Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

108 
 
 
cinsə aid olduğunu göstərir. Ailə  təkqanadlı quş deyil, o, ancaq iki qanadı ilə  zəngin 
səmalara qalxa bilər.  
V FƏSİL  
Şəhər mədəniyyəti və siyasət  
Müxtəlif ölkələrdə  və  şəhərlərdə insanların təbəqələşməsi, cəmiyyətdə  şəhər 
mədəniyyəti və siyasətinə gətirib çıxarır. Burada hikmət, elm, sənətkarlıq inkişaf etməyə 
başlayır.  
Qədim filosoflar şəhər mədəniyyəti barədə öz mülahizələrini bildirmişlər. Nizami 
də bu haqda öz fikirlərini bəyan etmişdir.  
Qədim yunan filosoflarından Sokrat, Əflətun və Ərəstu ölkə və şəhərlər barədə öz 
fikirlərini demişlər.  Əldə olunan məlumatlarda Sokrat dediklərindən  əlimizdə  əsas 
yoxdur. Lakin Əflatunun «Cümhuriyyət» və Ərəstunun «Siyasət» kitablarından məlum 
olur ki, şəhər həyatı inkişaf etdikcə o dövr siyasəti də özünü göstərir.  
İran qabaqcıl fikir adamları da «İranda hökumət», «ölkəşünaslıq» kimi fikirləri 
izhar etmişlər. Əflatun «Cümhuriyyət» kitabını 5 hissəyə bölüb aşağıdakı kimi hissələrə 
ayırmışdır:  
1.
 
Ədalət və onun mahiyyəti bəhsi.  
2.
 
və 3. Dövlət və hökumətin xüsusiyyətləri, hakim təbəqə və ədalətli hökm.  
4 və 5. Hökumət işlərinin gedişi və onların tərəqqisi.  
Əflatunun ideal hökuməti aristokrat, elm və bilikli olmalıdır.  
Amma Ərəstunun «Siyasət» əsərində hökuməti bilən adam idarə etməlidir.  
İbn Sina isə demokratik əsaslarla padşahlı üsul-idarəsinə üstünlük verir.  
Maraqlıdır ki, Nizami həm yunan, həm də şərq siyasətinin sintezi əsasında dövləti 
görmək istəyir. Onun üçün ədalət birinci yerdə durmalıdır.  
Nizami insan yaşayışını cəmiyyətdən ayrı təsəvvür etmir. Onun fikrincə cəmiyyətin 
quruluşu hər bir fərdə öz təsirini göstərir. Nizami əsərlərindəki hekayə, təmsil, kinayə, 
əfsanə  və  eşqdə  ədaləti  əsas tutur. Nizami, ölkə  və hökumətlərin idarəsində  ədalətə 
üstünlük verir. Dünyanı ağıl-kamalla, ədalətli siyasətlə idarə etməyin mümkün olduğunu 


109 
 
 
vurğulayır. Nizami, Ərəstu,  Əflatun, Farabi, Xacə  Nəsir kimi filosofların dedikləri 
fəlsəfəyə bələd insan kimi bu vasitənin lazımlığını vacib saymışdır.  
Nizaminin  əqidəsinə görə  şah özü ədalətli olmalıdır ki, rəiyyət də ona ədalətli 
yanaşsın. «Yeddi gözəl» dastanında Nizami Bəhram  şahın surətiylə açıq göstərir ki, 
şahın başı dövlət işləriylə deyil, eyş-işrətə qarışırsa, onda bundan istifadə edən vəzir-
vəkil hərcmərclikdən öz xeyirləri üçün istifadə edərək, ölkəni tam bərbad hala salarlar. 
Nizami zülm və zülmkarlıqdan uzaqdır. Şeirlərində zülm və zülmkarlığın ölkəyə mənfi 
təsirindən söz açmışdır. O, hər vəchlə  nəsihət yolu ilə zülmdən aralı olmağı tövsiyə 
etmişdir.  
Yaxşı  və pis padşah Nizami əsərlərində  əsas mövzu olaraq qalır. Yaxşılarla ölkə 
abad, firavan; pislərlə məmləkət bərbad, rəzil olduğunu canlı misallarla göstərir.  
Nizami ölkədə cəmiyyətin rolunu mühüm sayır. Cəmiyyət çoxluq təşkil etdiyi üçün 
lazım gəldikdə hakim qüvvəyə öz təsirini göstərmək iqtidarına malikdir. Bu sahədə 
şəhər cəmiyyəti daha aktiv olmalıdır, çünki, şəhərin inkişafı digər kənd və bölgələrə 
nisbətən daha geniş olur.  
Şairə görə  mənəvi dəyərlərin  şeirin də  təsiri cəmiyyət üzərində etkisi vardır.  Şeir 
insanlara nüfuz etmə qabiliyyətinə malikdir.  
Nizami göstərir ki, ədalətli şahın məmləkətində yaşamaq da asan və rahatdır. Ona 
görə ki, hamı öz işini bilir və onu olduğu kimi yerinə yetirir.  
Şəhərlərin inkişafı  və onların formalaşmasında hökmdarın və cəmiyyət üzvlərinin 
rolu danılmazdır.  
Cəmiyyəti qadınsız təsəvvür etmək mümkün deyil. İctimaiyyətin inkişafında 
qadının əhəmiyyətli rolu vardır. Cəmiyyətdə ancaq ağır işlər kişilər tərəfindən görülür, 
qalan bütün işlər qadının öhdəsinə düşür. Kişi evin sütunu, qadın isə onun dörd divarıdır. 
Qabusnamədə buna toxunulur; «Kimin ki, qadını düz və iffətlidir, evi və yaşayışı 
yüksəkdir».  
Əxlaqi Nasiri də bu fikirləri təsdiq edərək deyir ki, qadın cəmiyyətin idarə 
edilməsində və onun inkişafında əsas qüvvədir.  


110 
 
 
Sözün əsl və  həqiqi mənasında Nizami qədər dünya ədəbiyyatında qadına verilən 
yüksək qiyməti heç kəs verə bilməmişdir. Böyük mütəfəkkir  şair elə ilk şeirlərindən 
başlayaraq ta sonuncu əsəri «İskəndərnamə»yə qədər qadın surətlərini ruh yüksəkliyi ilə 
tərənnüm etmiş, qadının cəmiyyətdəki rolunu çox qiymətləndirmiş, onu ana və qadın 
kimi əziz tutmuşdur. Şərq ədəbiyyatında Nizaminin qadın obrazları başqalarına nisbətən 
daha gözəl, cəsarətli və  işgüzardırlar. Elə ilk dastanı «Sirlər xəzinəsi»ndəki Sultan 
Səncər və dul qoca qadın hekayəsi, «Xosrov və Şirin» dastanındakı Məhin banu və Şirin 
surəti, «Leyli və  Məcnun» poemasındakı Leyli obrazı, «Yeddi gözəl» əsərindəki ağıllı 
çin qızı surəti və  «İskəndərnamə» dastanındakı Nüşabə obrazı deyilənlərə  əyani 
sübutdur.  
Nizami, qadınların ancaq ev işləri görüb pərdə arxasında oturmağın tam 
əleyhinədir. Qadını  cəmiyyətdən gizlətmək və onu təcrid etməyin  əlehinə olan şair, 
cəmiyyətin inkişafını qadın vasitəsiylə daha yüksək olacağına inanır. Eyni zamanda 
qadında ona məxsus incəlik, iffət, analıq, gözəl  əxlaq, ağıl olmalıdır. Nizaminin 
yaratdığı qadın surətləri eyni zamanda hökumət işləri və siyasət sahəsində də çox aktiv 
insanlardır.  Şair öz qadını Afaqı çox sevmiş ona ancaq övladının anası  və  kəniz kimi 
deyil,  əsl insan kimi yanaşmışdır.  Şairin yazdıqları ilə  şəxsi  əqidəsi tam mütənasib 
olmuşdur. Fikrimizcə elə Nizamini sevdirən amillərdən də böyük oxucu kütləsinə bu idi.  
 
SÖZÜN QÜDRƏTİ  
Nizami qədər qüdrətli söz deyə bilən ikinci bir şairə rast gəlmək çətin məsələdir. 
Fars ədəbiyyatında çox qudrətli söz ustadları vardır, lakin Nizami qədər hər sözü yerli 
yerində demək onlara nəsib olmayıb. İran ədəbiyyatında şeir Nizami vasitəsi ilə yüksək 
səviyyəyə, mədəni formaya gəlib çıxmışdır. Böyük iftixar hissi ilə deyə bilərik ki, bugün 
Şərqin  şeiriyyatı Nizami kimi dühaların sayəsində dünya poeziyasının  ən pik nöqtəsi 
sayılır. Bu nöqteyi-nəzərdən Nizami əvəzsiz sənətkar olaraq bəşəriyyətin hafizəsində 
əbədi yaşayacaqdır.  


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə