Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   35   36   37   38   39   40   41   42   43

126 
 
 
2.
 
Məctəbi Minui 535.  
3.
 
V.Dəstgerdi 533-dən 540-a qədər.  
4.
 
Minnreski 541-dən 551 hicri arasında.  
5.
 
Darab Xan (Sirlər xəzinəsini ingiliscəyə mütərcimi) 540 hicri.  
6.
 
Doktor Məhəmməd Moin 542-543 hicri.  
7.
 
Doktor Zəkihulla Səfa 530 hicri.  
8.
 
Doktor Şəhabi 530-540 arasında hicri.  
9.
 
Mirabbas Bağırzadə 520 hicri hesab edir.  
Ancaq bir mətləb var ki, Gəncə zəlzələsi 534 hicridə baş vermiş və Nizami onun 
törətdiyi dəhşətləri göstərmişdir.  
 
Nizaminin ölüm tarixi 
Şairin vəfat etmə tarixi də müxtəlif illərlə göstərilir:  
1.
 
Təzkirəçi Dövlətşah Nizaminin ölüm tarixini hicri 576 göstərir.  
2.
 
Qəzvini, Gəncə qeydlərində şairin vəfatını hicri 590 qeyd edir.  
3.
 
Hacı Xəlifə isə 596-597 kimi təqdim edir.  
4.
 
Bertels və Ripka 599 hicriyə təsadüf etdiyini iddia edirlər.  
5.
 
Şəbli «Əcəm şeri» əsərində hicri 599-u təsdiq edir.  
6.
 
Bəzi nüsxələrdə doktor Şəfa hicri 589 göstərir.  
7.
 
Doktor Məhəmməd Moin və doktor Zəbihulla Səfa 614 hicri qeyd edir.  
8.
 
Vəhid Dəstgerdi 600-602 hicri arası izah edir.  
9.
 
Müxtəlif təzkirəçilər 576, 586, 596, 597,602, 606 hicri tarixlərilə vermişlər. 
 


127 
 
 
Nizaminin dəfn olduğu yer. 
Nizami Gəncədə dəfn edilmişdir. Onun məzarı ziyarətgaha çevrilmiş və movzoley 
şəklindədir.  
Nizaminin xəmsəsi. 
Nizaminin 5 məsnəvisi xəmsə kimi məşhurdur. Nizami bu məsnəviləri xəzinə 
adlandırmışdır. «Şərəfnamə»  də xəzinələr deyə müraciət etmişdir. (Şərəfnamə səh.78)  
 
“Sirlər xəzinəsi”  
Bu poema 2288 beytdir və  səri bəhrində yazılmışdır.  Şair bu mənzuməni Məlik 
Fəxrəddin Bəhram  şaha həsr etmişdir. Bunun müqabilində  şah, Nizamiy 5 min dinar 
mükafat vermişdir. Əlavə olaraq qıpçaq qızı Afaq adlı kənizi də ona bağışlayıb, 5 hektar 
da yer ayırmağı  əmr etmişdir. Bu əsər irfan və  əxlaq üzərində qurulmuşdur.  Şair iki 
yerdə  xəlqedəndən bəhs etdikdən sonra 20 məqalat yazır ki, onların hər biri ayrı-
ayrılıqda bir dastanı xatırladır.  
 
 
“Xosrov və Şirin”  
Bu əsər 6500 beyt olub müsəddəs bəhrində yazılmış, Toğrul İbn Arslan Səlinqi və 
Atabəy  Şəmsəddin Məhəmməd Cahan pəhləvan ibn Eldəgiz, Qızıl Arslan ibn Eldəgiz 
üçün başlanıb və Toğrul Qızıl Arslan xatirinə sona çatır. Bu əsər eşq macərası olsa da, 
yenə hikmətlərlə  əlaqəlidir. Buna görə  də Nizamiyə  hətta kənd  də bağışlamışdır və 
«Xosrov və Şirin» tezliklə dillər əzbəri olmuşdur. Bu mənzumə Firdovsi «Şahnamə»sinə 
oxşayışı ilə diqqəti cəlb edir.  
 
“Leyli və Məcnun”  
Bu məsnəvi 4130 beytdən ibarət olub musəddəs bəhrində yazılmışdır. Bu əsər 
Şirvanşah Cəlaləddin Əbu Müzəffər Axistan ibn Mənuçehrə həsr edilmişdir. Bu dastan 
Qeysin və Leylinin eşqinə həsr edilmişdir ki, onların hər ikisi Bəni Amir qəbiləsindən 


128 
 
 
olmuşlar. Bu dastan ərəb  şifahi xalq ədəbiyyatında olsa da zəmanəsinin hökmdarı 
Mənuçehrin xahişi ilə Nizami onu nəzmlə yenidən yazmalı olur. Bu məsnəvi Nizaminin 
sayəsində daha da məşhurlaşır.  
 
“Yeddi Gözəl”  
Bu əsərə «Bəhramnamə» və «Yeddi Gözəl» adları da verilmişdir. Bu mənzumə 5 
min beytdən artıq olub xəfif müsəddəs bəhrində yazılmışdır. Əsər Sultan Ələddin Kürp 
Arslan Marağa hakiminə ithaf edilmişdir. Nizamidən əvvəl bu dastan Firdovsi tərəfindən 
nəzmə  çəkilmişdir. Bu mənzumə Sasani hökmdarı 5-ci Bəhramın həyat və 
fəaliyyətindən bəhs edir. Ona Bəhrami Gur deyərdilər. Nizami Bəhramın taxta 
çıxmasından onun 7 gözəllə evlənməsini, 7 künbəz, 7 iqlim, 7 rəngi göstərir. Bəhramın 
hər künbəzdə bir ölkənin qadınlarının yerləşdirib və həftənin bir gününün onların yanına 
gedib birlikdə keçirməsini yazır. Nizami bu 7 gözəlin dili ilə 7 dastan danışıb rəvayət 
şəklində çatdırır. Müəllif fars şeir üslubundan istifadə edib bu əsəri çox gözəl bir 
şeriyyatla oxucuya təqdim etdi.  
 
“İskəndərnamə”  
Bu poema iki hissədən ibarətdir:  
1.
 
Şərəfnamə ki, 6800 beytdir;  
2.
 
İqbalnamədir ki, 3700 beytdir.  
Bəzən buna «Xerədnamə», «Ağılnamə» və ya «Nəsihətnamə» də deyirlər.  
Bu əsər mütəqarib bəhrində yazılmışdır, Nüsrətəldin Əbubəkir İbn Məhəmməd İbn 
Eldəgizə ithaf olunmuşdur.  
Qeyd edək ki, heç kəs Nizamiyə qədər bu haqda yazmamışdır.  
Nizami Şərəfnaməni 50 yaşında hicri tarixi ilə 576, 577, 578-ci illərdə tamamlayır 
və Nüsrəddin şahın taxta çıxması münasibətilə ona təqdim edir.  
Şairin «İskəndərnamə» mənzuməsinin proloqunda yazdığına görə bu əsər onunun 
sonuncu poeması və ən fəlsəfi fikirlərin təcəssümüdür.  


129 
 
 
Nizami  İqbalnaməni Məlik  İzzələdin Məsudin Arslan Səlimqiyə  həsr etmiş  və 
yaşının 63 il yarımında vəfat etmişdir.  
 
Nizami divanı 
Nizami divanı  qəsidə, qəzəl, qitə  və rübailərdən ibarət olmuşdur ki, onların bir 
hissəsi itmiş,  əlimizə  gəlib çatmamışdır. Digər tərəfdən başqa «Nizami» təxəllüslü 
şairlərin yazdıqları ilə qarışdırılmışdır. Bunlardan Nizami Təbrizi, Nizami Əstərabadi və 
Səfəvi dövrü Nizamiləridir ki, müəyyən dövrlərdə yaşamışlar. Nizami şeirlərinin bəzi 
nüsxələri Mançestr, Oksford, Kəlküttə və Rampurda mövcuddur. Bu barədə V.Dəstgerdi 
məlumat vermişdir.  S.Nəfisi də 1928-ci ildə buna işarə etmişdir. Məhəmməd Əvfi Sahib 
isə 625-ci ildə yəni Nizaminin vəfatından azca sonra onun divanından söz açmış və bəzi 
nümunələri göstərmişdir.  
Səbəbsiz deyil ki, Nizami hələ sağlığında «həkim» adına layiq görülmüş, «şeyx» 
mərtəbəsinə  qədər yüksəlmişdir. Səbəb odur ki, o bütün elmlərə vaqif olmuşdur. 
Xüsusilə o dövr üçün qapalı sayılan astronomiya elmində çox yeniliklər etmiş, onun 
dəqiq açıqlamasını göstərə bilmişdir.  Əlavə olaraq türk, kürd, ərəb, fars və yunan 
dillərini yaxşı bildiyi üçün «İskəndərnamə» kimi bir əsəri yazıb meydana gətirmişdir.  
Nizami özündən sonra əbədi və ədəbi bir məktəb qoyub getmişdir. Ondan nə qədər 
bəhrələnsək də bitən-tükənən deyil. Bunu Nizamidən sonra gələn şairlər etiraf etmiş və 
ondan faydalandıqlarını vurğulamışlar. Təsvir Nizamidə o qədər güclü olmuş ki, onu 
indi də təsəvvür etmək mümkün deyil. Nizami dilindəki sinonim, omonim və antonimlər 
o qədər ustalıqla verilmiş ki, insan istər-istəməz heyran olub mat qalır.  
Bir sözlə Nizami, allah-təalanın bəşəriyyətə  bəxş etdiyi çox nadir insanlardan 
biridir ki, heç bənzəri yoxdur. Həqiqətən də onu oxuyub araşdırdıqca özün də heyran 
olub düşünürsən ki, bu qədər fitri istedad sahibi olmaq üçün gərək allahın nəzəri daima 
üzərində ola.  
 
 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə