99
Hikmət, fəzilət və səadətin vəhdəti. Mənəvi sifət fəzilət deməkdir. Çünki, mərifət
və hikmət fəzilətə bağlıdır. Birlikdə isə mənəviyyat deməkdir. Ərəstu, Əflatun, Farabi,
Xacə Nəsir hikməti ilk fəzilət hesab etmişlər.
Səadət ancaq hikmət fəzilət və kamalla yetişir deyən Nizami hamıdan öncə onu
poeziyaya gətirmişdir. Hikmət və əxlaq arasında xüsusi bir rabitə vardır. Bunların birini
digərindən ayırmaq və təklikdə düşünmək mümkün deyil.
Nizami təfəkküründə hikmət.
Əgər Nizami əsərlərindəki hikmət, ağıl və nəsihətli sözləri seçəsi olsaq, o zaman
böyük bir kitabın meydana gələcəyinə heç şübhə yeri qalmır. Bunu şairin öyüd və
nəsihətləri mövzusunda yazan onlarla müəllif təsdiq etmişlər.
Nizami yaradıcılığında islam təfəkkürü ayrıca bir yer tutur. Şair bu hikmət
təfəkkürünü şeir vasitəsilə çatdırmağa müvəffəq olmuşdur. Nizaminin hikmətində əsas
yeri insan və onun əxlaqı tutur. Mərifət də bura daxildir. Nizami nədən yazmasına
baxmayaraq bunlardan yerli yerində istifadə etmişdir. Bəlkə elə əsas səbəb də budur ki,
Nizami əsərləri daha oxunaqlı olmuş, insanlar tərəfindən sevilmişdir.
İnsana bələdlik
Nizamiyə görə insan ismi və əqli ilə bağlıdır. Hər iki ünsür bir-biriylə sıxı bağlıdır.
Şairin nəzərincə cismi ona yaşayış, ruhu və əldə etdiyi əqli isə ona yaşayış tərzidir.
Cismi bir ovuc torpaq və Sudan ibarətdir. Ağlı isə onun dərk etmə qabiliyyəti ilə ölçülür.
Yatmaq, yemək, zülm etmək, doğmaq, cahangir olmaq, mərdimazarlıq, yalan danışmaq,
malpərəstlik, alicənablıq onun əsas xislətidir. Bütün bunları Nizami öz əsərlərində
tərənnüm etmişdir. O, etiraf edir ki, insan yer üzünün əşrəfidir. Nizami eşqi bəşəriyyətin
fövqündə dayanan ən ümdə məslələrdən biri hesab edir. Çünki, eşq insana bəxş edilmiş
ən gözəl hissiyatdır, insan həm sevməli, eyni zamanda həm də sevilməlidir.
Nizami hikmətində əxlaqlı insan özünü dərk edirsə, o, allahını da dərk etmiş olur.
Övladına nəsihətdə deyir ki, özünü tanı ki, allahını da tanıyasan. Nizami ağlı insana dost
100
sayır. «Ağıldır insanın dövləti, malı» deyir. Ağıl həm fərdi, həm də iqtisadiyyat üçün
lazımdır. Çünki cəmiyyəti ağıllıar idarə etsə, onda inkişaf olar.
Allahı dərk etmə
Nizamiyə görə özünü tam dərk edən insan, allahı tanımalıdır. Çünki, kamil insan
bilməlidir ki, o, çox şey edə bilər lakin dünya yarada bilməz. Şair özünün hər bir əsərini
allahın adı ilə başlamışdır.
Bismillahi rəhmani rəhim
Həst kelid də gənce həkim. (110-1)
Xəzinənin hər bir açılışının açarı ilk olaraq allahın adı ilə bağlıdır. Şairə görə
allahını yad edənləri, allah da yad edir.
Ağıl
Quranda yazılmışdır ki, insan əqli əgər salimdirsə, o, çox şeyə qadirdir. Nizaminin
əqidəsinə görə ağıldan güclü heç nə ola bilməz. İnsan ancaq mövcudatını düşünsə, ağılla
çalışmasa, bir heyvandır. Həkim şair ağılı insana ən vəfalı dost sayır və ağlın varsa, hər
şeyin var deyir.
Yaşam fəlsəfəsi
Nizaminin bu dünyada yaşam tərzinin özəl bir fəlsəfəsi vardır ki, şeir
təfəkküründən axır. Onun təbiətindən səmaya və olacaqlara gətirib çıxarır. Qurani
Kərimin bəzi ayələrindən faydalanan şair bunu nəzm ilə cilalamışdır. Bu cəhətdən şairlər
insanı vacib yaşayış qüvvəsi hesab etmişlər. İnsan günah və xəta edə bilər. Lakin
allahını yaddan çıxarmasa və bu yoldan dönmək istəsə, allah rəhimlidir onları
bağışlayar. Tövbə etmək böyük bir bacarıqdır. Nizami öz qocalıq sinnində deyilənləri
bir daha təkrar etmişdir.
İskəndərin dirilik suyu dalınca getməsi ona qismət deyilmiş, qaçmaq əvəzinə
yerində oturmalı imiş. Nizaminin fikrincə allahın işlərinə qarışmaq olmaz.
Nizami ceyranları sevib ona nəvaziş göstərən Bəhrami Gurun eyni zamanda onların
əzablı ölümünə səbəb olanın aqibətinin necə olacağını ancaq tanrının bildiyini söyləyir.
101
Təbiidir ki, Nizami sona qədər bu fikirdə qalır. O, fala baxmağa inanmır və deyir ki,
insan ancaq çarəsizlikdən bu işə gedir. Görününr ki, Nizami xurafatın tam əleyhinə olub
və demiş ki, ulduz, insanın nə dərəcədə yaxşı və pis vəziyyətə düşəcəyini xəbər verəcək?
Dünyanı dərk etmə
Dünya haqqında çox şeylər yazılıb və çox sözlər deyilib. Nizami dövrünün
mütəfəkkir islamşünası İmam Məhəmməd Qəzali belə xülasə edir: «Dünya özü də bir
cadugərdir ki, onu insan çətin başa düşər».
Gözəl bir qadın adamı özünə aşiq edib, sonra evinə aparıb öldürə bilər.
Nizami xəmsə böyu «Sirlər xəzinəsi» əsərindən tutumuş ta «İskəndərnamə» yə
qədər dünya və onda pis-yaxşı cərəyan edən hadisələrdən geniş bəhs etmişdir. Xeyir və
şər, küpə girən qarı, zülm və rahatlıq, doğru-yalan kimi hadisələr oxucuya tam açıqlığı
ilə çatdırılmışdır. Bu, hər şeydən əvvəl şairin özünün dünyaya baxışı ilə izah edilməlidir.
Nizami fəlsəfəsinə görə dünya bir divdir. Xalqın qanı, onun abi-həyat, günəşin
çeşməsi onun nəməkdanıdır. Dünya həm də ziddiyyətlərlə doludur. Hələ heç kəs bundan
nə doymuş, nə də baş açmışdır.
Şirinin ölümü zamanı Nizami bu fikrə gəlir ki, dünyaya etibar yoxdur. Nə verirsə,
axırda onu da alır. Eşq olan yerdə, qəm də var. Əgər yarpaq gül açırsa, sonra yüz tikan
verir. Cavanlıq şadlıq gətirirsə, qocalıq ölümlə nəticələnir. Ölümlə olum arasında
əslində elə də çox bir zaman yoxdur.
Nizami bu əqidəyə gəlir ki, ancaq ağıllı adamlar bu dünyadan yaxşı istifadə edə
bilərlər. Onda ölüm onlar üçün qorxulu olmaz. Ömrün müvəqqəti, dünyanın daimi
olduğunu bildirən mütəfəkkir şair ondan bəhrələnməyin vacib olduğunu bildirir. Nizami
yazır ki, çətinliklə dünyaya gəlib, elə o tərzdə də dünyadan getməliyik. Əgər şeytan
insanı aldada bilməsə, insan dünyada çox şadyananıqla yaşaya birlər. Sadəcə olaraq
yaşamağı bacarmaq və dünyanın nəbzini tutmaq lazımdır.
Dostları ilə paylaş: |