhləvi, Cami, Vəhşi Bafti, Salman Savcı, Xacu Kermani,
onlarla başqaları Nizami qədər şeirin qüdrətini ucalda bilmədilər. Digər tərəfdən farsın
böyük şairləri Nəzir Mölanə, Sədi və Hafiz də bu zirvəni fəth edə bilmədilər.
Nizaminin müasirləri
Nizaminin müasirlərinin hamısı ondan bəhrələnmişlər. Çünki, Nizamidən sonra
gələn yazıçı və şairlərin hamısı onun əsərlərini oxumuşlar. Şairin ədəbi təsiri onların
yaradıcılığına etkisiz ötüşməmişdir. O şairlərdən aşağıdakıların adlarını çəkə bilərik:
Nasir Xosrov, Məşud Səid Səlman M., Xəyyam, Həkim Sənayi, Xacə Nizam-
Əlmülk, Xacə Abdulla Ənsari, İmam Məhəmməd Qəzali, Bəhayəddin Bağdadi və s.
Ancaq Nizaminin özünün yaşadığı dövrdə belə ədəbi fəaliyyətlə məşğul olan şairlər
onunla dostluq etmiş, onun yazdıqlarına qibtə etmişlər. Onlardan: Ənvəri, Mücirəddin
Beyləqani, Cəmaləddin İsfahani, Zəhir Farabi, Fələki Şirvani, Xaqani Şirvani və s.
göstərmək olar.
Nizamiyə qiymət verənlər
Nizami yüksək qiymətləndirən şəxslər aşağıdakılardır:
94
1.
Məlik Fəxrəddin Bəhramşah idi ki, o, Mənqucəki sülaləsindən idi. Onlardan eyni
zamanda Gürcüstan və Bizansda hökmranlıq edirdilər. Bu sülalənin ən mühüm xanədanı
Fəxrəddin Bəhramşah 1155-1218 miladi tarixində yaşamışdır. O, ağıllı sərkərdə olmaqla
bərabər şeir və ədəbiyyatı çox sevmişdir. O, Xaqaniyə hüsnü-rəğbət bəsləmiş. Nizamiyə
xüsusi ehtiramla yanaşmış və Nizamidən xahiş etmişdir ki, ona bir dastan həsr etsin.
Nizami özünün xəmsədəki ilk əsəri «Sirlər xəzinəsi»ni məhz Fəxrəddin Bəhram şaha
572-ci il h.q. həsr etmişdir. Bunun müqabilində Bəhram şah şairə 5 min pul mükafatı, bir
sürü qatır və bahalı paltarlar göndərmişdir.
2.
Əbutalib Toğrul Arslan padşah Səlcuqi və Atabəy Şəmsəddin Əbu Cəfər
Məhəmməd Eldəgiz, oğlanları Cahan Pəhləvan və Atabəy Qızıl Arslan bunlar
Azərbaycan, Həmədan və İraqa qədər böyük bir hökmranlıq edirdilər. Nizami ikinci
dastanı «Xosrov və Şirin»i Cahan Pəhləvanın sifarişi ilə yazmışdır. Bunun mükafatı
olaraq onlar Nizamiyə Həmdünyan kəndini bağışlamışlar.
3.
Əbzəlmüzəffər Şirvanşah Asitan Mənuçehr İbn Asitan Nizamiyə üçüncü əsəri
«Leyli və Məcnun» yazmağı xahiş etmişdir. Şair bu xahişi yerinə yetirib 584-585-də
təhvil vermişdir.
4.
Nizaminin dördüncü dastanı «Yeddi Gözəl»i Əlaəldin Məhəmməd Kürp Arslanın
göstərişinə yazıb və onunla şəxsən görüşmüşdür.
5.
Atabəy Əzəm Məlik Nüsrəddin Əbubəkir Səlcuqi, Cahan Pəhləvanın oğlu kimi
Azərbaycanda hakimiyyətə gəlmişdir və İraqda da padşahlıq edirdi. «İskəndərnamə»
əsərinin «Şərəfnamə» hissəsi ona həsr edilmişdir. Bu 593-cü ildə baş tutmuşdur.
6.
Məlik İzəddin Məsud İbn Arslan Səlcuqi ki 599-cu ildə padşahlıq edirdi
Nizaminin oğlu Məhəmmədin təhriki ilə «İskəndərnamə» dastanının ikinci hissəsi
«İqbalnamə» ona həsr edilmişdir.
Beləliklə, Nizami öz xəmsəsindəki əsərləri yəni bu beş poemanı zəmanəsinin
şahlarına həsr etməsi aydın görünür. Lakin Nizami heç vaxt saraya gedib məddahlıqla
məşğul olmur. Onun yaradıcılığının ilk nümunələri qəzəl, qəsidə, rübai və s. şeir
formaları olmuşdur. Elə bu şeirlər xoşa gəldiyi üçün Nizamidən xoşları gələn kütlə və
95
şahlar daha çox şeylər gözləmişlər ki, nəticədə şeiriyyət xəzinəsinin incisi «Xəmsə»
meydana gəlmişdir.
Nizaminin əsərləri
1.
«Sirlər xəzinəsi». 2260 beytdir. Bu əsər Nizami şəxsiyyəti, irfan və əxlaq
haqqında geniş təsəvvür yaradır. Alimlər bu əsəri həqiqət təsviri adlandırırlar. Burada
ayrı-ayrı hekayələrdən bəhs edilsə də, bütövlükdə kamil bir əsər yaranır. Bu məsnəvi
səri bəhrində yazılmışdır.
2.
«Xosrov və Şirin». 6500 beytdən ibarət olub, müsəddəs bəhrində yazılmışdır.
Sasani sülaləsindən olan Xosrov Pərvizdən bəhs edən bu əsər eşq barəsində yazılan
dastanların ən yüksəyidir. Eyni zamanda türk gözəli Şirindən Ərmən hökmdarından bəhs
edir. Bu əsər 576-cı ildə ərsəyə gəlmişdir.
3.
«Leyli və Məcnun». 4720 beyt həcmində olub 584-cü ildə yazılmışdır. Nizami bu
əsəri 4 ay müddətinə hazırlamışdır. Bu dastan ərəb şifahi xalq ədəbiyyatında olmuş və
tarixi həqiqətlər üzərində qurulmuşdur. Qeys ibn Məluh, Bəni Amer qəbiləsindən
olmuşdur. Leyli Binti Səid də həmin qəbilədəndir.
Nizami mövcud olan bu nəsr əsərindən möhtəşəm fars dilli nəzmin əsasını
qoymuşdur.
4.
«Yeddi gözəl». Bu dastan yeddi qadının hər birinə inşa edilmiş künbəzlərin sayı
ilə əlaqədardır. Bunları Bəhrəmşah tikdirmişdir. Əslində Bəhrami Gur olan bu şah qəsrin
divarlarındakı təsvirləri qadınların gözəlliyi və onların ölkələrinin iqliminə uyğun təsvir
etdirmişdir. Bu əsər 5136 beyt olmaqla 593-cü ildə yazılıb tamamlanmışdır.
Sasanilər sülaləsindən olan Bəhram Gur uşaqlıqdan qocaq olmuş bir çox vərdişləri
və bacarığı ilə hamını heyran etmişdir. Bəhram yeddi kümbəzi tikdirib 7 qadınla evli
olduğundan həftənin bir gününü onlarla keçirir. Onlarda öz növbələrində axşamlar
Bəhrama bir hekayə danışırlar.
Bəhram Gurun vəziri şahın eyş-işrətə qarışdığını görüb ölkəyə zülm etdirir.
Nəhayət Bəhram bunu duyub vəzir Rast Rövşəni cəzalandırır. Bu əsərlə Nizami əslində
zülmə və çoxarvadlılığa qarşı çıxmışdır.
Dostları ilə paylaş: |