6
çalışardı. Doğrudan da, nə qədər sənət adamına yubileylər keçirib, neçə sənətkara fəxri
fərmanlar təltif edib, onları fərdi təqaüdlərlə təmin etmişdir. Bir sözlə I Pyotr Rusiya
üçün, Mustafa Kamal Paşa Türkiyə cümhuriyyətinə, Heydər Əliyev Azərbaycana millət
atasıdır. Bunları sadalamaqla cənab Heydər Əliyevin geniş qəlb diapozonuna malik
olmasını göstərmək və Nizami Gəncəviyə bəslədiyi xüsusi rəğbəti açıb göstərməkdən
ibarətdir. Yuxarıda qeyd etdiyimiz kimi böyük Azərbaycan şair və mütəfəkkiri Nizami
Gəncəvi 800 il öyrənilib araşdırılmış deyildir. Bu fikir cənab Əliyevi narahat etməyə
bilməzdi. Nə üçün, İran-fars ədəbiyyatçıları Nizamini araşdırır, doğma vətəni
Azərbaycanda isə bu iş tamamilə unudulub, arxa plana çəkilmişdir? Buna görə də
Nizami Gəncəvinin 840 illik yubileyi ilə əlaqədar olaraq H.Əliyevin şəxsi, uzaqgörən
siyasəti nəticəsində 01.01.1979-cu ildə «Azərbaycan KPMK-nin xüsusi qərarı ilə böyük
şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini
yaxşılaşdırmaq tədbiqi haqqında» fərman verilir. Bu isə Nizami Gəncəvi haqqında işin
güclənməsinə təkan verir. Cənab Əliyev yaxşı dərk edirdi ki, biz klassik irsimizə və
böyük dahilərimizə qiymət verməyi bacarmasaq, bu, bizim tərəfimizdən ən böyük
biganəlik olar, zaman bizi bağışlamaz, bizim özümüzün aqibəti də belə ola bilər.
Heydər Əliyev bu işlərə daima özü bir qayda olaraq nəzarət və rəhbərlik edərdi.
Bütün bunlar azmış kimi əbədi prezidentimiz iki il sonra 1981-ci ildə Nizami
Gəncəvinin doğum gününü nəzərə alaraq, onun 840 illiyi haqqında yeni bir sərəncam
imzalayır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda Nizamini təbliğ edənlərin hamısına
imkan yaranır. Dövlət fərman və sərəncamları və müəlliflərə çap imkanı və maddi
maraqğın artması bu sahəyə öz bəhrəsini verir. Onlarla Nizamişünas alim, şair, yazıçı
riqqətə gəlib, şair haqqında illərcə yatıb qalan mətləbləri həyata keçirməyə başladılar.
Bundan sonra xeyli iş görüldü. Dövlət əhəmiyyətli bu iki qərar, fərman və sərəncamla
kifayətlənmək olardı. Ancaq uzaqgörən Heydər Əliyev cənablarının şəxsi təşəbbüsü
diqqəti cəlb edir. Belə ki, Bakıda metronun «Nizami» stansiyası tikilərkən cənab Əliyev
özü şəxsən bir neçə dəfə oraya gəlmiş, işin gedişi ilə maraqlanmış, metro
dayanacaqlarındakı rəsimlərin Nizami əsərlərindən alınan qəhrəmanların və əməkçı
7
insanların olmasına öz tövsiyələrini vermişdir. Sevindirici haldır ki, şairin doğma yurdu
Gəncədə Nizami məqbərəsinin yenidən qurulub, onun adına layiq olması ilə əlaqədar
göstəriş vermişdir.
Çox ciddi bir məsələni də xatırlatmaq yerinə düşərdi. Aydındır ki, cənab Heydər
Əliyev öz xalqını və onun bacarıqlı insanlarını çox sevirdi. Bu baxımdan Nizami xüsusi
yer tuturdu. Milli rəhbərimiz hər zaman bu barədə fəxarətlə və özəl olaraq gözəl nitq
qabiliyyəti ilə diqqəti cəlb edirdi. Cənab Əliyev Moskvada işləyərkən təklif etmişdir ki,
Nizaminin 840 illiyi qeyd edilsin. Lakin o zaman Kremlin daha yüksək məmurlarının
buna etirazı olmuşdur. Hətta onlar Heydər Əliyevə irad tutmağa çalışmışlar ki, 800-850
illik olsa keçirmək olar. Ancaq «Qeydar Aliyeviç» 840 illik yuvarlaq yubiley deyil, bunu
məqsədəuyğun saymaq olmaz. Heydər Əliyev isə özünəməxsus soyuqqanlılıqla cavab
verir: «Nizami elə böyük dahidir ki, biz onu hər il keçirməliyik». Bu kəlamdan sonra
hamı Əliyevlə razılaşır. Buradan belə nəticəyə gəlmək olur ki, başqalarına vaxtında əsl
qiyməti verməyi bacar ki, sənə də qiymət verə bilsinlər.
Son illər yaşlaşan prezidentimiz güman etmək olardı ki, artıq yorğunluq hiss
edəcək. Amma bunun əksinə oldu. O, daha da müdrikləşdi. 2002-ci ildə Rusiyanın
paytaxtı Moskva şəhərində və 2004-cü ildə elm mərkəzi sayılan Sankt-Peterburqda dahi
Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin təntənəli açılışı oldu. Cəsarətlə demək
lazımdır ki, cənab Heydər Əliyevin bu sahədə böyük rolu və şəxsi iştirakı fikirlərimizi
bir daha təsdiq edir. Siyahini daha çox uzada bilərdik, lakin Heydər Əliyev cənablarını
yurdunun və xalqının vətənpərvər oğlu kimi görmək istəyiriksə, böyük şair H.Cavidin
məzarını uzaq Sibirdən Azərbaycana, şairin doğma yurdu Naxçıvana gətirilməsi və
Nizami məqbərəsinə uyğun bir məzar tikilməsi kifayət edər.
Elə Cavid Əfəndinin misraları bu yerdə yada düşür:
Həyat var ki, ölüm qədər zəhərli,
Ölüm var ki, həyat qədər dəyərli.
Klassiklərimizə verdiyi qiymətə görə Heydər Əliyev cənablarının özü də hər cür
hörmətə layiqdir.
8
Ümummilli liderimiz göstərilənlərlə kifaytələnməyib Nizami irsinin daha yaxsı
öyrənilməsi üçün AMEA-da xüsusi Nizamişünaslıq şöbəsi yaratmış, respublikanın
görkəmli Nizamişünas alimlərini oraya cəlb etməyə nail olmuşdur. Heydər Əliyev
cənabları Nizaminin vətəni Gəncə şəhərində olarkən AMEA-nın Gəncə Elmi
Mərkəzində də Nizamişünaslıq şöbəsinin açılması təşəbbüsündə bulunmuşdur. Ölməz
liderimiz böyük uzaqgörənliklə dərk etmişdir ki, bu nəcib iş gələcəkdə öz bəhrəsini
verəcəkdir. Bəli, illər keçdi, onun fikirləri çin oldu. Belə ki, respublikada tanınmış
Nizamişünas alim professor X.Yusifli hazırda bu şöbəyə rəhbərlik edir. Nizami irsinin
öyrənilməsi üçün GDU-nun fars dili məüllimi Ağamirov Cahan və ərəb dili ixtisasçısı
Səfərov Nizami elmi işçi kimi burada fəaliyyət göstərirlər. Heç şübhəsiz ki,
Nizamişünaslıq sahəsindəki bu çalışmalar öz bəhrəsini verəcək, Azərbaycan xalqının
iftixarı Nizami Gəncəvi onun ikinci dahisi Heydər Əliyevin təşəbbüs və əməlləriylə
millətimizə lazımi dərəcədə çatdırılacaqdır. Bu, elmimizin təntənəsi kimi
qiymətləndirilməlidir.
Adı ictimai fikir tarixinə qızıl həriflərlə yazılmış ümumilli liderimiz Heydər Əlirza
oğlu Əliyev Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və mənəviyyatına qayğı və diqqət
yetirən, himayə edən böyük şəxsiyyət idi. O, Nizami, Nəsimi, Füzuli, M. F. Axundov,
M. Ə. Sabir, C. Məmmədquluzadə əsərlərinin fəlsəfi mənasını hər hansı bir alimdən də,
ədəbiyyatşünasdan da, filosofdan da dərindən açan, nəzəri təhlillərində tayı – bənzəri
olmayan söz sərrafı idi. Yubiley tədbirlərində, müxtəlif məzmunlu, məqsədli görüşlərdə,
ədəbi – ictimai yığıncaqlarda çıxışları, verilən suallara təmkinli cavabları onun həyata
baxışının fəlsəfiliyi heyranlıq doğururdu, Azərbaycan və dünya ədəbiyyatına, eləcə də
mədəniyyətinə dair fikirləri insanı düşündürürdü. O, ən qüdrətli söz ustaları haqqında
fikir söyləyəndə özünün də nəhəngliyini dərk etdirirdi. O, ədəbiyyat nümayəndələri ilə
daim təmasda olmuş, onların ehtiyaclarından xəbər tutmuş, qayğısını əsirgəməmiş, sovet
ideologiyasının tüğyan etdiyi vaxt yazıçıların mənəvi hamisi olmuşdur. Elə buna görə də
demək olar ki, Heydər Əliyevin ədəbiyyatımız və mənəviyyatımız haqqında fikirlərini
nəzəri cəhətdən öyrənmək və onu hər hansı bədii əsərin təhlilinə tədbiq etmək şərəflidir.
Dostları ilə paylaş: |