Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   2   3   4   5   6   7   8   9   ...   43

15 
 
 
tədbirlərinin keçirilməsi də hörmətli Prezidentin  milli mədəniyyətimizin böyük 
ustalarına, sənət adamlarına bəslədiyi qayğının nəticəsi idi.  
İllər ötəcək, Heydər Əliyevin bu sahədəki xidmətləri əbədi yaşayacaqdır. 
Nizami Gəncəvi  Şərq, Azərbaycan, Türk, İran,  İslam, Fars mədəniyyəti, 
mənəviyyati, ədəbiyyatı və şeriyyətini bütün dünyaya yayan və öz ölməz «Xəmsə»si ilə 
aytək parlayan, günəştək nur saçan dahi sənətkarlardan biridir. 
Onun anadan olma tarixi 1140-1141 illərə təsadüf edir. Lakin təəsüflər olsun ki, bu 
günə  qədər də tam dəqiq bir məlumat yoxdur. Ancaq ayrı-ayrı Nizamişünasların 
yazdıqları  sənədlərdə buna toxunulur. Bir həqiqət aydındır ki, şairin doğulduğu yer 
Gəncədir. Onun nisbəsi də buna işarədir. Digər tərəfdən Gəncə Orta əsr Azərbaycanın 
intibahı ilə bağlıdır. Bu şəhərdə elm, mədəniyyət, ticarət o qədər yüksək olmalı idi ki, 
Əbül  Əla Gəncəvi, Məhsəti Gəncəvi kimi böyük şairləri kölgədə qoyub özün 
irəliləyəydin. 
Nizaminin  əsl adı  İlyas, atasının adı Yusif, babasının adı  Zəkiəddin, Böyük 
babasının adı Müyyədfiddin olmuşdur. Qeyd edək ki, o dövrdə belə titullu adları ancaq 
yüksək mənsəb sahiblərinə verirdilər. Nizami sözünün lüğəvi mənasi nəzmə  çəkən, 
sıraya düzən deməkdir.  
Şairin anası  Gəncə kürdlərindən olub dayısı Ömər «Xacə» adı daşıyır. Bu 
məlumatlara əsasən Nizaminin ailəsi savadlı və dövrün mədəni insanları hesab olurdu. 
Nizami mükəmməl təhsilini də Gəncədə alıb özünün geniş mütaliəsi nəticəsində «Şeyx» 
və «Həkim» kimi yüksək rütbələri kəsb etmişdir. Nizami dahiliyinin göstəricilərindən 
biri də odur ki, o, özünün sələf və xələflərinə böyük hörmətlə yanaşmış, digər tərəfdən 
Nizami  Şərqin elmi dili ərəb dilini mükəmməl bilmiş,  şeir dili sayılan fars dilini ən 
yüksək zirvəyə qaldırmış, türk, yunan və kürd dillərini bilməklə poliqlot bir şəxsiyyət 
kimi yüksəlmiş dünyanın  ən layiqli sənətkarı kimi bütün xalqlar tərəfindən hörmət 
qazanmışdır. Nizaminin həyat və yaradıcılığı bircə poeziyayla bitmir, onun yaradıcılığı 
çoxşaxəlidir. Nizami quranı oxumuş, özü təhlil etmişdir. Xalq rəvayətlərindən 
əsərlərində istifadə etmiş, elmin bütün sahələrinə baş vurmuş, antik dövrün fəlsəfəsini 


16 
 
 
öyrənmiş  və  nəticədə  əsərlərində bunu göstərmişdir. Nizamiyə  qədər heç bir yazar 
Şərqlə  Qərbi bu qədər birləşdirə bilməmişdir. Nizami əsərlərini oxuyarkən bu qənaətə 
gəlmək olur ki, heç mübaliğəsiz o, öz dövrünün mövcud olan bütün elm sahələrindən 
xəbərdar olmuşdur. «Xəmsə»dən başqa Nizaminin şeirlər divanı olmuşdur. Lakin 
təəsüflər olsun ki, bu divan bizə gəlib çıxmamışdır. Bununla belə onun bir hissəsi Sankt-
Peterburqdakı Saltıkov  Şedrin adına kitabxanada saxlanılmaqdadır. Nizamiyə dünya 
şöhrəti gətirən əlbətdə onun ölməz «Xəmsə»sidir. Şair öz dövrünün hər işi ilə razılaşmır, 
hər cür zülmə və ədalətsizliyə qarşı öz etirazını bildirir, şahlara nəzirələr yazıb tərifdən 
qaçırdı. Nizaminin amalı insanlara təmiz xidmətdən ibarət idi. Şairin fikrincə insan yer 
üzünün  əşrəfi olaraq, o, oyuncaq deyil, onun ağlı  və düşüncə  tərzi vardır. Nizami 
Gəncəvi  əsərlərini oxuduqda təkcə Azərbaycan haqqında deyil, bütün Yaxın və Orta 
Şərq barədə dünyamız haqqında geniş və doğru məlumatlara sahib olursan. Nizaminin 
hər misrası  fəlsəfi-didaktik fikrin təcəssümüdür. Nizami yaradıcılığının  ən yüksək 
zirvəsində insan dayanır. O, insanın hər  şeyə qadir olduğunu dəqiq həyatı misallarla 
açmağa müvəffəq olmuşdur: 
 
Poladdan dağ olsa yenə də inan
Vurub parça-parça dağıdar insan. (87-213) 
 
Nizami bəşəriyyə sevimlisi ona görə olmuş və əsərləri bütün dünya dillərinə dönə-
dönə tərcümə edilmişdir ki, o, həyat eşqi ilə yazıb-yaradan nadir sənətkarlardandır.  
«Xəms» ərəb kəlməsi olub «beş» deməkdir. «Xəmsə» isə «beşlik» mənasına gəlir. 
Nizami yaradıcılığının da əsasını 5 poema təşkil edir. 
Şairin həyat tərzi yaxşı keçmişdir. Belə ki, tanınmış ailədən olması ona mükəmməl 
təhsil almağa imkan yaratmış, yazdığı  əsərlərə görə dövrün hökmdarları  tərəfindən 
mükafatlandırılmış  və  hətta ona hər ay 40 axça maaş  kəsilmişdir. O dövr üçün bu 
məbləğ az sayılmırdı. 
Şairin həyat yoldaşı Afaq qıpçaq qızı olmuş və ondan da Məhəmməd adlı bir oğlu 
olmuş  şairin həyatı Afaq ölənə  qədər mənalı keçmiş, lakin Afaqın ölümü onu 


17 
 
 
sarsıltmışdır. Afaq kəniz kimi Nizamiyə hədiyyə edilsə də, şair humanistlik edərək onu 
özünə ömür-gün yoldaşı seçmişdir. Dünya şairləri içərisində qadına bu qədər yüksək 
qiymət verən insan ancaq Nizami olmuşdur. 
«Xəmsə»sindəki bütün əsərlərində «Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Leyli və 
Məcnun», «Yeddi Gözəl», «İskəndərnamə»də bu məsələ özünü bariz şəkildə göstərir. 
Şirin surəti, Leyli obrazı, Nüşabə mərdanəliyi buna misaldır.  
Nizami, insan, onun problemləri, zəhmət, əmək, sevgi motivlərini o qədər gözəl bir 
surətdə oxucuya təqdim etməyi bacarmışdır ki, illər, qərinələr, əsrlər, nəsillər ötüb keçsə 
də, yenə oxunacaq bəşəriyyətin istifadəsi üçün yararlı olacaqdır. Bununla da Nizami 
hələ sağlığında  əbədilik libasını geymiş  sənətkar olaraq milyonların qəlbində 
yaşayacaqdır.  
Şair, nə üçün mən «Xəmsə»ni yazdım sualına «İskəndərnamə» proloqunda cavab 
verir: 
Oturub-durdum dünya görmüş müdriklərlə, ona görə  də çalışdım yazım tarixi 
simalardan. Bu sehirli-sirli dünyanın xəzinəsini açmağa çalışdım. Onun üçün də «Sirlər 
xəzinəsi»ni açdım. Buna bir şirinlik gətirmək üçün «Xosrov və  Şirin» yaratdım.  Şərq 
qadınının sadiqliyini göstərən «Leyli və  Məcnun» meydana gətirdim. Ruhlanıb atımı 
«Yeddi gözəl» üzərinə çapdım.  İndi söz meydanında «İskəndərnamə»dən danışım. 
Şairin özünün dediklərindən aydın olur ki, «İskəndərnamə» onun şah  əsəridir. Həqiqi 
mənada bu əsərlə Nizami öz fəlsəfi fikirlərini burada tərənnüm etməyə nail olmuşdur. 
Şairin ilk əsəri «Sirlər xəzinəsi» dünya poeziyasının  ən gözəl nümunəsi kimi şöhrət 
qazanmışdır, Nizami nəinki təkcə bu əsəriylə, hətta, hər beyt, misra, kəlamıyla insan 
mənəviyyatına təsir etmiş, onu düşündürmüş  və özünə  cəlb etmişdir. Bu əsərdə insan 
əsas meyar olaraq onun bütün potensialını açıqlanmışdır.  Əsər yaradanın adı, 
peyğəmbərin tərifi, ithaf olduğu hökmdarın istəyi və  ən  əsası  şairin öz ideyası  bəhrəsi 
olaraq yazılmışdır. Nizami başqalarından fərqli olaraq məddahlıqdan, boş  tərifdən və 
asılılıqdan uzaq olmağı, öz fikirlərini sərbəst söyləməyi üstün tutmuşdur. Buna 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə