Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

105 
 
 
Qoçaqlıq-cəldlik fəziləti ilə bağlı olub şücaət deməkdir. Nizami əsərlərində bu 
mövzuya toxunub, onu göstərmiş və tənbəlliyin əleyhinə çıxmışdır.  
«Sirlər xəzinəsi» dastanında yaşlı kişinin kərpic kəsməsi, Fərhadın «Xosrov və 
Şirin» poemasında dağı  təkbaşına çapması, «Leyli və  Məcnun»  əsərində Nofəlin 
qoçaqlığı, «Yeddi gözəl» də Bəhramın at çapma, qılınc tutma, ov ovlama qoçaqlığı və 
«İskəndərnamə» dastanın da İskəndərin şücaətləri söylədiklərimizə bariz nümunədir.  
Başqa fəzilətlər  
1.
 
Yaşamağa sevinmək. Nizami bir günün yaşamağını yüz ilin ölülüyündən üstün 
tutur. Nizamiyə görə dünya dilxoşluq üçün yaradılmışdır. Sadəcə olaraq ondan yerində 
və doğru dürüst istifadə olunmalıdır.  
2.
 
İş və çalışqanlıq.   
Bəşər övladı öz işi və yaratdığı yaxşı  nə varsa fəxr etməlidir.  İş isə ancaq 
çalışmanın nəticəsində öz bəhrəsini verir. İş insanın cövhəridir. Nizamiyə görə  iş  və 
çalışqan insanın yeri behiştdir. Şair tənbəlliyi pis bir adət kimi tənqid etmişdir. «Yeddi 
Gözəl» poemasındakı Fitnə surəti iş və çalışqanlığın nə olduğunu Bəhram Gura anladır. 
Farslarda: «Yaxşı iş görmək, çox iş görməkdəndir» atalar sözü şairdə öz yerini alır.  
3.
 
Niyyət və görmə.  
Nizami  şifahi xalq ədəbiyyatından bəhrələndiyi üçün «Niyyətin hara, mənzilin də 
ora», «Zəhmət çəksən, bəhrəsini görərsən» kimi ifadələri əsas götürərək bu fikirləri öz 
əsərlərində təsdiqləməyə çalışmışdır.  Nizamiyə görə niyyətin hamı üçün yaxşı olmalıdır 
ki, nəhayətdə sənin özünə də xoş niyyət qismət olsun. Bunları «Yeddi Gözəl» əsərindəki 
qadınların söylədikləri nağıllardan duyuruq. Bunları yada salmaqla şairin əqidəsi aydın 
olur ki, hər gördüyünə yaxşı yanaş, niyyətini xoş et ki, dünya və allah səndən razı qalsın. 
Nizaminin dünyagörmüş insanlarla oturub-durması və onlardan öyrənməsi gələcək işinə 
böyük təkan vermişdir.  
Eşq  
Bəşəriyyətin ən ali və ülvi hisslərinin ifadəsi eşqdir. Bunu Nizamidən üstün heç kəs 
söyləyə bilməmişdir.  


106 
 
 
Eşqdir mehrabı uca göylərin,  
Eşqsiz ey dünya nədir dəyərin?  
Eşqsiz olsaydı xilqətin canı,  
Dirilik sarmazdı ulu cahanı. (71-245)  
Şirinin Xosrova, Fərhadın  Şirinə, Leylinin Məcnuna və  Məcnunun Leyliyə  eşqi 
pak, saf, təmiz və ülvi hisslərlə dolu eşqi hamıya  şamil olmalıdır. Eşq də  əxlaqın 
içərisindədir. Eşq ilə yaşayanların həyatı uzun, özləri sağlam, mənəviyyatları pak olur.  
Eşq elə bir sonsuzluqdur ki, ta insan özünü tanıyıb dərk edənə qədər danışılıb, hələ 
də davam edir, nə qədər dünya şairləri eşq və məhəbbətdən yazmışlarsa da, yenə bitmək, 
tükənmək bilmir. Eşq və aşıq Nizami əsərlərində çox canlı bir şəkildə ifadə olunmuşdur. 
Nizami eşqdən böyük  ruh yüksəkliyi ilə yazsa da, onu əxlaqın tərkib hissəsi kimi 
görmüşdür. Elə əxlaqsız adamdan pak eşq gözləməyin özü də cahillikdir.  
Şeyx və  həkimin qayəsi doğru-dürüstlükdür. Özü də etiraf edir ki, Nizami ancaq 
düzlükdən ucalmışdır. Eşqə  gəldikdə isə insanlar ona giriftar ola biləndən sonra başa 
düşə bilərlər. Şairə görə eşqsiz insan quru bir ağacdır. Onun yenidən göyərməsi mümkün 
deyil. Nizami bu sözləri ancaq şeir, ədəbiyyat xatirinə deməmiş, öz qadını Afaqı ülvi bir 
məhəbbətlə sevdiyini etiraf etmişdir.   
VI FƏSİL  
Mənzil tədbiri  
İnsan yaşayışının əsas meyarlarından biri mənzildir. Çünki, ata-ana, övlad, ağa və 
nökər münasibətləri öncə  mənzildə öz təşəkkülünü tapmalıdır. Adlarını sadaladığımız 
insanlar mənzildə şərikdirlər.  
Nizami mənzil daxilindəki işləri aşağıdakı kimi təsəvvür etmişdir:  
1.
 
Övlad tərbiyəsi.  
Yaxşı  nəsihət seçmək övlad üçün ən gözəl addır. Uşaq üçün doğru nəsihət yolu 
onun  şəxsiyyətinin düzgün formalaşmasına gətirib çıxarır. Nizaminin öz oğlu 
Məhəmmədə  nəsihəti ata-oğul münasibətlərinin neçə olmasını göstərir. Nizaminin 


107 
 
 
Məhəmmədə verdiyi 7 yaşındakı  nəsihət, 14 yaşındakı öyüdündən fərqlənir. Çünki, o, 
hər yaş xüsusiyyətinin özünə görə nəsihəti olduğunu dərk etmişdir.  
Nizamiyə görə valideyn nə qədər elmli, bilikli, savadlı adam olsa da onun övladına 
verdiyi nəsihətin hesabına qiymətini almalıdır. Övlad da öz növbəsində valideynin adını 
yüksəltməlidir. Əsərlərində övlad-valideyn münasibətləri mühüm yer tutan şairin əxlaq 
tərbiyəsi önəmli olaraq qalır. Bu üzdən də Nizami övlad tərbiyəsinin əsasını belə təsvir 
edir:  
Allahdan qorxma, xalqla ədəblə davranma, özünü tanıma, elm əxz etmə, dost 
seçiminə diqqət və  həmsöhbət, ayıq olmaq, dünya işlərinə maraq, dünyanı  dərk etmə, 
nikbinlik, peşə seçimi və mərifət, ağılla yaşayıb seçdiyin peşəni sevmək.  
Uşaq elə bilər ki, onun atasından güclüsü yoxdur. Böyüyəndə də bunu desə, onda 
həqiqətən atasını kəsb etmişdir.  
Nizami insan yüksəlişini var-dövlət, zorda görmür, ancaq elmdə təsəvvür edir.  
Buna görə də Nizami öz dastanlarında Qeys, Bəhram, Xosrov və İskəndəri ağıl və 
elmlə  məşğul olmağa çağırır. Lakin zamanında müsəlmanların hamısı  mənzilində 
bundan istifadə edə bilməmişlər. Demək, bir Nizaminin təsiri bütün Yaxın və Orta 
Şərqə, Avropaya yayılaraq qiymətləndirilmişdir. Nizami tərbiyəni təlimlə bir yerdə zikr 
etmişdir. Elmsiz adamı alaq otuna bənzətmişdir. Özünün hərtərəfli elm alması, yazılarını 
cilalamış, şeriyyatına xüsusi yaraşıq vermişdir.  
2.
 
Ər-arvad.  
Bu sahədə Nizami çox yazmamışdır. Hərçənd ki, onun qadınlara münasibəti çox 
yüksək olmuşdur.  Şair qadını evin aparıcı qüvvəsi, övladların ümdə  tərbiyəçisi və 
cəmiyyətin yarısı hesab etmişdir. Lakin ər-arvad münasibətlərində ara-sıra bəhs edən 
Nizami bu münasibətlərdə  səmimi olmağın və bunun övlad tərbiyəsinə böyük təsiri 
olduğunu vurğulamışdır. Əsərlərinin birində insan özünə cütlük seçəndə özünə münasib 
tay tapmağı tövsiyə etmişdir. Lakin Nizami əsərlərindən məlum olur ki, o, qadına gözəl 
münasibət bəsləyir, yeri gəldikdə kişiləri onların vasitəsilə  ağıllandırır. Ancaq 
zəhmətkeş kişini ailə başçısı kimi alqışlayır. Doğru danışmaq və  vəfadarlığın hər iki 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə