Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

99 
 
 
Hikmət, fəzilət və səadətin vəhdəti. Mənəvi sifət fəzilət deməkdir. Çünki, mərifət 
və hikmət fəzilətə bağlıdır. Birlikdə isə mənəviyyat deməkdir. Ərəstu, Əflatun, Farabi, 
Xacə Nəsir hikməti ilk fəzilət hesab etmişlər. 
Səadət ancaq hikmət fəzilət və kamalla yetişir deyən Nizami hamıdan öncə onu 
poeziyaya gətirmişdir. Hikmət və əxlaq arasında xüsusi bir rabitə vardır. Bunların birini 
digərindən ayırmaq və təklikdə düşünmək mümkün deyil. 
Nizami təfəkküründə hikmət. 
Əgər Nizami əsərlərindəki hikmət, ağıl və  nəsihətli sözləri seçəsi olsaq, o zaman 
böyük bir kitabın meydana gələcəyinə heç şübhə yeri qalmır. Bunu şairin öyüd və 
nəsihətləri mövzusunda yazan onlarla müəllif təsdiq etmişlər. 
Nizami yaradıcılığında islam təfəkkürü ayrıca bir yer tutur. Şair bu hikmət 
təfəkkürünü  şeir vasitəsilə çatdırmağa müvəffəq olmuşdur. Nizaminin hikmətində  əsas 
yeri insan və onun əxlaqı tutur. Mərifət də bura daxildir. Nizami nədən yazmasına 
baxmayaraq bunlardan yerli yerində istifadə etmişdir. Bəlkə elə əsas səbəb də budur ki, 
Nizami əsərləri daha oxunaqlı olmuş, insanlar tərəfindən sevilmişdir. 
 
İnsana bələdlik 
Nizamiyə görə insan ismi və əqli ilə bağlıdır. Hər iki ünsür bir-biriylə sıxı bağlıdır. 
Şairin nəzərincə cismi ona yaşayış, ruhu və  əldə etdiyi əqli isə ona yaşayış  tərzidir. 
Cismi bir ovuc torpaq və Sudan ibarətdir. Ağlı isə onun dərk etmə qabiliyyəti ilə ölçülür. 
Yatmaq, yemək, zülm etmək, doğmaq, cahangir olmaq, mərdimazarlıq, yalan danışmaq, 
malpərəstlik, alicənablıq onun əsas xislətidir. Bütün bunları Nizami öz əsərlərində 
tərənnüm etmişdir. O, etiraf edir ki, insan yer üzünün əşrəfidir. Nizami eşqi bəşəriyyətin 
fövqündə dayanan ən ümdə məslələrdən biri hesab edir. Çünki, eşq insana bəxş edilmiş 
ən gözəl hissiyatdır, insan həm sevməli, eyni zamanda həm də sevilməlidir. 
Nizami hikmətində əxlaqlı insan özünü dərk edirsə, o, allahını da dərk etmiş olur. 
Övladına nəsihətdə deyir ki, özünü tanı ki, allahını da tanıyasan. Nizami ağlı insana dost 


100 
 
 
sayır. «Ağıldır insanın dövləti, malı» deyir. Ağıl həm fərdi, həm də  iqtisadiyyat üçün 
lazımdır. Çünki cəmiyyəti ağıllıar idarə etsə, onda inkişaf olar. 
 
Allahı dərk etmə 
Nizamiyə görə özünü tam dərk edən insan, allahı tanımalıdır. Çünki, kamil insan 
bilməlidir ki, o, çox şey edə bilər lakin dünya yarada bilməz. Şair özünün hər bir əsərini 
allahın adı ilə başlamışdır. 
Bismillahi rəhmani rəhim 
Həst kelid də gənce həkim. (110-1) 
Xəzinənin hər bir açılışının açarı ilk olaraq allahın adı ilə bağlıdır.  Şairə görə 
allahını yad edənləri, allah da yad edir. 
Ağıl 
Quranda yazılmışdır ki, insan əqli əgər salimdirsə, o, çox şeyə qadirdir. Nizaminin 
əqidəsinə görə ağıldan güclü heç nə ola bilməz. İnsan ancaq mövcudatını düşünsə, ağılla 
çalışmasa, bir heyvandır. Həkim şair ağılı insana ən vəfalı dost sayır və  ağlın varsa, hər 
şeyin var deyir. 
Yaşam fəlsəfəsi 
Nizaminin bu dünyada yaşam tərzinin özəl bir fəlsəfəsi vardır ki, şeir 
təfəkküründən axır. Onun təbiətindən səmaya və olacaqlara gətirib çıxarır. Qurani 
Kərimin bəzi ayələrindən faydalanan şair bunu nəzm ilə cilalamışdır. Bu cəhətdən şairlər 
insanı vacib yaşayış qüvvəsi hesab etmişlər.  İnsan günah və    xəta edə bilər. Lakin 
allahını yaddan çıxarmasa və bu yoldan dönmək istəsə, allah rəhimlidir onları 
bağışlayar. Tövbə etmək böyük bir bacarıqdır. Nizami öz qocalıq sinnində deyilənləri 
bir daha təkrar etmişdir. 
İskəndərin dirilik suyu dalınca getməsi ona qismət deyilmiş, qaçmaq əvəzinə 
yerində oturmalı imiş. Nizaminin fikrincə allahın işlərinə qarışmaq olmaz.  
Nizami ceyranları sevib ona nəvaziş göstərən Bəhrami Gurun eyni zamanda onların 
əzablı ölümünə səbəb olanın aqibətinin necə olacağını ancaq tanrının bildiyini söyləyir. 


101 
 
 
Təbiidir ki, Nizami sona qədər bu fikirdə qalır. O, fala baxmağa inanmır və deyir ki, 
insan ancaq çarəsizlikdən bu işə gedir. Görününr ki, Nizami xurafatın tam əleyhinə olub 
və demiş ki, ulduz, insanın nə dərəcədə yaxşı və pis vəziyyətə düşəcəyini xəbər verəcək? 
 
Dünyanı dərk etmə 
Dünya haqqında çox şeylər yazılıb və çox sözlər deyilib. Nizami dövrünün 
mütəfəkkir islamşünası  İmam Məhəmməd Qəzali belə xülasə edir: «Dünya özü də bir 
cadugərdir ki, onu insan çətin başa düşər». 
Gözəl bir qadın adamı özünə aşiq edib, sonra evinə aparıb öldürə bilər. 
Nizami xəmsə böyu «Sirlər xəzinəsi»  əsərindən tutumuş ta «İskəndərnamə» yə 
qədər dünya və onda pis-yaxşı cərəyan edən hadisələrdən geniş bəhs etmişdir. Xeyir və 
şər, küpə girən qarı, zülm və rahatlıq, doğru-yalan kimi hadisələr oxucuya tam açıqlığı 
ilə çatdırılmışdır. Bu, hər şeydən əvvəl şairin özünün dünyaya baxışı ilə izah edilməlidir. 
Nizami fəlsəfəsinə görə dünya bir divdir. Xalqın qanı, onun abi-həyat, günəşin 
çeşməsi onun nəməkdanıdır. Dünya həm də ziddiyyətlərlə doludur. Hələ heç kəs bundan 
nə doymuş, nə də baş açmışdır. 
Şirinin ölümü zamanı Nizami bu fikrə gəlir ki, dünyaya etibar yoxdur. Nə verirsə, 
axırda onu da alır. Eşq olan yerdə, qəm də var. Əgər yarpaq gül açırsa, sonra yüz tikan 
verir. Cavanlıq  şadlıq gətirirsə,  qocalıq ölümlə  nəticələnir. Ölümlə olum arasında 
əslində elə də çox bir zaman yoxdur. 
Nizami bu əqidəyə  gəlir ki, ancaq ağıllı adamlar bu dünyadan yaxşı istifadə edə 
bilərlər. Onda ölüm onlar üçün qorxulu olmaz. Ömrün müvəqqəti, dünyanın daimi 
olduğunu bildirən mütəfəkkir şair ondan bəhrələnməyin vacib olduğunu bildirir. Nizami 
yazır ki, çətinliklə dünyaya gəlib, elə o tərzdə  də dünyadan getməliyik.  Əgər  şeytan 
insanı aldada bilməsə, insan dünyada çox şadyananıqla yaşaya birlər. Sadəcə olaraq 
yaşamağı bacarmaq və dünyanın nəbzini tutmaq lazımdır. 
 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə