Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

102 
 
 
Ölüm 
Ölümdən dəhşətli bir şey dünyada yoxdur. Yaşayanların hamısı gərçi aqibətlərinin 
belə olacağını öncədən bilirlər. Ancaq filosof və  ağıllı adamlar əslində ölmürlər. Ona 
görə ki, onların əməlləri yaşadıqca özləri də yşayırlar. Ölümə çarə yoxdur. Ölüm fəlsəfi 
həkim Nizamidə yaşayış üçün ibrət və tənbehdir. 
Nizami «Sirlər xəzinəsi», «Xosrov və  Şirin», «Leyli və  Məcnun», «Yeddi gözəl» 
və «İskəndərnamə» qəhrəmanlarının ölümlərini və son əcəl aqibətlərini müxtəlif tərzdə 
göstərsə  də, axırı qara torpaq olduğunu vurğulayır. Keyxosrovları,  İsgəndərləri udan 
qara torpaq gələnin bir gün gedəcəyinə bariz nümunədir. Dünya tülkü kimi hiyləgərdir. 
Nizaminin tövsiyəsi budur ki, ömründəki həyatını o qədər yaxşı keçirt ki, ölüm 
ayağında peşman olmayasan, ömrü şadlıqla yaşayasan. Ölümü ölümdən qabaq düşün 
deyən Nizami ondan da qorxmamaq lazımdır  əqidəsinə  gəlir. Ömrü ömür kimi başa 
vuranlar xoşbəxtdir. Bütün mübarizələr həyatda ancaq diri olanda olur. Ölümdən sonra 
iki ad qalır: «Yaxşılıq və pislik».  
Birinciylə yaşayanları nikbin, iknciylə yaşayanları bədbin anıb yad edirlər. 
 
III FƏSİL  
Əxlaq  
Əxlaq barədə hikmət fəslində danışdıq və göstərdik ki, mütəfəkkirlərin nəzərincə 
islami və yunani əxlaq qədimdir. Bizə aydın oldu ki, insan rəftarında  əxlaq zəruri rol 
oynayır. Ev, ailə, ictimaiyyətdə onun əhəmiyyəti böyükdür. İnsanın əxlaqı onun mədə-
niyyətinin nə dərəcədə olduğunu bildirir. Əxlaqlı insan maddi və mənəvi həyatdan ləzzət 
alır, dünyaya gəlib getməsindən heyfslənmir. Bu da onu fəzilətə aparır ki, insan səadətə 
qovuşur. Qədim xristian alimləri insan əxlaqını iki yerə bölüb onu aşağıdakı kimi 
səciyyələndirirlər:  
1.
 
Qurur, özünübəyənmə, şöhrətpərəstlik, həsəd, qarınqululuq, əyilmə, tənbəllik;  
2.
 
Hikmət, iffət, şücaət, ədalət, məhəbbət, yaxşı iş və ümid. Bunların bəziləri allah, 
bir çoxları təbiət tərəfindən verilmişdir.  


103 
 
 
Əflatun hər bir fərddə bu fəzilətlərin üç olduğuna işarə edir.  
Hikmət salamatlıq və ağlın yüksək zirvəsidir.  
İffət – hissiyyatların salamatlıq rəmzidir.  
Şücaət – insanın idarəetmə mərkəzidir.  
Dördüncüsü odur ki, fəzilət adlanır və fərdidən ictimaiyə keçir.  
İslam hikmətləri  Əbu  Əli  İbn Sina, Nəsərəddin Tusi, sonrakı mütəfəkkirlər 
tərəfindən Əflatunun təbirlərinin digər formasında izah edilmişdir. Qədim şərqdə təbiəti 
4 ünsürlə: su, külək, od və torpaqla izah etmişlər. Bu dördlük fars ədəbiyyatında dörd 
ana, dörd əjdaha, dördlük anlamı gətirən bəzi ədəbi cərəyanlarda özünü göstərir. Bizim 
əxlaq hədəfimiz ona görədir ki, görək Nizami Hansı əxlaqı seçmişdir.  
Nizami Gəncəvi  əsərlərini oxuyub təhlil edərkən onun yazılarındakı  əxlaq 
məsələlərinə aşağıdakı qənaətlə yaxınlaşırsan:  
1.
 
İffət   
Şəhvətin  ən yüksək pilləsi iffətdir. Nizami irsiyyətə böyük əhəmiyyət verir və 
nəfsin toxluğunu  əsas hesab edir. Bu sahənin  ən mühüm əsəri «Xosrov və  Şirin»dir. 
Dastandakı  Şirin surəti iffətin  ən yüksək mərtəbəsidir. Bu təmiz iffətin nəticəsidir ki, 
Şirin özünü Xosrovun Şəhvətindən azad edib onu həqiqi mənada sevməsinə nail olur.  
Məhinbanunun  Şirinə verdiyi nəsihət tam iffətlə doludur. O, şaha baş  əyməməyi
tez  şirin sözlərə inanmamağı  və  şəhvət hesabına iffəti itirməməyi qardaşı  qızı  Şirinə 
tövsiyə edərək deyir:  
«Gər u mah əst, ma afitabim,  
Gər u Keyxosrov əst, ma Əfrasiyabim».  
O, aydırsa, biz də günəşik,  
O, Keyxosrovdursa, biz də Əfrasiyabıq.  
Şirinin öz növbəsində  Məhinbanunun nəsihətlərinə qulaq asması onun özünün 
iffətinin qorunmasına və şəhvətinə qalib gəlməsinə səbəb oldu.  
Nizami iffətdən bəhs edərkən aşağıdakıları nəzərdə tutmuşdur:  
Allahdan qorxma, pəhrizkarlıq, şərm və həya, səbr və etiqad.  


104 
 
 
Nizami sonda belə  nəticəyə  gəlir ki, şəhvət lazımdır, ona görə ki, bu, nəslin 
davamıdır. Ancaq yaxşı olar ki, bu iş savab və halal yolla həyata keçirilsin. Zinadan 
əmələ gəlmişlərin işindən yaxşı bir şey gözləmək mümkün deyil.  
Qənaət  
Xacə Nəsir Tusi deyir ki, qənaət insanın nəfsinin bütöv olması və sabahını nəzərə 
almasıdır. İnsan, heyvan deyil ki, elə əlinə keçəni dərhal yeyə.  
Nizami deyib ki, heyvanlar yaşamaq üçün əllərinə keçəni yeyib onunla da qane 
olurlar.  
İnsan isə şüuru hesabına əlinə nə keçsə toplayır, sabahı düşünür. Əlindəkindən bir 
qədəri gedəndə naləsi asimana çıxır.  
Həyatda qane olmaq asudəçiliyin rəmzidir. İnsanın az yaşamasını nəzərə alsaq cüzi 
nemətlər ona bəsdir. Şairin fikrincə qənaətlə ye ki, həmişə yeyə biləsən, başqalarını da 
yedizdirə biləsən.  İsrafçılıq insanların müflisləşdirə bilər. Nizami bütün əsərlərində bu 
məsələyə toxunmuş və dönə-dönə bundan bəhs etmişdir.  
«İskəndərnamə» əsərində Nizami bu məsələni çox qabarıq bir şəkildə göstərməyə 
nail olur. Mütəfəkkir həkimin fikrincə insan yaşamaq üçün yeməlidir, lakin tamahını 
saxlamağı da bacarmalıdır. Bir halda ki, dünya malı dünyada qalır.  
Nüşabənin  şam yeməyi vaxtı iskəndərin qarşısına boşqabda ləl-cəvahirat 
qoydurması şahı təəccübləndirir.  
İskəndər soruşur ki, yemək əvəzinə bu qızıl-gümüş nədir? Nüşabə cavab verir ki, 
sən ölkələri qarət etmək məqsədiylə gəlirsən, ona görə də mən səni belə qarşılayıram ki, 
doyasan.  
İskəndər bu sözdən çox tutulur və Nüşabəyə öz dost əlini uzadır. Əsərin sonunda 
hətta, o dostluğun nəticəsi kimi Azərbaycana hücum edən rusları İskəndər Azərbaycan-
dan qovur və Nüşabəni əsirlikdən azad edir.  
Nizaminin fəlsəfəsinə görə ağlın da hamısını birdən işlətmək olmaz. Ona da qənaət 
et ki, sənin bərk ayaqda köməyinə gəlsin.  
2.
 
Qoçaqlıq.  


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə